Sosial
Sonuncu xəbərlər
UEFA Konfrans Liqası: “Zirə” Gürcüstanda cavab matçına çıxır
UEFA Konfrans Liqasındakı təmsilçimiz “Zirə” bu gün növbəti oyununa çıxır. Canlixeber.com xəbər verir ki, mübarizəyə 1-ci təsnifat mərhələsindən başlayan “Zirə” Gürcüstanda “Torpedo Kutaisi” komandasına qarşı cavab oyununa çıxacaq. Kutaisidəki Ramaz Şengeliya stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. Qeyd edək ki, tərəflər arasında keçirilən ilk qarşılaşma təmsilçimizin 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Bakıda məşhur hoteldə YANĞIN: Qonaqlar təxliyə edildilər
Bakı şəhəri, Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsində yerləşən obyektdə yanğın baş verib. Canlixeber.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində “Arena Hall” hotelinin 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 300 kvadratmetr olan saunada baş […]
Sabahdan Bakıda və rayonlarda külək güclənəcək – XƏBƏRDARLIQ
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib. Canlixeber.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, iyulun 16-da Bakıda və Abşeron yarımadasında, iyulun 16-18-də isə bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib. Bakıda və Abşeron yarımadasında sarı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi, Naxçıvan MR, Kəlbəcər, Laçın, […]
Qeyri-sabit hava şəraiti nə vaxtadək davam edəcək?
Azərbaycanın bəzi dağlıq və dağətəyi rayonlarında iyulun 16-dan 22-dək qeyri-sabit, fasilələrlə yağıntılı hava şəraitinin davam edəcəyi gözlənilir. Canlixeber.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Ayrı-ayrı yerlərdə yağıntıların leysan xarakterli intensiv və güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi ehtimal olunur.
İntensiv yağış yağacaq, sel keçəcək – Əhaliyə XƏBƏRDARLIQ
Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, yaxın günlər ərzində ayrı-ayrı yerlərdə intensiv yağış yağacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi, şimşək çaxacağı və küləyin arabir güclənəcəyi proqnozlaşdırılır. Qeyd olunanları nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyi (FHN) müvafiq təhlükəsizlik qaydalarını bir daha xatırladır. Canlixeber.com xəbər verir ki, bu barədə FHN məlumat yayıb. Bildirilib ki, intensiv yağıntıların səbəb ola […]
Bu gün hava necə olacaq?
İyulun 16-da gözlənilən hava şəraiti açıqlanıb. Canlixeber.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi gecə və səhər arabir güclənəcək. Havanın temperaturu gecə 22-25° isti, gündüz 28-32° isti olacaq. Atmosfer təzyiqi 757 mm civə sütunu, nisbi rütubət isə […]
Gəncədə 20 yaşlı gənc bıçaqlanıb
Gəncədə Xan Bağı istirahət parkının yaxınlığında 20 yaşlı gənc bıçaqlanıb. Canlixeber.com xəbər verir ki, 2006-cı il təvəllüdlü Sərxan İsmayılov Gəncədə yerləşən xəstəxanalardan birinə yerləşdirilib. Hazırda müalicəsi davam etdirilir. Hadisənin hansı şəraitdə və kim tərəfindən törədilməsi istiqamətində Gəncə şəhər Baş Polis İdarəsi tərəfindən araşdırma başlanılıb.
1 vəkil kollegiyadan xaric olunub, dördü cərimələnib
Bu gün Vəkillər Kollegiyasının Rəyasət Heyətinin növbəti iclası keçirilib. Canlixeber.com xəbər verir ki, iclası giriş sözü ilə açan Kollegiyanın sədri Anar Bağırov Rəyasət Heyətinin cari fəaliyyəti, son dövrdə həyata keçirilən tədbirlər, əldə olunan nəticələr və qarşıda duran prioritet istiqamətlər barədə ətraflı məlumat verib. Gündəliyə uyğun olaraq bir sıra təşkilati, maliyyə və kadr məsələləri müzakirə edilib. […]
Tovuzda həyat yoldaşını döyən kişi tutuldu
Tovuz rayon sakini T. Rüstəmovanın ailə münaqişəsi zəminində həyat yoldaşı tərəfindən zorakılığa məruz qalması və sığınacağa yerləşdirilməsi ilə bağlı sosial şəbəkələrdə yayılan paylaşımlar əsasında polis əməkdaşları tərəfindən araşdırmalara başlanılıb. Canlixeber.com xəbər verir ki, bu bərədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, araşdırmalar çərçivəsində qadının həyat yoldaşı A. Bədirov saxlanılıb. Araşdırmalar davam etdirilir.
M8 marşrut avtobusunun hərəkət sxemi dəyişir
İyulun 16-dan M8 nömrəli müntəzəm avtobus marşrutunun hərəkət sxemi dəyişdiriləcək. Canlixeber.com xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib. Məlumata əsasən, marşrutun Maştağa qəsəbəsi istiqamətində hərəkət sxemi dəyişdirilərək Əhməd Rəcəbli küçəsi – Təbriz küçəsi – Ağa Nemətulla küçəsi – Heydər Əliyev prospektinin kənar yolu – Mirzə Qədim İrəvani küçəsi – Xətai prospekti […]
