Avtomobil qəzası
Naxçıvanda avtomobil qəzasında bir nəfər həyatını itirib
Naxçıvan Muxtar Respublikası, Kəngərli rayonu Yeni Kərki kəndi ərazisində yol-nəqliyyat qəzası baş verib. Canlixeber.com xəbər verir ki, Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Bildirilib ki, vətəndaşlar avtomobildə sıxılı vəziyyətdə qalıblar. Məlumatla əlaqədar hadisə yerinə dərhal Kəngərli Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri cəlb edilib. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Hyundai” markalı minik avtomobili yoldan […]
Yol polisi İsmayıllıda üç nəfərin öldüyü AĞIR QƏZA ilə bağlı sürücülərə XƏBƏRDARLIQ ETDİ
İsmayıllı rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) məlumat yayıb. Canlixeber.com həmin məlumatı təqdim edir: “Bu gün saat 12 radələrində Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun Qurbanəfəndi kəndi ərazisindən keçən hissəsində paytaxt sakini Nihad Allahverənovun idarə etdiyi motosikletlə Qəbələ rayon sakini İsa Rzayevin idarə etdiyi “Opel” markalı avtomobil toqquşub. Qəza nəticəsində […]
Sumqayıtda zəncirvari QƏZA baş verib
Sumqayıtda zəncirvari yol-nəqliyyat hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, hadisə nəticəsində iki “Honda”, “AzSamand” və “Hyundai” markalı avtomobillər toqquşub. Qəza nəticəsində hər dörd avtomobilə ciddi ziyan dəyib.
İsmayıllıda qəzada 3 nəfər ölüb
İsmayıllı rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, “Opel” markalı avtomobillə motosikletin toqquşub. Hadisə nəticəsində minik avtomobilində olan 2 nəfər, eləcə də motosikletin sürücüsü ölüb. DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.
Zərdabda avtomobil yol kənarındakı maneəyə çırpılıb, 4 nəfər xəsarət alıb
Zərdabda avtomobil qəzası olub, xəsarət alanlar var. APA-nın yerli bürosunun xəbərinə görə, hadisə Ucar-Zərdab avtomobil yolunun rayonun Çallı kəndindən keçən hissəsində qeydə alınıb. Belə ki, hərəkətdə olan “VAZ-2106” markalı minik avtomobili idarəetmədən çıxaraq yol kənarındakı maneəyə çırpılıb. İlkin məlumata görə, hadisə zamanı ikisi ağır olmaqla, 4 nəfər xəsarət alıb. Fakt araşdırılır.
Zərdabda avtomobil ağaca çırpıldı: Xəsarət alanlar var
Zərdab rayonunda yol-nəqliyyat hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, hadisə iyulun 15-i saat 23 radələrində Zərdab şəhərinin Heydər Əliyev prospektində qeydə alınıb. Belə ki, şəhər sakini, 1982-ci il təvəllüdlü Samir Hüseynli KIA markalı, 50-EC-874 dövlət qeydiyyat nişanlı avtomobilə idarəetməni itirib, nəticədə nəqliyyat vasitəsi ağaca çırpılıb. Qəza nəticəsində sürücü Samir Hüseynli, eləcə də sərnişinlər – […]
Ağdərədə ər və arvad FACİƏLİ ŞƏKİLDƏ öldülər
Ağdərə rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, qəza gecə saatlarında Həsənriz-Umudlu yolunda qeydə alınıb. Avtomobilin aşması nəticəsində Kəlbəcər rayon sakinləri – N.Əsgərov və həyat yoldaşı K.Əsgərova həyatını itirib. Avtomobildə olan digər Kəlbəcər sakini M.İsmayılova xəsarət alıb. Faktla bağlı araşdırma aparılır.
Zaqatalada minik avtomobilləri toqquşdu: Xəsarət alanlar var
Zaqatalada yol-nəqliyyat hadisəsi baş verib. Canlixeber.com verir ki, qəza saat 22 radələrində Zaqatala şəhərinin girişində, Faiq Əmirov küçəsində qeydə alınıb. İlkin məlumata əsasən, minik avtomobillərinin toqquşması nəticəsində üç nəfər xəsarət alıb. Yaralılar Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə korpusunun İkinci Təcili Tibbi Yardım şöbəsinə yerləşdiriliblər.
Sumqayıtda avtomobil piyadanı və maşını vurub
Sumqayıt şəhəri Heydər Əliyev prospektində piyadavurma hadisəsi qeydə alınıb. Canlixeber.com xəbər verir ki, “Opel Astra” markalı, 90-TJ-149 dövlət nömrə nişanlı avtomobil qarşısına çıxan piyadanı (qadın cinsli) vurub. Daha sonra isə avtomobili geriyə doğru hərəkət etdirərək “Toyota Land Cruiser” markalı 90-SM-205 dövlət nömrə nişanlı avtomobili əzib. İlkin məlumata görə, baş hissəsindən xəsarət alan piyada dərhal xəstəxanaya […]
Qobustanda ağır qəza: Ölən var
Bakı-Qazax avtomobil yolunun Qobustan rayonu ərazisindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, qəza yerinə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri və Təcili Tibbi Yardım briqadaları cəlb olunub. İlkin məlumata görə, hadisə nəticəsində bir nəfər həyatını itirib.
