1 min read

Gədəbəydə Niva aşıb, sürücü ağır xəsarət alıb

Gədəbəydə ağır yol-nəqliyyat hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, hadisə Gədəbəy-Şəmkir yolunun rayonun ərazisindən keçən hissəsində qeydə alınıb. Məlumata görə, hərəkətdə olan “NİVA” markalı minik maşını idarəetmədən çıxıb. Nəticədə minik maşını yolun kənarına aşıb. Qəza zamanı sürücü 2003-cü il təvəllüdlü İ.Məmmədov xəsarət alıb. Xəsarət alan sürücü xəstəxanaya yerləşdirilib, onun vəziyyətinin ağır olduğu bildirilir. Hadisə […]

1 min read

Göyçayda QƏZA: Xəsarət alanlar var

Göyçayda yol-nəqliyyat hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, hadisə Bakı-Şamaxı-Yevlax avtomobil yolunun rayonun Bığır kəndindən keçən hissəsində baş verib. İlkin məlumata görə, KIA və VAZ-2106 markalı avtomobillər toqquşub. Hadisə nəticəsində 4 nəfər xəsarət alıb. Zərbənin təsirindən yaralılar avtomobillərdə sıxılı vəziyyətdə qalıblar. Onlar ətrafdakı insanların köməyi ilə avtomobillərdən çıxarılıb. Yaralılar təcili tibbi yardım maşınının köməyi […]

1 min read

Zaqatalada AĞIR QƏZA: Sürücü yanaraq öldü

Zaqatalada VAZ-21099 markalı avtomobil ağaca çırpılıb. Canlixeber.com xəbər verir ki, hadisə gecə saat 02 radələrində Qax-Zaqatala avtomobil yolunun Zaqatalanın Yeni Suvagil kəndinin girişində baş verib. Belə ki, Əfqan Əfəndi oğlu Mülkümovun idarə etdiyi VAZ-21099 markalı 62-BM-725 dövlət qeydiyyat nişanlı avtomobil hərəkətdə olarkən idarəetməni itirməsi səbəbi ilə yol kənarındakı ağaca çırpılıb. Qəzadan sonra avtomobil yanmağa başlayıb. […]

1 min read

Salyanda qəza, ölən var

Salyan rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, hadisə rayonun Qarabağlı kəndində qeydə alınıb. Avtomobil kənd ərazisində hərəkətdə olarkən yolu keçmək istəyən Sahil Əsgərlini vurub. Piyada xəstəxanaya çatdırılsa da, aldığı xəsarətlərdən orada ölüb. Faktla bağlı araşdırma aparılır.

1 min read

Şəmkirdə 6 nəfərin öldüyü avtoqəza ilə bağlı cinayət işi başlanıldı

Şəmkirdə 6 nəfərin öldüyü avtoqəza ilə bağlı cinayət işi başlanılıb. Canlixeber.com xəbər evrir ki, hadisə Bakı-Qazax magistral yolunun Şəmkirdən keçən hissəsində qeydə alınıb. Gədəbəy rayon sakini, 1973-cü il təvəllüdlü Elnur Hüseynovun idarə etdiyi “KIA Sorento” markalı minik avtomobil Şəmkir rayonunun Mahmudlu kənd sakini 1981-ci il təvəllüdlü Əli Aslanovun idarə etdiyi “VAZ-2106” markalı avtomobillə toqquşub. Nəticədə […]

1 min read

Hacıqabulda qəzada 5 nəfər xəsarət alıb

Hacıqabulda baş verən qəzada 5 nəfər xəsarət alıb. Canlixeber.com xəbər verir ki, hadisə Bakı-Qazax magistralının 108-ci kilometrliyində, Hacıqabul şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, “Mercedes Vito” markalı mikroavtobus arxadan “KamAZ” markalı yük avtomobilinə çırpılıb. Nəticədə mikroavtobusda olan 5 nəfər müxtəlif dərəcəli xəsarətlərlə Şirvan Şəhər Xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

1 min read

Zaqatalada iki avtomobil toqquşub: Xəsarət alanlar var

Zaqatalanın Muxax kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, qəza zamanı “Ford” və VAZ-2106 markalı avtomobillər toqquşub. Hadisə nəticəsində 2 nəfər xəsarət alıb. Xəsarət alan şəxslər 29 yaşlı Aytac Səfərova və 39 yaşlı Abdulla Yusubovdur. Onlar xəstəxanaya çatdırılıblar. Faktla bağlı araşdırmalar aparılır.

1 min read

Şamaxıda qəzada ər-arvad ölüblər

Şamaxıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Hadisə axşam saatlarında Şamaxı-Pirqulu avtomobil yolunda qeydə alınıb. Canlixeber.com xəbər verir ki, rayonun Qızmeydan kəndi ərazisində hərəkətdə olan minik avtomobili yoldan çıxaraq dərəyə yuvarlanıb Çuxuryurd kəndi ərazidində dərəyə yuvarlanan avtomobildə olan 75 yaşlı Mətləb Aslanov və 70 yaşlı Şövkət Aslanova ər-arvad olublar. Dərəyə yuvarlanan zaman avtomobil ağaca çırpılıb. […]

1 min read

Qusarda yük avtomobili piyadanı vurub

Qusarda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, hadisə rayonun Bədirqala kəndində olub. Belə ki, Elçin Fətəliyevin idarə etdiyi “Ford Transit” markalı avtomobillə hərəkətdə olarkən Yaqub Əliyevi vurub. Piyada aldığı xəsarətlərdən ölüb. Faktla bağlı cinayət işi başlanılıb.

1 min read

Gəncədə iki avtomobil toqquşub, xəsarət alanlar var

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb. Belə ki, hərəkətdə olan iki avtomobil toqquşub. Qəza zamanı 3 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Hadisə yerinə polis əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.