Xəbər lenti
Sonuncu xəbərlər
Göyçayda qəzaya uğrayan VAZ kanala düşdü: Sürücünün meyiti tapıldı
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Göyçay rayonu, Kürdəmiş kəndində içərisində vətəndaşın olduğu VAZ-2106 markalı avtomobilin su kanalına düşməsi barədə məlumat daxil olub. Canlixeber.com xəbər verir ki, bununla bağlı FHN məlumat yayıb. Məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc qrupu axtarışlara cəlb olunub. Bildirilib ki, FHN-in Kiçikhəcmli Gəmilərə […]
Kəmaləddin Heydərovdan yeni TƏYİNAT
Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidmətinin (DYNX) Sumqayıt Regional Dövlət Yanğın Nəzarəti İdarəsinə yeni rəis təyin edilib. Canlixeber.com xəbər verir ki, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun əmri ilə daxili xidmət polkovnik-leytenantı Hikmət Əliyev sözügedən vəzifəyə təyin olunub. Qeyd edək ki, polkovnik-leytenantı Hikmət Əliyev bundan əvvəl DYNX-nın Şimal Regional Dövlət Yanğın Nəzarəti idarəsinin […]
Ağdamda 71 yaşlı kişi pilləkəndən yıxılıb öldü
Ağdam rayonunda kişi bədbəxt hadisə nəticəsində ölüb. Canlixeber.com xəbər verir ki, hadisə iyunun 28-də axşam saatlarında şəhər ərazisindəki fərdi yaşayış evlərindən birinin həyətində baş verib. Şəhər sakini, 1955-ci il təvəllüdlü Baxşeyiş Bayram oğlu Əmirov ehtiyatsızlıqdan yaşadığı evin pilləkənindən yıxılıb. O, aldığı xəsarətlərdən dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır.
Ötən gün vətəndaşlardan qanunsuz saxlanılan silahlar götürülüb.
İyunun 29-da polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 8 avtomat silahı, 1 qumbaraatan, 1 tapança, 5 qumbara, 3 alışdırıcı, 7 tüfəng, 12 patron darağı və 3025 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər. Canlixeber.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu […]
6.8 ton çətənə məhv edilib
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə iyunun 29-da ümumi çəkisi 1,4 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb. Canlixeber.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Həmçinin yabanı halda bitmiş 6,8 ton çəkidə 20136 ədəd çətənə kolu aşkarlanaraq məhv edilib. Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
Tələbələrin yerdəyişməsinə başlanılır – TARİX AÇIQLANDI
2026-2027-ci tədris ili üçün ali və orta ixtisas təhsili müəssisələrində oxuyan tələbələrin yerdəyişməsi üzrə sənəd qəbuluna başlanılır. Canlixeber.com xəbər verir ki, bu barədə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb. Bildirilib ki, sənəd qəbulu elektron formada həyata keçiriləcək. “Yerdəyişmə prosesində ali və orta ixtisas təhsili müəssisələrinin normativ təhsil müddətində təhsil alan, təhsil aldığı […]
Bir neçə itkin-şəhidin nəşi yaxın günlərdə ailələrinə təhvil veriləcək
“Yaxın günlərdə şəxsiyyəti müəyyən edilmiş bir neçə itkin-şəhidin nəşlərinin ailələrinə təhvil verilməsi həyata keçiriləcək”. Canlixeber.com xəbər verir ki, bunu Dövlət Təhlükəsizliyi Xidmətinin rəis müavini, general-leytenant Şərafət Həsənov “İtkin düşmüş şəxslər məsələsinin həllində müasir yanaşmalar və əməkdaşlığın gücləndirilməsi” mövzusunda keçirilən beynəlxalq konfransda deyib. General vurğulayıb ki, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində itkin düşmüş vətəndaşların taleyinin […]
Sabahdan Azərbaycanda bəzi lampaların satışı qadağan edilir
Sabahdan Azərbaycanda bəzi közərmə lampalarının satışı qadağan edilir. Canlixeber.com xəbər verir ki, sözügedən qadağa iyulun 1-dən qüvvəyə minir. “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Qanunun müvafiq tələbinə görə, sabahdan 25 Vt-dan (25 Vt daxil olmaqla) 60 Vt-a qədər gücə malik olan közərmə lampalarının istehsal proseslərində və əsas məqsədi işıqlandırma olmayan məhsullarda xüsusi istifadəsi […]
Ağsuda bomba təhdidi: Keçmiş məhkum həbs olundu
Ağsu rayonunda polisə yalan məlumat verən şəxs həbs edilib. Canlixeber.com xəbər verir ki, hadisə Ağsu şəhəri, Nizami küçəsi, 12 ünvanında baş verib. Rayon sakini, 1982-ci il təvəllüdlü Sərxan Məmmədov (ad və soyad şərtidir) əvvəllər məhkumluq həyatı yaşayıb və 2022-ci ildə cəzası başa çatdıqdan sonra azadlığa buraxılıb. O, bir neçə gün öncə evində spirtli içki qəbul […]
Narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü həbs edilib
Bakı Şəhər DYP İdarəsinin əməkdaşları tərəfindən dövlət qeydiyyat nişanı olmayan və çoxavazlı səs siqnalı ilə təchiz edilmiş “Tofaş” markalı, 77-MQ-054 nömrə nişanlı nəqliyyat vasitəsinin sürücüsü Tərlan Əliyev saxlanılıb. Canlixeber.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.Bildirilib ki, sənədləri yoxlanılan zaman sürücünün hərəkətləri şübhə doğurduğundan onun tibbi müayinədən keçməsi təmin olunub. Müayinə zamanı […]
