Ölüm hadisəsi
Şəmkirdə iki avtomobil toqquşub, ölən və xəsarət alan var
Şəmkirdə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb. Hərəkətdə olan “VAZ 2106” ilə “Hyundai” markalı minik maşınları toqquşub. Nəticədə “VAZ 2106”-nın sürücüsü ölüb, xəsarət alan 1 nəfər isə xəstəxanaya yerləşdirilib. Hadisə yerinə polis əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.
Azərbaycanlı gənc Polşada göldə boğuldu
Gürcüstanın Bolnisi bələdiyyəsinin Ayorta kənd sakini, 28 yaşlı Fərman Xəlilov Polşada faciəli şəkildə həyatını itirib. Canlixeber.com xəbər verir ki, gənc göldə çimərkən boğularaq ölüb. Bildirilib ki, F.Xəlilov işləmək məqsədilə bir müddət əvvəl Polşaya yollanmışdı. Qeyd edək ki, son iki ay ərzində Gürcüstandan olan üç gənc Polşada göldə boğularaq həyatını itirib.
Ata və övladları dəfn olundu – Bir ailənin faciəsi
Ötən gün Ağdam ərazisində Xaçınçay su anbarında faciəvi şəkildə ölən ata və övladları dəfn edilib. Canlixeber.com xəbər verir ki,, hər üç ailə üzvü Bərdədə Seyid Yusifli kənd qəbiristanlığında torpağa tapşırılıb. Xatırladaq ki, ata-1985-ci il təvəllüdlü İsgəndərov Şərif Şəmsəddin oğlu övladları- 2008-ci il təvəllüdlü İsgəndərov Tunar və 2009-cu il təvəllüdlü İsgəndərova Fidan su anbarında çimərkən boğulmuşdular.
Azərbaycanda hərbi qulluqçu vəfat etdi
Yevlax rayonu, Qoyunbinəsi kənd sakini, 41 yaşlı müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu (MAHHXHQ) Rafiq Şöhrət oğlu Cəfərov vəfat edib. Canlixeber.com xəbər verir ki, xəbər verir ki, hərbçi təlimdə olduğu vaxt qəfil ürəyi dayanıb. Qeyd edək ki, Rafiq Cəfərov Vətən müharibəsində və antiterror əməliyyatlarında fəal iştirak edərək rəşadət göstərib. Ailəli olan hərbçinin iki övladı yadigar […]
İsmayıllıda sürücü və sərnişinin öldüyü qəzanın səbəbi məlum olub
İyulun 4-də saat 16 radələrində Muğanlı–İsmayıllı avtomobil yolunun İsmayıllı rayonu ərazisindən keçən 32-ci kilometrliyində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb. Zaqatala rayon sakini, 1974-cü il təvəllüdlü İlqar Süleymanovun idarə etdiyi “Mercedes-Benz” markalı avtomobil Şamaxı rayonu istiqamətində hərəkətdə olarkən körpünün orta hissəsində yerləşən beton […]
Tünzalə Əliyevanın qardaşı vəfat etdi
Mərhum Əməkdar artist, Tünzalə Əliyevanın (Toppuş bacı) ailəsinə daha bir itki üz verib. Canlixeber.com xəbər verir ki, aktrisanın qardaşı Elxan Bayramov 58 yaşında Moskvada vəfat edib. İlkin məlumata görə, onun ölümünə səbəb ürək çatışmazlığı olub. Mərhum dünən Gəncədəki “İmamzadə” ziyarətgah kompleksində torpağa tapşırılıb. O, həmçinin Gəncə Dövlət Milli Dram Teatrının aktrisası Zülfiyyə Əliyeva və Gəncə […]
Zərdab sakininin su arxından meyiti tapılıb
Zərdab sakininin su arxından meyiti tapılıb. Canlixeber.com xəbər verir ki, hadisə rayonun Təzəkənd kəndində baş verib. Kənd sakini, 1964-cü il təvəllüdlü Təhlə Qoca oğlu Mustafayevin meyiti su arxında aşkarlanıb. Meyit sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.
Ağdaş sakininin meyiti yaşadığı evin həyətindən tapıldı
Ağdaşda yaşlı kişinin yaşadığı evin həyətində meyiti tapılıb. “Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Pirəzə kəndində qeydə alınıb. Belə ki, 1954-cü il təvəllüdlü Güloğlan Bahadurovun yaşadığı evin həyətində meyiti aşkar edilib. Hadisə yerinə polis və prokurorluq orqanı əməkdaşları cəlb olunub. Faktla bağlı Ağdaş rayon Prokurorluğunda araşdırma başlanılıb.
Ağdamda FACİƏ: Ata və azyaşlı övladı öldü
Ağdam rayonunda bir ailənin iki üzvü faciəli şəkildə ölüb. Canlixeber.com xəbər verir ki, hadisə rayonun Xaçındərbənd kəndi ərazisində baş verib. Kənd sakini olan kişi iki azyaşlı övladı ilə Xatın su anbarında çimərkən batıblar. Ata və azyaşlı övladının biri boğulub, digər azyaşlı isə xilas edilib. Faktla bağlı araşdırma aparılır.
Sabunçu rayonunda mənzildən kişi meyiti tapılıb
Bakıda 72 yaşlı kişinin meyiti tapılıb. Canlixeber.com xəbər verir ki, hadisə paytaxtın Sabunçu rayonu Bakıxanov qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini – 1954-cü il təvəllüdlü Bahadır Əliövsət oğlu Hüseynovun üzərində zorakılıq əlamətləri görünməyən cəsədi öz evində aşkarlanıb. Faktla bağlı araşdırma aparılır.
