“Neftçi” “Feyenoord”un yetirməsini transfer edir
1 min read

“Neftçi” “Feyenoord”un yetirməsini transfer edir

Niderlandın U-19 millisinin sabiq futbolçusu Maruan Azarkan karyerasını Azərbaycanda davam etdirə bilər.

Canlixeber.com xəbər verir ki, 24 yaşlı vinger “Neftçi”yə keçməyə yaxındır.

Tərəflər arasında danışıqlar davam edir, lakin hələlik yekun razılıq əldə olunmayıb. Mərakeş əsilli futbolçu “Ən-Nəsr” klubundan ayrıldıqdan sonra hazırda azad agent statusundadır.

Qeyd edək ki, Azarkan “Feyenoord”un yetirməsidir. O, Niderlandda “Ekselsior” və “Utrext”də də forma geyinib.