Xırdalandakı güclü yanğın söndürüldü
Abşeron rayonu, Xırdalan şəhərində çoxmərtəbəli yaşayış binasında yanğın baş verib.
Canlixeber.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinddən (FHN) bildirilib.
Qeyd olunub ki, qurumun “112” qaynar telefon xəttinə Xırdalan şəhərində çoxmərtəbəli yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
