1 min read

“Kəpəz” belçikalı yarımmüdafiəçini transfer etdi

“Kəpəz” heyətini yeni futbolçu ilə gücləndirib. Canlixeber.com xəbər verir ki, Gəncə təmsilçisi Desmond Akuanın transferini rəsmiləşdirib. 24 yaşlı belçikalı yarımmüdafiəçi ilə mövsümün sonunadək müqavilə imzalanıb. Akua son olaraq Belçikanın “Dender” klubunda çıxış edib. O, ötən mövsüm bütün turnirlərdə 15 oyunda meydana çıxıb və 2 qol vurub.

1 min read

“Neftçi” amerikalı basketbolçu Robert Hovardı heyətinə cəlb edib

“Neftçi” basketbol klubu heyətini amerikalı Robert Hovardla gücləndirib. Canlixeber.com xəbər verir ki, bu barədə klub məlumat yayıb. Basketbolçu ilə 2026/2027 mövsümünün sonunadək müqavilə imzalanıb. 29 yaşlı və 203 sm boya malik təcrübəli hücumçu karyerası ərzində Avstriya, Çexiya, Belçika çempionatlarında çıxış edib. Robert Hovardın son klubu Slovakiya təmsilçisi “Slovan” (Bratislava) olub.

1 min read

“Sabah”ın sabiq futbolçusu “Araz-Naxçıvan”da

“Araz-Naxçıvan” Bosniya və Herseqovinadan olan Boyan Letiçlə anlaşıb. Canlixeber.com xəbər verir ki, bu barədə Naxçıvan təmsilçisinin mətbuat xidmətindən məlumat verilib. 33 yaşlı futbolçu 2026/2027 mövsümündə “qırmızı-ağlar”ın formasını geyinəcək. Sol cinah müdafiəçinin son klubu “Sabah” olub. O, müxtəlif illərdə “Kozara Qradişka”, “Borac Şamaç”, “Velej Mostar”, “Karvina”, “Sarayevo”, “Radniçki Niş” və “Mirandeş” klublarında da forma geyinib. Qeyd […]

1 min read

“Trabzonspor”dan növbəti transfer bombası

Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubunda çıxış edən tanınmış hücumçu Darvin Nunyesin növbəti dayanacağı Türkiyə Superliqası ola bilər. Canlixeber.com Türkiyə mediasına istinadən xəbər verir ki, “Trabzonspor” 27 yaşlı futbolçu ilə danışıqları müsbət yekunlaşdıraraq onunla prinsipial razılığa nail olub. Xatırladaq ki, bundan əvvəl mətbuatda uruqvaylı qoleadorun xidmətində İtaliyanın adları açıqlanmayan iki klubunun yaxından maraqlandığı barədə xəbərlər yer almışdı. […]

1 min read

Kubalı voleybolçu Ana Yilian Kleger “Turan”a transfer olunub

​Kuba voleybol millisinin hücumçusu Ana Yilian Kleger 2026/2027 mövsümündə “Turan”da çıxış edəcək. Canlixeber.com xəbər verir ki, zəngin təcrübəyə malik voleybolçu ilə növbəti mövsümü əhatə edəcək müqavilə imzalanıb. ​O, karyerası ərzində Azərbaycanda “Rabitə” və “Telekom” komandalarının da formasını geyinib. ​Kleger müxtəlif illərdə Türkiyə, Rusiya, Serbiya, Rumıniya və Çin çempionatlarında forma geyinib. ​Qeyd edək ki, 185 sm […]

1 min read

“Sumqayıt” braziliyalı futbolçu Lukas Blakı transfer edib

“Sumqayıt” braziliyalı futbolçu Lukas Blakı transfer edib. Canlixeber.com xəbər verir ki, bu barədə klubun mətbuat xidməti bildirib. Sumqayıt təmsilçisi 26 yaşlı barziliyalı yarımmüdafiəçinin ilk xarici klubudur. O karyerası ərzində yalnız ölkəsinin komandalarında çıxış edib. Qeyd edək ki, tam adı Lukas Qabriel de Oliveyra olan futbolçu son dəfə Braziliyanın D Seriyasında çıxış edən “Ferroviario”da forma geyinib.