Xəbər lenti
Sonuncu xəbərlər
AZAL 2032-ci ilədək donanmasını 50 təyyarəyə çatdırmağı planlaşdırır
AZCON Holding şirkətlərindən olan Azərbaycan Hava Yolları (AZAL) donanmasına ilk yeni nəsil “Airbus A321neo” təyyarəsini əlavə edib. Təyyarə 25 iyun 2026-cı il tarixində Hamburq şəhərində keçirilən tədbirdə təhvil alınıb. Canlixeber.com xəbər verir ki, sözügedən yeni nəsil hava gəmisinin donanmaya qoşulması ilə AZAL-ın donanmasında “Airbus “A319ceo”, “A320ceo”, “A320neo” və “A321neo” tipli təyyarələr istismar olunur. Bildirilib ki, […]
Göygöldə “QAZel” yeddi yaşlı uşağı vurdu
Göygöldə azyaşlını maşın vurub. Canlixeber.com xəbər verir ki, ilkin məlumata görə, “QAZel” markalı yük avtomobili 2019-cu il təvəllüdlü K.Abbasovu vurub. Azyaşlı Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə çatdırılıb. Ona tibbi yardım göstərilib, müalicəsi davam edir. Faktla bağlı araşdırma aparılır.
Azərbaycanlı taekvondoçu Astanada qızıl medal qazandı
Azərbaycan taekvondoçusu Minayə Əkbərova beynəlxalq turnirdə qızıl medal qazanıb. Canlixeber.com xəbər verir ki, 46 kq çəki dərəcəsində çıxış edən milli üzvü Qazaxıstanın Astana şəhərində keçirilən “Kazakhstan Open” turnirində fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Minayə Əkbərova bütün rəqiblərini üstələyərək yarışın qalibi olub.
Bakı və bölgələrdə narkotik əməliyyatı: 9 nəfər saxlanıldı
Daxili İşlər Nazirliyinin (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları Bakı və bölgələrdə keçirdiyi növbəti əməliyyat zamanı 46 kiloqram narkotik vasitə və 2087 ədəd psixotrop tərkibli həbi dövriyyədən çıxarıb. Canlixeber.com xəbər verir ki, bu barədə DİN məlumat yayıb. Qeyd olunub ki, əməliyyat zamanı 37 yaşlı Müzadil Məmmədov, 35 yaşlı Kamran Məmmədov, 40 yaşlı Xanım Qardaşova, 43 […]
Mingəçevirdə 28 yaşlı gənc bıçaqlanıb
Mingəçevirdə bıçaqlanma hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, hadisə şəhərin mərkəzində yerləşən yataqxanalardan birində qeydə alınıb. İlkin məlumata görə, 1998-ci il təvəllüdlü Ramazanov Zülfüqar Vaqif oğlu hələlik məlum olmayan səbəbdən bıçaqlanıb. Yaralı dərhal xəstəxanaya çatdırılıb. Onun vəziyyəti ilə bağlı əlavə məlumat açıqlanmayıb. Polis əməkdaşları tərəfindən hadisəni törədən şəxs və ya şəxslərin müəyyən edilərək saxlanılması […]
Ağcabədidə avtomobillər toqquşub, ölən var
Ağcabədidə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, hadisə Muğanlı kəndində qeydə alınıb. Belə ki, Qara Ramil oğlu Həsənovun idarə etdiyi “Hyundai” markalı avtomobil, Amil Allahyar oğlu Bəylərovun idarə etdiyi KIA markalı avtomobillə toqquşub. Qəza nəticəsində hər iki sürücü müxtəlif dərəcəli xəsarətlər alıb. Yaralılar Ağcabədi Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Həkimlərin səylərinə baxmayaraq, […]
34 yaşlı Vətən müharibəsi iştirakçısı qəfil vəfat etdi
Naxçıvan Muxtar Respbulikasının Kəngərli rayonunda Vətən müharibəsi iştirakçısı ürək çatışmazlığından vəfat edib. Canlixeber xəbər verir ki, 44 günlük Vətən müharibəsi iştirakçısı Elvin Pənahov iş yerində idman edərkən dünyasını dəyişib. Qeyd edək ki, 34 yaşlı mərhum E.Pənahov ailəli olub, üç övladı var.
Azərbaycanda səkkiz gün əvvəl qızıl medal qazanan cüdoçu vəfat etdi
Naxçıvanda yeniyetmə cüdoçu Vəli Əliyev vəfat edib. Canlixeber.com xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi məlumat yayıb. Onun ölüm səbəbi barədə məlumat verilməyib. Qeyd edək ki, Vəli Əliyev iyunun 18-də keçirilən cüdo üzrə Naxçıvan MR birinciliyində qızıl medal qazanmışdı.
Sürücülərin NƏZƏRİNƏ: Bakının əsas küçələrindən birində hərəkət məhdudlaşdırılacaq
“Vətəndaşların rahat gediş-gəlişinin təmin olunması məqsədilə iyunun 26-sı səhər saatlarından Abbasqulu ağa Bakıxanov küçəsinin Rəşid Behbudov küçəsi ilə kəsişməsindən Azadlıq prospektinədək olan hissəsində təmir işləri aparılacaq”. Canlixeber.com xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb. “Bu səbəbdən qeyd olunan ərazidə görülən işlərdən asılı olaraq nəqliyyat vasitələrinin hərəkəti qismən və ya tam […]
Bu gün hava necə olacaq?
İyunun 26-da gözlənilən hava şəraiti açıqlanıb. Canlixeber.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi yerlərdə yağış yağacağı gözlənilir. Yarımadanın ayrı-ayrı yerlərində yağıntının qısamüddətli intensiv olacağı, şimşək çaxacağı ehtimalı var. Şimal-qərb küləyi əsəcək. Havanın […]
