Ölüm hadisəsi
Azərbaycanlı gənc Gürcüstanda faciəli şəkildə ÖLDÜ
Marneulidən olan gənc Urekidə dənizdə boğularaq həyatını itirib. Canlixeber.com MarneuliNews.ge-yə istinadən xəbər verir ki, Urekidə baş verən faciə nəticəsində Marneuli bələdiyyəsinin Ağməmmədli kənd sakini, 21 yaşlı Elnur Nəbiyev həyatını itirib. Qeyd edək ki, iyunun 18-də Urekidə Qara dənizdə güclü axın Marneuli bələdiyyəsindən olan dörd gənci aparıb. Xilasedicilər onların hamısını sudan çıxarsalar da, gənclərdən birinin həyatını […]
Astarada avtomobil dərəyə aşıb, ölən və yaralananlar var
Astara rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, hadisə rayonun Təxtənəkəran–Hamuşam kənd yolunda qeydə alınıb. Astara rayonunun Niləşə kənd sakini Tərlan Sənham oğlu Eyvazovun idarə etdiyi “VAZ-2107” markalı avtomobil hərəkətdə olarkən idarəetmədən çıxaraq hündürlükdən dərəyə aşıb. Qəza nəticəsində sürücü Tərlan Eyvazov hadisə yerində həyatını itirib. Avtomobildə sərnişin qismində olan 1977-ci […]
Piyadanı vurub öldürən avtobus sürücüsünə qarşı 50 min manatlıq İDDİA
Bakı Ağır Cinayətlər Məhkəməsində idarə etdiyi marşrut avtobusu ilə piyadanın ölümünə səbəb olan Samir Mamedovun cinayət işi üzrə məhkəmə iclası keçirilib. Canlixeber.com xəbər verir ki, hakim Səbinə Məmmədzadənin sədrliyi ilə keçirilən məhkəmə şahid ifadələri ilə davam edib. Şahid A.B. bildirib ki, hadisə baş verən gün təqsirləndirilən Samir Mamedov onun sahibi olduğu maşını təmirə aparıb. Daha […]
Azərbaycanda müəllim VƏFAT ETDİ
Sumqayıt şəhərinin tanınmış müəllimlərindən olan Qalib Məmmədov vəfat edib. Canlixeber.com xəbər verir ki , o, 33 nömrəli tam orta məktəbdə fəaliyyət göstərib. Qalib Məmmədov tarix müəllimi kimi çalışırmış.
Yevlaxda DƏHŞƏT: Atasının evində güllələnmiş meyiti TAPILDI
Yevlaxda güllələnmiş meyit tapılıb. Canlixeber.com xəbər verir ki, hadisə Əkşəm kəndinin ərazisində qeydə alınıb. Mingəçevir şəhər sakini, 64 yaşlı Əjdər Cuma oğlu Pirimovun meyiti atasına məxsus evdə aşkarlanıb. Onun odlu silahdan aldığı güllə yarasından öldüyü bildirilir. Faktla bağlı araşdırma aparılır.
44 yaşlı kişi küçədə vəfat etdi
Bakıda küçədə halı pisləşən şəxs vəfat edib. Canlixeber.com xəbər verir ki, hadisə Xətai rayonu Nəsirəddin Tusi küçəsində qeydə alınıb. Bakı şəhər sakini 1982-ci il təvəllüdlü Ramin Şahməmməd oğlu Teymurşahov səhhətinin qəfil pisləşməsi səbəbindən küçədə dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır.
9-cu sinif şagirdi qəfil vəfat etdi
Bakı Avropa Liseyinin 9-cu sinif şagirdi vəfat edib. Canlixeber.com liseyə istinadən xəbər verir ki, 15 yaşlı Cavad Quliyev qəfil dünyasını dəyişib. Onun ölüm səbəbi açıqlanmayıb.
Bakıda sürücü sükan arxasında öldü
Bakıda sürücü sükan arxasında ölüb. Canlixeber.com xəbər verir ki, hadisə paytaxtın Binəqədi rayonunda baş verib. Xocavənd rayon sakini 62 yaşlı Əliş Surxay oğlu Səfərov “Mercedes” markalı avtomobildə ürək çatışmazlığından ölüb. Araşdırmalar rayon prokurorluğu tərəfindən aparılır.
Qəzada ölən Məryəmin orqanları 6 nəfərə həyat verdi
“Narmiw.Niko” bloqunun sahibi Nərmin Əliyevanın qəzada vəfat edən bacısı Məryəm Əliyeva dəfn edilib. Canlixeber.com xəbər verir ki, bloqer bu barədə sosial şəbəkə hesabında paylaşım edib. Nərmin Əliyeva bildirib ki, bu gün bacısı son mənzilə yola salınıb. O, paylaşımında Məryəmin ölümündən sonra da insanlara həyat bəxş etdiyini vurğulayıb. “Bu gün balaca balamızı son mənzilə yola saldıq. […]
Dünən Tovuzda çayda batan 22 yaşlı gəncin meyiti tapılıb
Tovuzda çayda batan 22 yaşlı gəncin meyiti tapılıb. Canlixeber.com xəbər verir ki, bu gün səhər saatlarında 2004-cü il təvəllüdü İ. Şirinovun meyiti batdığı yerdən bir qədər kənardan FHN-in Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin Şəmkir dalğıc-axtarış qrupu tərəfindən aşkarlanıb. Meyit sudan çıxarılaraq müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertizanın Patoloji Anatomiya Birliyi Publik […]
