Ölüm hadisəsi
İsmayıllıda bacı-qardaş boğularaq ölüb
İsmayıllının Minkə kəndində təsərrüfat məqsədilə istifadə olunan tullantı quyusunda bacı-qardaş boğularaq ölüb. Canlixeber.com xəbər verir ki, hadisə zamanı 2011-ci il təvəllüdlü İsmayılova Əfsanə Rövşən qızı və onun qardaşı, 2014-cü il təvəllüdlü İsmayılov Cahan Rövşən oğlu ölüb. Kənd sakinlərinin sözlərinə görə, tullantılar üçün qazılan quyular yaxınlıqda yerləşən heyvandarlıq təsərrüfatına aid olub. Hadisədən sonra uşaqların meyitləri quyudan […]
MEDİA Nuraninin vəfatı ilə bağlı başsağlığı verdi
Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi (MEDİA) əməkdar jurnalist Tofiqə Qasımovanın (Nurani) vəfatı ilə bağlı başsağlığı verib. Canluxeber.com xəbər verir ki, bu barədə MEDİA məlumat yayıb. “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin rəhbərliyi və kollektivi əməkdar jurnalist Tofiqəxanım Qasımovanın (Nurani) vəfatından kədərləndiyini bildirir, mərhumun ailəsinə dərin hüznlə başsağlığı verir. Allah rəhmət eləsin!”, – deyə məlumatda qeyd olunub
Zaqatalada AĞIR QƏZA: Sürücü yanaraq öldü
Zaqatalada VAZ-21099 markalı avtomobil ağaca çırpılıb. Canlixeber.com xəbər verir ki, hadisə gecə saat 02 radələrində Qax-Zaqatala avtomobil yolunun Zaqatalanın Yeni Suvagil kəndinin girişində baş verib. Belə ki, Əfqan Əfəndi oğlu Mülkümovun idarə etdiyi VAZ-21099 markalı 62-BM-725 dövlət qeydiyyat nişanlı avtomobil hərəkətdə olarkən idarəetməni itirməsi səbəbi ilə yol kənarındakı ağaca çırpılıb. Qəzadan sonra avtomobil yanmağa başlayıb. […]
Bakıda rinoplastika əməliyyatından sonra iflic olan 34 yaşlı qadın öldü
Bakıda rinoplastika əməliyyatından sonra iflic vəziyyətinə düşən 34 yaşlı qadın vəfat edib. Canlixeber.com xəbər verir ki, hadisə ötən gün baş verib. Belə ki, ötən ilin aprel ayında Bakıda yerləşən “MedAura” Klinikasında rinoplastika əməliyyatı keçirən 34 yaşlı Nigar Budaqlı daha sonra iflic vəziyyətinə düşüb. Uzun müddət müalicə alan qadın ötən gün həyatını itirib. Qeyd edək ki, […]
Əməkdar jurnalist vəfat etdi
Əməkdar jurnalist Tofiqəxanım Qasımova (Nurani) ötən gecə vəfat edib. Canlixeber.com xəbər verir ki, bu barədə onun yaxınları məlumat yayıblar. Qeyd edək ki, Nurani bir neçə ildir, onkoloji xəstəlikdən əziyyət çəkirdi. 1970-ci il təvəllüdlü Tofiqəxanım Qasımova orta məktəbi qızıl medalla, Azərbaycan Tibb Universitetini isə fərqlənmə diplomu ilə bitirib. O, 1992-ci ildən başlayaraq müxtəlif illərdə “Yurddaş”, “Ayna”-“Zerkalo” […]
Salyanda qəza, ölən var
Salyan rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, hadisə rayonun Qarabağlı kəndində qeydə alınıb. Avtomobil kənd ərazisində hərəkətdə olarkən yolu keçmək istəyən Sahil Əsgərlini vurub. Piyada xəstəxanaya çatdırılsa da, aldığı xəsarətlərdən orada ölüb. Faktla bağlı araşdırma aparılır.
Şəmkirdəki qəzada yaralanan 5 yaşlı uşaq da vəfat etdi
Şəmkirdəki qəzada xəsarət alan 5 yaşlı uşaq vəfat edib. Canlixeber.com xəbər verir ki, bir neçə gün öncə Şəmkir rayonunun Əliyaqublu kəndində qəzaya düşərək ağır xəsarət alan 2021-ci il təvəllüdlü Qoşqar Aslanov yerləşdirildiyi Şəmkir Rayon Mərkəzi Xəstəxanasında dünyasını dəyişib. Məlumat üçün bildirək ki, qəzada Q. Aslanovun atası Əlizamin Aslanov, İlahə Məmmədova (1988), Elvin Məmmədov (2009), Hicran […]
39 yaşlı kişi maşında infarkt keçirib öldü
Lənkəran rayonunda sürücü sükan arxasında ölüb. Canlixeber.com xəbər verir ki, hadisə avqustun 20-si saat 18 radələrində Lənkəran şəhəri Nizami küçəsində baş verib. Qumbaşı kənd sakini 1987-ci il təvəllüdlü Vüsal Mehman oğlu Nuriyev idarə etdiyi “VAZ 2107” markalı 90 LF 064 nömrə nişanlı avtomobildə qəfil vəfat edib. Onun infarktdan öldüyü bildirilib. Faktla bağlı araşdırma aparılır.
Bərdədə FACİƏ: Sahibkar öldü
Bərdədə sahibkarı cərəyan vurub. Canlixeber.com xəbər verir ki, hadisə dünən saat 10 radələrində baş verib. Kənd sakini 1972-ci il təvəllüdlü Mahir Həsən oğlu Həsənov Bərdə rayonu Mollalı kəndindəki fermasında heyvanları yemləyən zaman elektrik cərəyanının vurması nəticəsində ölüb. Faktla bağlı Bərdə Rayon Prokurorluğunda araşdırma aparılır.
Sumqayıtda “Gəmi” istirahət mərkəzində ölüm hadisəsi baş verib
Sumqayıtda istirahət mərkəzində ölüm hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, hadisə şəhərin Sahil küçəsində yerləşən “Gəmi” istirahət mərkəzində qeydə alınıb. 1962-ci il təvəllüdlü Nağıyeva Sevda Çingiz qızı istirahət mərkəzində qəflətən vəfat edib. Faktla bağlı araşdırma aparılır.
