Sosial
Sonuncu xəbərlər
Hidayət Heydərov Bakıdakı dünya çempionatında 73 kq çəki dərəcəsində çıxış edəcək
Hidayət Heydərov Bakıdakı dünya çempionatında 73 kq çəki dərəcəsində çıxış edəcək. Canlixeber.com xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyasının (ACF) vitse-prezidenti Elnur Məmmədli açıqlama verib. ACF rəsmisi Bakıda keçiriləcək dünya çempionatına həsr olunan mətbuat konfransında fikirlərini bölüşüb: “Hidayət Heydərov Bakıdakı dünya çempionatında 73 kq çəki dərəcəsində çıxış edəcək. Elcan Hacıyevin iştirakı isə sual altındadır. […]
Azərbaycanda ev heyvanları saxlayanların sayı artıb: Səbəb nədir?
Son illərdə ev heyvanı saxlayan insanların sayında nəzərəçarpacaq artım müşahidə olunur. Əvvəllər daha çox həyət evləri ilə əlaqələndirilən pişik, it və digər ev heyvanları artıq çoxmənzilli binalarda yaşayan ailələrin də gündəlik həyatının ayrılmaz hissəsinə çevrilib. Bəziləri onları ailə üzvü hesab edir, bəziləri isə təkliyə qarşı ən yaxın dost kimi görür. Sosial şəbəkələrdə ev heyvanları ilə […]
Qubada hamilə iynədən şoka düşüb, əməliyyatdan sonra ölüb
İyulun 15-də saat 01:00 radələrində 1 nəfər (qadın) aqonal vəziyyətdə Quba Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. Canlixeber.com xəbər verir ki, bu barədə TƏBİB-dən bildirilib. Məlumata görə, 2003-cü il təvəllüdlü hamiləyə anafilaktik şok (seftriakson inyeksiyasına qarşı), IV dərəcəli anafilaktik şok, ölü döl diaqnozları təyin olunub və zəruri tibbi yardım göstərilib: “Pasiyent qəbul […]
Azərbaycan və Serbiya generalları görüşdülər
Bakıda Azərbaycan və Serbiya arasında hərbi əməkdaşlıq sahəsində Yüksək Səviyyəli Birgə İşçi Qrupunun iclası keçirilib. Canlixeber.com xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Nazirliyin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində Hərbi-Texniki Təchizat Baş İdarəsinin rəisi general-mayor Fərid Əliyevin və Serbiyanın Müdafiə Texnologiyaları İdarəsinin rəisi general-mayor Slavko Rakicin rəhbərlik etdikləri nümayəndə heyətləri görüşüb. İclasın növbəti mərhələsində […]
Bakıda yeni təmayül tədris modelinin tətbiq olunacağı məktəblər – SİYAHI
2026-2027-ci tədris ilində yeni təmayül tədris modeli Bakı şəhərindəki 31 ümumi təhsil müəssisəsini əhatə edəcək. Canlixeber.com xəbər verir ki, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) məlumat yayıb. Bildirilib ki, paytaxt üzrə 313, 136, 71, 88, 182, 290, 106, 116, 337, 96, 239, 26, 320, 114, 263, 194, 253, 21, 283, 196, 45, 19, […]
Bilgəhdə dənizdə bir nəfər batıb
Fövqəladə Hallar Nazirliyinin “112″ qaynar telefon xəttinə Bakı şəhəri, Xəzər rayonu, Bilgəh qəsəbəsi, “Daçnik” adlanan və ən yaxın xilasetmə məntəqəsindən 3 km aralı dənizdə nəzarətsiz ərazidə 1 nəfərin batması barədə məlumat daxil olub. Canlixeber.com xəbər verir ki, bu barədə FHN-in Mətbuat xidmətinin məlumatında deyilir. Məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət […]
Küləyin sürəti 21 m/s-ə çatır – FAKTİKİ HAVA
İyulun 16-sı saat 11:00-a olan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, iyulun 16-sı saat 11:00-a olan məlumatına əsasən ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin gecə və səhər saatlarında bəzi dağlıq və dağətəyi rayonlarda yağış yağıb. Düşən yağıntının miqdarı Qəbələdə 6, Zaqatala, Qrız və Qusarda 1 mm-dək qeydə alınıb. Hazırda […]
Milli Depozit Mərkəzinin rəhbərliyinə təyinat olub
Milli Depozit Mərkəzinin rəhbərliyinə təyinat olub. Canlixeber.com xəbər verir ki, bu barədə MDM-dən bildirilib. Məlumata görə, MDM-in Müşahidə Şurasının 14.07.2026-cı il tarixli qərarı ilə Nağı Nağıyev İdarə Heyətinin üzvü vəzifəsinə təyin edilib. Qeyd edək ki, Nağı Nağıyev 2020-ci ildə Avropa Yenidənqurma və İnkişaf Bankında maliyyə təhlilçisi kimi təcrübə keçib. Həmin il əmək fəaliyyətinə “SOCAR Trading” […]
Şəmkirdə 11 nəfər zəhərlənmə diaqnozu ilə xəstəxanaya yeləşdirilib
Şəmkir rayonunda kütləvi zəhərlənmə faktı qeydə alınıb. Canlixeber.com xəbər verir ki, 11 nəfər restoranlardan birində qida qəbul etdikdən sonra zəhərlənmə diaqnozu ilə rayon mərkəzi xəstəxanasına yeləşdirilib. Bunlar Mədinə İsmayılova (1995), Sevil Cəlilova (1994), Gülbəniz Cəlilova (1973), Leyla Qurbanova (2007), Rüfət Qurbanov (1999), Türə Daşdəmirova (1999), Famil İsgəndərov (1994), Aysu Abbasova (2015), Rüxsarə İsgəndərova (1967), Fatimə […]
Bakıda yanğın təhlükəli sexin fəaliyyəti dayandırılıb
Bakı şəhəri, Binəqədi rayonu, Şövkət Məmmədova küçəsi, ev 5b ünvanında yerləşən istehsalat sexinin fəaliyyəti dayandırılıb. Canlixeber.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Bildirilib ki, keçirilən yoxlama zamanı sözügedən obyektdə yanğın təhlükəsizliyi sahəsində bir sıra nöqsanlar aşkar edilib. Həmin istehsalat sexinin fəaliyyətinin dayandırılması barədə qərar qəbul olunub və qərarın bir nüsxəsi obyektin […]
