Tramp “Hellouin” şənliyinə öz kostyumunda gəldi
1 min read

Tramp “Hellouin” şənliyinə öz kostyumunda gəldi

ABŞ Prezidenti Donald Tramp Mar-a-Laqodakı mülkündə keçirilən “Hellouin” şənliyində tədbirə öz kostyumunda gəldiyini yumorla qeyd edib.

Canlixeber.com xəbər verir ki bu barədə Aif.ru məlumat yayıb.

O, jurnalistlərlə söhbətində özünün və digər qonaqların səyləri arasındakı fərqə diqqət çəkib.

“Bu insanlar çoxlu vaxt və pul xərcləyiblər, varlı insanlardır, hazırlaşmağa doqquz saat vaxt sərf ediblər. Mənim isə on dəqiqəm var idi”, – deyə Tramp bəyan edib.

Tədbirdə prezident mühafizə altında olub. Məxfi Xidmətin əməkdaşları onu bayrama əlvan kostyumlarda gələn qonaqlar kütləsindən ayırıblar.