Ağstafada maşın atı vurub, sürücü xəsarət alıb
1 min read

Ağstafada maşın atı vurub, sürücü xəsarət alıb

Ağstafada yol-nəqliyyat hadisəsi baş verib.

Canlixeber.com xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Qazax istiqamətində hərəkətdə olan avtomobil qarşısına çıxan atı vurub.

Avtomobilin sürücü E.Əmirov yüngül xəsarət alıb.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.