1 min read

Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulub

Bakının Suraxanı və Binəqədi rayonlarında təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq olunacaq. Canlixeber.com xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb. Bildirilib ki, oktyabrın 14-ü saat 08:00-dan Suraxanı rayonunun Hövsan qəsəbəsində Elvin Əlimov küçəsinin Ağadadaş Müniri küçəsi ilə kəsişməsindən 10-cu Hövsan küçəsi ilə kəsişməsinədək olan hissəsində hərəkət […]

1 min read

Qanunsuz toyuq əti emalı müəssisəsində plandankənar yoxlama keçirilib

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin “1003 – Çağrı Mərkəzi”nə daxil olan vətəndaş müraciəti və sosial mediada paylaşılan məlumat əsasında Abşeron rayonu, Fatmayı kəndində fəaliyyət göstərən, fiziki şəxs Orucov Abbas Tahir oğluna məxsus obyektdə yoxlama keçirilib. Canlixeber.com xəbər verir ki, bu barədə AQTA məlumat yayıb. Baxış zamanı müəssisənin qanunsuz fəaliyyət göstərdiyi, eləcə də sanitar-gigiyenik və sanitar-texniki […]

1 min read

Səudiyyə Ərəbistanının paytaxtına növbəti raket hücumu: Yaralılar var

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyada raket hücumu nəticəsində azı 4 nəfər yaralanıb, 15 yaşayış evinə ziyan dəyib. Canlixeber.com xəbər verir ki, bu barədə krallığın Mülki Müdafiə Xidməti məlumat yayıb. Qurumun “X” sosial şəbəkəsində yaydığı açıqlamaya əsasən, Ər-Riyad səmasında iki qanadlı raket hava hücumundan müdafiə sistemləri tərəfindən ələ keçirilib. “Ər-Riyad şəhərinə vurulan iki qanadlı raketin qalıqları düşüb. […]

1 min read

İranda siyasi məhbus edam edildi

İranın Məhkəmə Ssistemi siyasi məhbus Əli-Sina Mustafəvinin edam hökmünün icra edildiyini açıqlayıb. Canlixeber.com xəbər verir ki, məhkəmə onu 2026-cı ilin mart–may aylarında Kirman şəhərində baş vermiş iki atışma hadisəsində günahlandırıb. Mustafəvi 2025-ci ilin dekabrı-2026-cı ilin yanvarında keçirilən kütləvi etiraz aksiyalarında da iştirak edib. Məhkəmə onu ölkə xaricində fəaliyyət göstərən farsdilli media şəbəkələrinə foto və videolar […]

1 min read

Elmir Əliyev U-23 dünya çempionatının gümüş medalını qazanıb

Azərbaycanın yunan-Roma güləşçisi Elmir Əliyev U-23 dünya çempionatının gümüş medalını qazanıb. Canlixeber.com xəbər verir ki o, finalda qazaxıstanlı Aybek Aytbekova 4:13 hesabı ilə məğlub olub. Qeyd edək ki, oktyabrın 18-dək ABŞ-nin Las Veqas şəhərində keçiriləcək yarışda Azərbaycanı 23 güləşçi təmsil edir.

1 min read

Dövlət informasiya infrastrukturlarına qarşı intensiv kiberhücumlar olub

Oktyabrın 13-də, saat 22:00 radələrindən dövlət informasiya infrastrukturlarına qarşı kiberhücum fəaliyyətləri qeydə alınıb. Canlixeber.com bu barədə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinə istinadən xəbər verir. Məlumata görə, hücumu xarici haker qruplaşması həyata keçirib, 100-dən artıq dövlət domeni hədəfə alınıb. Kiberhücum nəticəsində bir sıra dövlət orqanlarının internet informasiya ehtiyatlarının fəaliyyətində fasilələr yaranıb. Görülmüş müvafiq texniki […]

2 mins read

Lənkəranda 5 uşaq anası ərini bıçaqladı: Əvvəl də döyübmüş

Lənkəranda arvad ərini döyərək bıçaqlayıb. Canlixeber.com xəbər verir ki, hadisə Lənkəran şəhəri ərazisində baş verib. Şəhər sakini Şadil Məmmədov (soyad şərtidir – red.) birinci ailəsindən boşanmış 4 uşaq anası olan Aytənlə evlənib. Bir müddətdən sonra onların bir övladı olub. Bir neçə gün əvvəl Şadil işdən evə gələrkən Aytən ondan uşaq üçün yemək pulu istəyib. Şadil […]

2 mins read

Bir sıra ərazilər işıqsız qalacaq – Siyahı

Təmir işləri ilə əlaqədar Bakının Yasamal və Binəqədi rayonlarının bəzi ərazilərində, eləcə də Yevlax rayonunun bir sıra kəndlərində elektrik enerjisinin verilişində müvəqqəti fasilələr yaranacaq. Canlixeber.com xəbər verir ki, bu barədə “Azərişıq” ASC məlumat yayıb. Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin yaxşılaşdırılması və artan yük tələbatının qarşılanması məqsədilə oktyabrın 14-də Yasamal və Binəqədi rayonlarında yerləşən transformator məntəqələrində […]

1 min read

Şirvanda hündürlükdən yıxılan bir yaşlı uşaq xəstəxanada ölüb

Şirvanda hündürlükdən yıxılaraq ağır xəsarət alan bir yaşlı uşaq xəstəxanada vəfat edib. Canlixeber.com xəbər verir ki, 2025-ci il təvəllüdlü körpə bir gün əvvəl taxtdan yıxılaraq ağır kəllə-beyin travması alıb. Azyaşlı kəllə sümüyünün deformasiyası diaqnozu ilə Şirvan xəstəxanasına yerləşdirilib. Vəziyyəti ağır olduğundan daha sonra Bakıda yerləşən Neyrocərrahiyyə Mərkəzinə köçürülən körpənin həyatını xilas etmək mümkün olmayıb.

1 min read

UEFA Çempionlar Liqası: Bu gecə “Roma” – “Real Madrid”, “Mançester Siti” – PSJ matçları olacaq

UEFA Çempionlar Liqasının 2026/27 mövsümünün Liqa mərhələsinin II turunun oyunları davam edir. Canlixeber.com xəbər verir ki, turun ilk oyun günündə “Feyenoord” klubu “Komo”nu, LASK “Liverpul”u, “Roma” “Real Madrid”i, “Aston Villa” “Fənərbağça”nı, “Real Betis” “Portu”nu, “Budyo Qlimt” “Borussiya Dortmund”u, “Mançester Siti” PSJ-ni, “Şaxtyor Donetsk” AEK-i, “Slovan Bratislava” isə “Ştutqart”ı qəbul edəcək. 14 oktyabr UEFA Çempionlar Liqası […]