Ölüm hadisəsi
Ucarda avtomobil velosipedçini vuraraq öldürüb
Ucarda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, hadisə Bakı–Qazax magistralının rayonun Qazıqumlaq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Bakı istiqamətində hərəkətdə olan “Mercedes” markalı minik avtomobili velosipedçini vurub. Ağır xəsarət alan 40–45 yaşlı kişi hadisə yerində ölüb. Faktla bağlı araşdırma aparılır.
Bakı metrosunda halı pisləşən kişi öldü
Bakı Metropoliteninin “Avtovağzal” stansiyasının platformasında ölüm hadisəsi baş verib. Canlixeber.com “Qafqazinfo”ya istinadən xəbər verir ki, Bərdə sakini 83 yaşlı Telman Muradov qatarda olarkən halı pisləşib. Dərhal bütün müvafiq tədbirlər görülüb, o cümlədən təcili tibbi yardım xidməti çağırılıb. Lakin onun həyatını xilas etmək mümkün olmayıb.
Psixoterapevt Kaşpirovski 87 yaşında vəfat edib
Sovet və rusiyalı psixoterapevt, teleaparıcı Anatoli Kaşpirovski 87 yaşında vəfat edib. Canlixeber.com xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb. Onun ölüm səbəbi barədə məlumat verilmir. Daha əvvəl mediada onun xəstəxanaya yerləşdirildiyi bildirilmişdi. Kaşpirovski 1980-ci illərin sonlarında “Həkim-psixoterapevt Anatoli Kaşpirovski ilə sağlamlıq seansları” televiziya verilişləri sayəsində şöhrət qazanıb. O, Mərkəzi Televiziyanın efirində kütləvi psixoterapiya […]
Əhmədlidə ərzaq köşkündə yanğın baş verib, ölən var
Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi ərazisində yerləşən ərzaq satışı köşkündə yanğın baş verib. Canlixeber.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Bildirilib ki, dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Yanğınsöndürənlər tərəfindən yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb. Yanğın nəticəsində ümumi sahəsi 20 kv.m. olan ərzaq satışı […]
Naxçıvanda avtomobil piyadanı vurub öldürüb
Naxçıvanda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib Canlixeber.com xəbər verir ki, hadisə şəhərin Nizami küçəsində baş verib. Belə ki, “Hyundai” markalı avtomobil yolu qarşı tərəfə keçmək istəyən 1957-ci il təvəllüdlü Nağıyev Nağı Mahmud oğlunu vurub. Xəsarət alan şəxs Naxçıvan Muxtar Respublika Xəstəxanasına çatdırılsa da onun həyatını xilas etmək mümkün olmayıb. Hadisə yerinə polis […]
Tovuzda üzərinə benzin tökülərək yandırılan qadın öldü: Oğlu saxlanıldı
Tovuzda qadın evdə aldığı yanıq xəsarətlərindən ölüb. Canlixeber.com xəbər verir ki, Tovuz rayonu Qovlar şəhərində 22 yaşlı Elyar Hüseynlinin yaşadıqları evdə anası, 45 yaşlı Nüşabə Hüseynovanın üzərinə benzin tökərək yandırdığı iddia edilir. Xəstəxanaya yerləşdirilən qadın orada ölüb. Polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində E.Hüseynli saxlanılıb.
Bakı-Quba yolunda qəza: Ölən var
Bakı-Quba yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, hadisə bu gün yolun 16-cı kilometrliyində qeydə alınıb. E.Xanquliyevin idarə etdiyi “Ford Transit” markalı 50-DN-545 dövlət qeydiyyat nişanlı avtomobil yolu keçmək istəyən piyada Y.Dadaşovanı vurub. Hadisə nəticəsində piyada aldığı xəsarətlərdən həyatını itirib. Faktla bağlı araşdırma aparılır.
Bakıda 27 yaşlı kişinin meyiti tapıldı
Bakıda 27 yaşlı kişinin meyiti tapılıb. Canlixeber.com xəbər verir ki, hadisə paytaxtın Yasamal rayonunda baş verib. Hacıqabul rayon sakini 1999-cı il təvəllüdlü Mirzə Rövşən oğlu Rzayevin üzərində zorakılıq əlamətləri görünməyən meyiti yaşadığı evdə tapılıb. Faktla bağlı araşdırmalar aparılır.
Qubada 70 yaşlı kişi ağacdan yıxılaraq ölüb
Quba rayonunda 70 yaşlı kişi ağacdan yıxılaraq ölüb. Canlixeber.com xəbər verir ki, rayonun Əski İqriq kənd sakini, 1956-cı il təvəllüdlü Dövlət Ağayar oğlu Şahmirzəyev yaşadığı evin həyətində ağacdan yıxılaraq xəsarət alıb. D.Şahmirzəyev xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Bakıda 62 yaşlı kişi parkda öldü
Bakıda parkdan meyit tapılıb. Canlixeber.com xəbər verir ki, hadisə paytaxtın Səbail rayonu ərazisində baş verib. Belə ki, Bakı şəhər sakini 1964-cü il təvəllüdlü Nazim Xisro oğlu Quliyevin üzərində zorakılıq əlamətləri görünməyən meyiti aşkarlanıb. Faktla bağlı araşdırmalar aparılır.
