Naxçıvanda AĞIR QƏZA: Xəsarət alanlar var
1 min read

Naxçıvanda AĞIR QƏZA: Xəsarət alanlar var

Naxçıvanda iki avtomobilin toqquşması nəticəsində 4 nəfər xəsarət alıb.

Canlixeber.com xəbər verir ki, hadisə şəhərin 21-ci məhəlləsində baş verib.

Belə ki, “Mercedes” markalı avtomobillə “Ssang Yong” markalı minik avtomobilinin toqquşması nəticəsində 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Xəsarət alanlar – 1958-ci il təvəllüdlü Fatma Cəfər qızı Cəfərova, 1963-cü il təvəllüdlü Rüfət Əyyub qızı Cəfərova, 1981-ci il təvəllüdlü Aliyə Hümbət qızı Qəhrəmanova və 1982-ci il təvəllüdlü Gülnarə Məmməd qızı Babayeva Naxçıvan Muxtar Respublika Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdiriliblər.

Hadisə yerinə polis əməkdaşları cəlb olunublar. Faktla bağlı araşdırma aparılır.