Avtomobil qəzası
İsmayıllıda sürücü və sərnişinin öldüyü qəzanın səbəbi məlum olub
İyulun 4-də saat 16 radələrində Muğanlı–İsmayıllı avtomobil yolunun İsmayıllı rayonu ərazisindən keçən 32-ci kilometrliyində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb. Zaqatala rayon sakini, 1974-cü il təvəllüdlü İlqar Süleymanovun idarə etdiyi “Mercedes-Benz” markalı avtomobil Şamaxı rayonu istiqamətində hərəkətdə olarkən körpünün orta hissəsində yerləşən beton […]
Qubada QƏZA: Yaralılar var
Qubanın Rustov kəndi ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, VAZ-2107 markalı minik avtomobilinin yolun kənarında dayanan yük maşını ilə toqquşması nəticəsində minik avtomobilində olan 3 nəfər xəsarət alıb. İlkin məlumata görə, onlardan 2-si ağır, 1-i isə yüngül dərəcəli bədən xəsarətləri alıb. Faktla bağlı araşdırmalara başlanılıb.
Bakıda taksi qəzaya düşüb: 3 iranlı tələbə və azyaşlı xəsarət alıb
Bakının Nərimanov rayonunda yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 4 nəfər xəsarət alıb.Canlixeber.com xəbər verir ki, hadisə Həsən Əliyev küçəsində qeydə alınıb. Məlumata görə, taksi fəaliyyəti ilə məşğul olan sürücünün idarə etdiyi “Toyota” markalı avtomobilə digər nəqliyyat vasitəsi çırpılıb. Qəza zamanı taksidə olan sərnişinlər – İran vətəndaşları Məryəm Afşari, Ayda Musa, Şakila Şafari və 2017-ci il […]
Bərdə-Ağdam-Xankəndi yolunda qəza olub, xəsarət alanlar var
Bərdə-Ağdam-Xankəndi avtomobil yolunda yol-nəqliyyat hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, qəza Uzundərə ərazisində qeydə alınıb. İki minik avtomobilinin toqquşması nəticəsində 3 nəfər xəsarət alıb. Hadisə yerinə təcili tibbi yardım briqadaları cəlb olunub. Faktla bağlı araşdırma aparılır
Tovuzda iki avtomobil toqquşub, xəsarət alanlar var
Tovuzda yol-nəqliyyat hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, hadisə Tovuz şəhərinin Heydər Əliyev prospektində qeydə alınıb. “VAZ 2106” ilə “Hyundai” markalı minik avtomobilləri toqquşub. Qəza zamanı bir neçə nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Bakıda maşın dəmir maneəyə çırpılıb, sürücü ölüb
Bakıda maşın dəmir maneəyə çırpılıb, bir nəfər ölüb. Canlixeber.com xəbər verir ki, hadisə Sabunçu rayonunda baş verib. Belə ki, Mahir Vəliyev idarə etdiyi “Toyota Prius” markalı avtomobil ilə hərəkətdə olarkən idarətməni itirərək yolun sağ tərəfində olan dəmir məhəccərə çırpılıb. Hadisə nəticəsində sürücü Mahir Vəliyev aldığı xəsarətlərdən qəza yerində ölüb, avtomobildə olan sərnişin Fəridə Bədəlova isə […]
Masallıda baş verən qəzada 2 nəfər ölüb, 2 nəfər xəsarət alıb
Masallıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, hadisə axşam saatlarında Masallı–Yardımlı yolunda, Masallı rayonunun Ərkivan qəsəbəsi ərazisində qeydə alınıb. Belə ki, Ərkivan qəsəbə sakini, 31 yaşlı Rusif Babayev, idarə etdiyi “Mercedes” markalı avtomobillə hərəkətdə olarkən, Cəlilabad rayon sakini Nikbin Feyzullayevin idarə etdiyi digər “Mercedes” markalı avtomobillə toqquşub. Toqquşmanın təsirindən Rusif Babayevin […]
Bakıda ağır qəza: Ölən var
Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, 1989-cu il təvəllüdlü Vasif Əli oğlu Aslanov idarə etdiyi “Hyundai” markalı avtomobillə hərəkətdə olarkən yolu piyada keçməyə çalışan Samir Əliməmməd oğlu Rzayevi vurub. Piyada ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilsə də, orada ölüb. Faktla bağlı cinayət işi başlanılıb.
Bakıda iki maşın toqquşdu, biri aşdı
Paytaxtda yol-nəqliyyat hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, qəza ötən gün qeydə alınıb. Belə ki, “BYD” və “Mersedes Vito” markalı avtomobillər toqquşub. Nəticədə “Mersedes Vito” aşıb. Hadisə yerinə polis əməkdaşları gəlib.
Göyçayda qəzaya uğrayan VAZ kanala düşdü: Sürücünün meyiti tapıldı
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Göyçay rayonu, Kürdəmiş kəndində içərisində vətəndaşın olduğu VAZ-2106 markalı avtomobilin su kanalına düşməsi barədə məlumat daxil olub. Canlixeber.com xəbər verir ki, bununla bağlı FHN məlumat yayıb. Məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc qrupu axtarışlara cəlb olunub. Bildirilib ki, FHN-in Kiçikhəcmli Gəmilərə […]
