1 min read

“İmişli” heyətini müdafiəçi Əkbər Eyubovla gücləndirib

“İmişli” heyətini müdafiəçi Əkbər Eyubovla gücləndirib. Canlixeber.com xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisi məlumat yayıb. 20 yaşlı mərkəz müdafiəçisi mövsümün sonunadək icarə əsasında komandaya cəlb olunub. Ötən mövsümü “Mingəçevir”də icarə əsasında keçirən futbolçu Azərbaycanın U-21 millisinin də üzvüdür.

1 min read

“Qarabağ” Pakistan millisinin kapitanını heyətinə qatıb

Azərbaycan çempionu “Qarabağ” akademiyasını yeni futbolçu ilə gücləndirib. Canlixeber.com xəbər verir ki, Ağdam təmsilçisi Pakistanın 17 yaşlılardan ibarət yığmasının kapitanı Əbdül Səmmadı gənclər komandasının sıralarına cəlb edib. Gənc futbolçu “POPO” klubundan “Qarabağ”ın akademiyasına keçid edib. Pakistan mətbuatı Əbdül Səmmadın “Qarabağ”a keçidini ölkə futbolu üçün əlamətdar hadisə kimi dəyərləndirib.

1 min read

“Kəpəz” Rafael Məhərrəmlini heyətinə qatıb

Transfer çalışmalarını davam etdirən “Kəpəz” heyətini daha bir futbolçu ilə gücləndirib. Canlixeber.com xəbər verir ki, Gəncə klubu Rafael Məhərrəmlinin keçidini rəsmiləşdirib. 26 yaşlı müdafiəçi ilə mövsümün sonunadək müqavilə imzalanıb. Son olaraq “Şamaxı”da çıxış edən R.Məhərrəmli ötən mövsüm Azərbaycan Premyer Liqasında 16 oyun keçirib.

1 min read

“Qəbələ” legionerini yarım milyon manata satdı

Ötən mövsüm “Qəbələ”nin şərəfini qorumuş Prins Ovusu karyerasını Slovakiyada davam etdirəcək. Canlixeber.com xəbər verir ki, 20 yaşlı hücumçu-vinger 2 il əvvəl avrokuboklarda “Zirə”nin rəqibi olmuş “Dunayska Streda” (DAC 1904) ilə müqavilə bağlayıb. Bölgə təmsilçisi ilə müqaviləsinin müddəti 2027-ci ilin yayına qədər olan Prinsin Slovakiyaya üz tutması “Qəbələ”yə kifayət qədər ciddi məbləğ qazandırıb – 250 min avro, […]

1 min read

“Xankəndi” yeni futbolçu transfer etdi

“Xankəndi” futbol komandası heyətini 27 yaşlı İbrahim Qədirzadə ilə gücləndirib. Canlixeber.com xəbər verir ki, klub son olaraq “Karvan-Yevlax”da çıxış edən futbolçu ilə mövsümün sonunadək müqavilə bağlandığını açıqlayıb. Qədirzadənin əsas mövqeyi dayaq yarımmüdafiəsidir. Qədirzadə 2025/2026 mövsümündə “Karvan-Yevlax”ın heyətində bütün turnirlərdə 16 rəsmi oyunda meydana çıxıb və 517 dəqiqə oynayıb. Klub iki gün əvvəl müqaviləsi başa çatdığı […]

1 min read

“Kəpəz” Urfan Abbasovu transfer etdi

Yeni mövsümə hazırlıqlarını davam etdirən “Kəpəz” daha bir transferi rəsmiləşdirib. Canlixeber.com xəbər verir ki, bu barədə klub məlumat yayıb. Bildirilib ki, Premyer Liqa təmsilçisi 33 yaşlı müdafiəçi Urfan Abbasovu heyətinə qatıb. Təcrübəli futbolçu ilə müqavilənin müddəti mövsümün sonunadək nəzərdə tutulub. Qeyd edək ki, Urfan Abbasovun son klubu “Araz-Naxçıvan” olub. O, ötən mövsüm ərzində ümumilikdə 26 […]

1 min read

“Araz-Naxçıvan” heyətini qvineyalı futbolçu Mamadu Kane ilə gücləndirib

Gündəlik məşqlərlə paralel olaraq heyətini də komplektləşdirməyə çalışan “Araz-Naxçıvan” daha bir legionerlə anlaşıb. Canlixeber.com xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Qvineyalı dayaq yarımmüdafiəçisi Mamadu Kane yeni mövsümü “Araz-Naxçıvan”ın heyətində keçirəcək. Onunla imzalanan müqavilənin müddəti 1 illikdir. 29 yaşlı futbolçu müxtəlif illərdə “Satellite”, “Kaloum”, “Qanqan”, “Neftçi” (Bakı), “Olimpiakos”, “Rodina Moskva”, “Auda”, “Etnikos” klublarında […]

1 min read

Freddi Varqas Bakıya gəldi

“Neftçi”nin “Makkabi”dən (Netanya) transferini rəsmiləşdirməyə yaxın olduğu venesuelalı yarımmüdafiəçi Freddi Varqas artıq Azərbaycandadır. Canlixeber.com xəbər verir ki, ötən mövsüm icarə əsasında formasını geyindiyi “ağ-qaralar”ın heyətində parlaq çıxışla yadda qalan legioner bu gecə Bakıya gəlib. 27 yaşlı oyunçunun 2+1 illik müqaviləyə imza atacağı gözlənilir. Varqas Venesuela millisinin heyətində son olaraq bu ilin martında DÇ-2026-nın Cənubi Amerika […]

1 min read

“Zirə” “Göztəpə”nin sabiq futbolçusu Lue Bayere Junioru heyətinə qatıb

“Zirə” yeni futbolçu ilə anlaşıb. Canlixeber.com xəbər verir ki, bu barədə klub məlumat yayıb. “Qartallar” Lue Bayere Junioru heyətinə qatıb. Fildişi Sahilindən olan hücumçu ilə 2 illik müqavilə bağlanıb. Xatırladaq ki, 25 yaşlı futbolçu daha əvvəl İsveçin “Hammarbü”, “Frey”, Serbiyanın “Jelezniçar”, “Yvor” və Türkiyənin “Göztəpə” klublarında çıxış edib.