Transfer
Frankulinu Cu “Trabzonspor” tarixinin ən bahalı transferi olub
Danimarkanın “Midtyullann” komandasından “Trabzonspor”a keçən Frankulinu Cu Türkiyə təmsilçisinin tarixində ən bahalı transfer olub. Canlixeber.com xəbər verir ki, 22 yaşlı hücumçunun transferi üçün Danimarka təmsilçisinə zəmanətli 17 milyon avro ödəniləcək. Bu göstərici ilə o, 15 milyon avroya keçid edən Aral Şimşiri geridə qoyub. Tərəflər arasında “4+1” illik müqavilə imzalanıb. Danimarkanın “Bold” nəşrinin məlumatına görə, müqavilədə […]
“Sabah” heyətini braziliyalı yarımmüdafiəçi ilə gücləndirdi
“Sabah” futbol klubu heyətini yeni oyunçu ilə gücləndirib. Canlixeber.com xəbər verir ki, bu barədə Bakı klubunun rəsmi saytında məlumat yayılıb. Bildirilib ki, paytaxt təmsilçisi Rusiyanın “Zenit” klubunun braziliyalı yarımmüdafiəçisi Du Keyrosu icarəyə götürüb. 26 yaşlı braziliyalı futbolçu cari mövsümün sonunadək “Sabah”ın şərəfini qoruyacaq. Müqavilə şərtlərinə əsasən, Bakı klubu icarə müddəti başa çatdıqdan sonra oyunçunu birdəfəlik […]
“Şimal” klubu nigeriyalı Umar Abubakarı heyətinə qatıb
Azərbaycan I Liqasında çıxış edən “Şimal” klubu heyətinə nigeriyalı futbolçu qatıb. Canlixeber.com xəbər verir ki, bu barədə bölgə təmsilçisi məlumat yayıb. 21 yaşlı yarımmüdafiəçi Umar Abubakarla mövsümün sonunadək nəzərdə tutulan müqavilə imzalanıb. Xatırladaq ki, oyunçu Moldovanın “Saksan” və Tacikistanın “İstiklol” komandalarında çıxış edib.
“Gəncə” amerikalı basketbolçu Nik Ellinqtonu heyətinə qatıb
“Gəncə” basketbol klubu amerikalı hücumçu Nik Ellinqtonu heyətinə cəlb edib. Canlixeber.com xəbər verir ki, 25 yaşlı forvardla mövsümün sonunadək müqavilə imzalanıb. 203 santimetr boya malik Nik Ellinqton karyerasında ilk dəfə ölkəsindən kənarda çıxış edəcək.
“Neftçi”nin yeni transferi Şotlandiyadan gəlir
“Neftçi”nin Şotlandiyanın “Dandi Yunayted” klubunda çıxış edən Vitsko Şeveli transfer etmək üzrə olduğu iddia edilir. Canlixeber.com xəbər verir ki, bu barədə “The Courier” məlumat yayıb. Bildirilir ki, 25 yaşlı xorvat futbolçu “Dandi Yunayted”in “Kilmarnok”la şənbə günü keçirilən görüşündə iştirak etməyib. Şevel transferi ilə bağlı razılıq əldə olunduqdan sonra tibbi müayinədən keçmək və müqavilə şərtlərini müzakirə […]
“Qarabağ”dan yeni transfer: Braziliyalı yarımmüdafiəçi komandaya qoşuldu
“Qarabağ” futbol klubu Kiprin APOEL komandasından braziliyalı yarımmüdafiəçi Dieqo Rosanı icarəyə götürüb. Canlixeber.com xəbər verir ki, 23 yaşlı futbolçu ilə birillik müqavilə imzalanıb. Müqaviləyə əsasən, icarə müddətinin sonunda Ağdam təmsilçisi futbolçunun transfer hüquqlarını əldə edə bilər. Qeyd edək ki, Dieqo Rosa 2021-ci ildə “Qremio”dan “Mançester Siti”yə transfer olunub. Yarımmüdafiəçi karyerası ərzində “Lommel” (Belçika), “Vizela” (Portuqaliya), […]
“Neftçi” belçikalı futbolçu ilə müqavilə imzaladı
“Neftçi” belçikalı futbolçu Denzel Jubitananı heyətinə qatıb. Canlixeber.com xəbər verir ki, bu barədə klub məlumat yayıb. Surinam əsilli belçikalı sağ vinger Denzel Jubitana ilə 2 illik müqavilə bağlanıb. 27 yaşlı futbolçu 22 nömrəli forma geyinəcək.
“Qarabağ”dan yeni transfer
“Qarabağ” Kiprin APOEL klubunun yarımmüdafiəçisi Dieqo Rosanın transferini tamamlayıb. Canlixeber.com xəbər verir ki, braziliyalı futbolçunun keçidinin detalları müəyyənləşib. Klublar arasında razılığa əsasən, “Qarabağ” 200 min avro müqabilində 23 yaşlı oyunçunu birillik icarəyə götürüb. Dominos pizza Rosa cari mövsüm “Qarabağ”ın oyunlarının ən azı 50 faizində iştirak edərsə, ağdamlılar onu 1 milyon avro qarşılığında birdəfəlik transfer etmək […]
“Gəncə” ABŞ-dən olan basketbolçu Kobi Maqini heyətinə qatıb
“Gəncə” daha bir basketbolçunu heyətinə cəlb edib. Canlixeber.com xəbər verir ki, bu barədə klubdan məlumat verilib. Bildirilib ki, ABŞ-dən olan Kobi Maqi yeni mövsümün sonunadək bölgə təmsilçisində çıxış edəcək. 23 yaşlı müdafiəçi ilk dəfə legioner həyatı yaşayacaq. O, bunadək yalnız vətənində çıxış edib.
“Karvan-Yevlax” heyətini Nemət Şixamirovla gücləndirib
Azərbaycanın I Liqa təmsilçisi “Karvan-Yevlax” heyətini Nemət Şixamirovla gücləndirib. Canlixeber.com xəbər verir ki, bu barədə klubun mətbuat xidmətindən bildirilib. Müdafiəçi ilə mövsümün sonuna qədər müqavilə imzalanıb. Qeyd edək ki, N.Şixamirovun son klubu I Liqanın digər təmsilçisi “Şimal” olub.
