İsmayıllıda iki avtomobil toqquşdu: Dörd nəfər yaralandı
1 min read

İsmayıllıda iki avtomobil toqquşdu: Dörd nəfər yaralandı

İsmayıllıda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Canlixeber.com xəbər verir ki, hadisə rayonun Diyallı-Təzəkənd yolunda qeydə alınıb.

Belə ki, “Niva” və “Hyundai” markalı avtomobillərin toqquşması nəticəsində 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralılar İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına çatdırılaraq həkim nəzarətinə götürülüblər.

Hadisənin səbəbləri araşdırılır.