Transfer
“Sabah” basketbol klubu Tajuan Eydjini transfer edib
“Sabah” basketbol blubu heyətini gücləndirib. Canlixeber.com xəbər verir ki, bu barədə paytaxt təmsilçisi məlumat yayıb. Bildirilib ki, klub amerikalı basketbolçu Tajuan Eydji ilə mövsümün sonuna qədər müqavilə imzalayıb. 28 yaşlı, 203 sm boya malik hücum oyunçusu 2025/2026 mövsümünü Fransanın “Burk” klubunda keçirib. Eydji ötən mövsüm sözügedən komandanın heyətində “Euro Cup” çempionluğunu qazanıb. T.Eydji Avropa klub […]
“Naxçıvan” basketbol klubu Yavər Abbasovla müqaviləni yeniləyib
“Naxçıvan” klubu gənc basketbolçusu Yavər Abbasovla müqavilənin müddətini uzadıb. Canlixeber.com xəbər verir ki, bu barədə klubun mətbuat xidmətindən bildirilib. Boyu 186 sm olan 19 yaşlı oyunçu daha bir il komandanın şərəfini qoruyacaq.
“Gəncə” meksikalı mütəxəssis İvan Luna ilə müqavilə imzalayıb
Meksikalı mütəxəssis İvan Luna “Gəncə” basketbol klubunun məşqçilər korpusuna cəlb olunub. Canlixeber.com xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Mütəxəssislə yeni mövsümün sonunadək müqavilə imzalanıb. İ.Luna basketbolçuların fiziki və kondisiya hazırlığına nəzarət edəcək. O, vətəni ilə yanaşı, Litvada da çalışıb.
“Sumqayıt” yeni transferini açıqladı
“Sumqayıt” klubu son olaraq Fransanın “Qrenobl” komandasında çıxış etmiş Mamadi Banqreni transfer edib. Canlixeber.com xəbər verir ki, futbolçu ilə “1+2” illik müqavilə imzalanıb. 25 yaşlı vinger “Sumqayıt”da 11 nömrəli formada çıxış edəcək. Qeyd edək ki, Banqre Fransanın “Tuluza” klubunun yetirməsidir. O, karyerası ərzində “Tuluza”, “Trua”, “Pau” və “Qrenobl” komandalarının formasını geyinib. Futbolçu Burkina Faso millisində […]
“Neftçi” “Feyenoord”un yetirməsini transfer edir
Niderlandın U-19 millisinin sabiq futbolçusu Maruan Azarkan karyerasını Azərbaycanda davam etdirə bilər. Canlixeber.com xəbər verir ki, 24 yaşlı vinger “Neftçi”yə keçməyə yaxındır. Tərəflər arasında danışıqlar davam edir, lakin hələlik yekun razılıq əldə olunmayıb. Mərakeş əsilli futbolçu “Ən-Nəsr” klubundan ayrıldıqdan sonra hazırda azad agent statusundadır. Qeyd edək ki, Azarkan “Feyenoord”un yetirməsidir. O, Niderlandda “Ekselsior” və “Utrext”də […]
“Sabah”dan növbəti TRANSFER: Portuqaliyadan hücumçu gətirdi
“Sabah” heyətini yeni futbolçu ilə gücləndirib. Canlixeber.com xəbər verir ki, bu barədə klub məlumat yayıb. Klub braziliyalı hücumçu Karlos Eduardonu transfer edib. 24 yaşlı forvard Portuqaliyanın “Jil Visente” klubundan birillik icarəyə götürülüb. Sabahdan növbəti TRANSFER: Portuqaliyadan hücumçu gətirdi – FOTO Müqavilədə “Sabah”ın futbolçunun transfer hüquqlarını əldə etməsinə imkan verən satınalma şərti də yer alıb. Karlos […]
“Səbail” Fransa III Liqasından futbolçu transfer edib
“Səbail” heyətinə Fransa III Liqasından futbolçu qatıb. Canlixeber.com xəbər verir ki, bu barədə klub məlumat yayıb. Azərbaycan I Liqası təmsilçisi Sofian Boudraa ilə anlaşıb. 23 yaşlı yarımmüdafiəçi ilə “1+1” illik müqavilə imzalanıb. Xatırladaq ki, oyunçu son olaraq Fransa III Liqasında “Aubagne Air Bel” klubunda çıxış edib.
Azərbaycan millisinin qapıçısı bu kluba keçdi
Futbol üzrə Azərbaycan qadın millisinin üzvü Nərgiz Əliyeva yeni mövsümdə “Sabah”ın heyətində çıxış edəcək. Canlixeber.com xəbər verir ki, 24 yaşlı qapıçı Azərbaycan Yüksək Qızlar Liqasında mübarizə aparan Bakı təmsilçisi ilə 2026/27 mövsümünw əhatə edən müqavilə imzalayıb. Bu barədə Azərbaycan milli komandasının mətbuat xidməti məlumat yayıb. Nərgiz Əliyeva ötən mövsümün bir hissəsini Türkiyənin “Giresun Sanayispor” klubunda […]
Qazaxıstan millisinin voleybolçusu Sergey Kuznetsov karyerasını Azərbaycanda davam etdirəcək
Azərbaycan Yüksək Liqasında çıxış edən kişilərdən ibarət “Murov Az Terminal” komandası yeni voleybolçu ilə anlaşıb. Canlixeber.com xəbər verir ki, bu barədə klub məlumat yayıb. Qazaxıstanlı toppaylayıcı Sergey Kuznetsovla müqavilə imzalanıb. Xatırladaq ki, son olaraq Rusiyanın “Kuzbass” (Kemerovo) klubunda çıxış etmiş 32 yaşlı oyunçu Qazaxıstan millisinin də formasını geyinib.
“Sabah”ın müdafiəçisi Birinci Liqa klubuna keçdi
Transfer çalışmalarını davam etdirən “Şahdağ Qusar” heyətinə daha bir futbolçu cəlb edib. Canlixeber.com xəbər verir ki, “Sabah”dan Həmzəalı Mikayılov mövsümün sonuna qədər icarəyə götürülüb. Qeyd edək ki, müdafiəçi 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin da üzvüdür.
