1 min read

Ağstafada maşın atı vurub, sürücü xəsarət alıb

Ağstafada yol-nəqliyyat hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, Qazax istiqamətində hərəkətdə olan avtomobil qarşısına çıxan atı vurub. Avtomobilin sürücü E.Əmirov yüngül xəsarət alıb. Hadisə yerinə polis əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.

1 min read

Bakı-İsmayıllı yolunda 2 maşın toqquşdu

Bakı-İsmayıllı yolunda yol-nəqliyyat hadisəsi baş verib. Canlixeber.com verir ki, hadisə zamanı iki minik avtomobili toqquşub. Qəza nəticəsində avtomobillərdən birinin ön hissəsinə ciddi ziyan dəyib. Hadisə yerinə evakuator cəlb olunub.Qəzanın hansı səbəbdən baş verdiyi və xəsarət alanların olub-olmadığı barədə məlumat yoxdur.

1 min read

Ucarda yol qəzası olub, xəsarət alanlar var

Ucarda rayonunda yol qəzası olub, xəsarət alanlar var. Canlixeber.com xəbər verir ki, hadisə Bakı-Qazax magistralının rayonun Müsüslü kəndindən keçən hissəsində baş verib. Belə ki, Bakı şəhər sakini, 1974- ci il təvəllüdlü Aydın Əliyevin idarə etdiyi “Mercedes” markalı minik maşını idarəetmədən çıxaraq beton arakəsməyə çırpılıb. Nəticədə sürücü A. Əliyev sərnişinləri- Bakı şəhər sakini, 1986- cı il […]

1 min read

Tovuzda AĞIR QƏZA: 25 yaşlı gənc öldü

Tovuz rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, hadisə rayonun Düz Cırdaxan kəndi ərazisində qeydə alınıb. Hərəkətdə olan “Ford” markalı yük avtomobilinin sürücüsü idarəetməni itirib. Nəticədə avtomobil əvvəlcə yol kənarında yerləşən elektrik dirəyinə, daha sonra isə ağaca çırpılıb. Güclü zərbə nəticəsində yük avtomobili ciddi şəkildə deformasiyaya uğrayıb. Hadisə zamanı avtomobilin […]

1 min read

İmişlidə iki avtomobil toqquşub, ölən və xəsarət alan var

İmişli rayonunda bir nəfərin ölümü, bir nəfərin xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib. Canlixeber.com xəbər verir ki, hadisə Hacıqabul-Bəhrəmtəpə-Mincivan avtomobil yolunun İmişli rayonunun Xubyarlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Tural Xəlilovun idarə etdiyi “VAZ” markalı avtomobil digər avtomobillə toqquşub, daha sonra isə yoldan çıxıb. Qəza nəticəsində “VAZ”ın sürücüsü xəsarət alıb, avtomobildə olan […]

1 min read

Sumqayıtda altı avtomobil toqquşub, xəsarət alanlar var

Sumqayıt şəhərində altı avtomobilin iştirakı ilə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, hadisə İsmət Qayıbov küçəsində qeydə alınıb. Belə ki, BMW, “Hyundai” markalı iki avtomobil, habelə “Opel”, “Toyota” və “Kia” markalı minik avtomobilləri toqquşub. İlkin məlumata görə, hadisəyə BMW markalı avtomobilin sürücüsünün səbəb olduğu ehtimal edilir. Belə ki, idarəetmədən çıxan BMW əvvəlcə […]

1 min read

Gəncədə zəncirvari qəza baş verib

Gəncədə üç avtomobilin iştirakı ilə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb. Belə ki, “Chevrolet” və “Toyota” markalı avtomobillər toqquşub. Zərbənin təsirindən avtomobillərdən biri yol kənarında dayanan “KIA” markalı avtomobilə çırpılıb. Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma başlanılıb.

1 min read

Lökbatan-Qobu yolunda avtomobil AŞIB: Sürücü xəsarət alıb

Lökbatan-Qobu yolunda baş verən yol-nəqliyyat hadisəsi zamanı sürücü xəsarət alıb. Canlixeber.com xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) bildirilib ki, hadisə bu gün saat 10:00-da Lökbatan-Qobu yolunun “Qobu Park” ərazisi yaxınlığında qeydə alınıb. “2005-ci il təvəllüdlü Bəşir Elxan oğlu Sadıqov idarə etdiyi “Mercedes” markalı avtomobili yüksək sürətlə idarə etdiyindən döngədə idarəetməni itirib və […]

1 min read

Göyçayda iki maşın toqquşub üçüncüsünə çırpıldı: Xəsarət alanlar var

Göyçay şəhərində zəncirvari yol-nəqliyyat hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, hadisə bu gün saat 11 radələrində şəhərin Heydər Əliyev prospektində qeydə alınıb. Məlumata görə, 31 yaşlı Mansur Babazadənin idarə etdiyi VAZ-2107 markalı, 10-OP-706 dövlət nömrə nişanlı avtomobillə 34 yaşlı Tural İbrahimovun idarə etdiyi VAZ-2105 markalı, 23-BB-244 dövlət nömrə nişanlı avtomobil toqquşub. Toqquşan avtomobillər daha […]

1 min read

Ağdaşda avtomobil su kanalına aşıb

Ağdaşda avtomobil su kanalına aşıb. Canlixeber.com xəbər verir ki, hadisə Ağzibir və Kotavan kəndləri arası sərt döngədə baş verib. İdarəetmədən çıxan maşın yol kənarındakı su kanalına aşıb. Hadisə zamanı müxtəlif bədən xəsarətləri alan 1985-ci il təvəllüdlü rayon sakini Zakirov Ramil Almurad oğlu xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma aparılır.