1 min read

DİN ötən gün aşkar olunan silah-sursatların sayını açıqladı

İyunun 30-da polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 9 avtomat silahı, 21 tüfəng və 2 patron darağı aşkar edərək götürüblər. Canlixeber.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyini məlumat yayıb. Bildirilib ki, nazirliyin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.

2 mins read

Azərbaycan Premyer Liqasında ən çox cəzalanan komanda və futbolçu açıqlandı

2025/2026-cı illər mövsümündə Azərbaycan Premyer Liqasında qeydə alınan cərimələr, sarı və qırmızı vərəqələrlə bağlı statistika açıqlanıb. Canlixeber.com xəbər verir ki, Peşəkar Futbol Liqasına (PFL) istinadən xəbər verir ki, mövsüm ərzində hər oyuna orta hesabla 12,13 qayda pozuntusu qeydə alınıb. Futbolçulara ümumilikdə 752 sarı, 27 qırmızı və 17 birbaşa qırmızı vərəqə göstərilib. Statistikaya əsasən, orta hesabla […]

1 min read

Lerikdə 5 tondan artıq xaş-xaş kolu məhv edilib

Lerik Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaş-xaş-2026” şərti adlı kompleks tədbirlər nəticəsində Orand kəndi ərazisində yabanı halda bitən narkotik tərkibli bitkilər aşkar edilib. Canlixeber.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Ümumi çəkisi 5200 kiloqram olan 18700 ədəd xaş-xaş kolu məhv edilib.

1 min read

Dünən 5.6 ton çətənə məhv edilib

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə iyunun 30-da ümumi çəkisi 141,5 kiloqramdan artıq narkotik vasitə və güclü təsiredici xassəyə malik 2004 ədəd metadon həbi aşkar olunaraq götürülüb. Canlixeber.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Həmçinin qeyd edilib ki, kultivasiya yolu ilə yetişdirilmiş 22 ədəd çətənə kolu aşkar olunaraq götürülüb, yabanı halda […]

1 min read

Bəzi qatarların hərəkət qrafiki dəyişdi

Sərnişin tələbatının daha operativ və dayanıqlı şəkildə qarşılanması üçün bu gündən Azərbaycanda bəzi dəmir yolu marşrutları üzrə qatarların hərəkət cədvəlində dəyişiklik qüvvəyə minib. Canlixeber.com xəbər verir ki, “Azərbaycan Dəmir Yolları” (ADY) QSC-nin məlumatına əsasən, yay mövsümündə sərnişin axınının azalması nəzərə alınaraq Abşeron dairəvi dəmir yolu marşrutu üzrə qatarların hərəkəti yay qrafikinə uyğun təşkil ediləcək. Yeni […]

1 min read

Azərbaycan Premyer Liqasında 511 qoldan 55-i penaltidən vurulub

Azərbaycan Premyer Liqasının 2025/2026 mövsümündə 198 oyunda 511 qol vurulub. Canlixeber.com xəbər verir ki, orta qol göstəricisi hər oyuna 2.58 təşkil edib. Futbolçular 11 metrlik cərimə zərbələrindən 55 dəfə fərqlənib. Qolsuz başa çatan matçların sayı 17-dir. 14 dəfə 11 metrlik cərimə zərbələri qeyri-dəqiq alınıb, futbolçular 15 dəfə avtoqol müəllifi olublar. Xatırladaq ki, Azərbaycan Premyer Liqasında […]

1 min read

Bakıda boks üzrə İBA Çempionlar Gecəsi keçiriləcək

İyulun 10-da Bakıda boks üzrə İBA Çempionlar Gecəsi keçiriləcək. Canlixeber.com xəbər verir ki, bu barədə Azərbaycan Boks Federasiyası məlumat yayıb. İlk dəfə “Sea Breeze Resort” təşkil olunacaq yarışda dünyanın güclü boksçularının iştirakı ilə 6 döyüş baş tutacaq. Bu görüşlərin 5-də Azərbaycan idmançıları təmsil olunacaq. 47,6 kq-da dünya çempionu Sübhan Mamedov Riçard Qardla (Filippin) üz-üzə gələcək. […]

2 mins read

Yaponiya və Koreya vətəndaşları bu gündən Azərbaycana vizasız gələcəklər

Yaponiya və Koreyanın ümumvətəndaş pasportuna malik vətəndaşlarının 2026-cı il iyulun 1-dən 2027-ci ilin iyulun 1-dək Azərbaycana turizm məqsədilə daxil olması üçün viza tələbi ləğv edilib. Canlixeber.com xəbər verir ki, bu barədə Dövlət Miqrasiya Xidməti məlumat yayıb. Bildirilib ki, vizanın ləğvi vətəndaşların səyahət imkanlarının asanlaşdırılması, ölkələr arasında əməkdaşlığın gücləndirilməsi və turizmin inkişafının təşviqi məqsədilə tətbiq olunub. […]

1 min read

Azərbaycanda qadınların pensiya yaşı artırıldı

Bu gündən Azərbaycanda qadınların pensiya yaşı 65 olub. Bununla da qadınların pensiya yaşı kişilərin pensiya yaşı ilə bərabərləşib. Canlixeber.com xəbər verir ki, bu rəqəm kişilər üçün 2021-ci ilin iyunun 30-da tamamlanıb. Qeyd edək ki, “Əmək pensiyaları haqqında” qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların […]