Sonuncu xəbərlər
Misli Premyer Liqası: “Kəpəz” “Neftçi”yə, “Araz-Naxçıvan” “Zirə”yə qarşı
Bu gün Misli Premyer Liqasında souncu – 33-cü turun növbəti oyunları keçiriləcək. Canlixeber.com xəbər verir ki, günün ilk oyunu Sumqayıtda baş tutacaq. “Kəpəz” komandası çempion “Neftçi” ilə üz-üzə gələcək. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək qarşılaşmanın start fiti 15:00-da çalınacaq. 32 turdan sonra “Kəpəz” 27 xalla 10-cu, “Neftçi” klubu isə 56 xalla dördüncü sırada […]
Sürücülərin NƏZƏRİNƏ: Görünüş məsafəsi MƏHDUDLAŞACAQ
Mayın 23- də Azərbaycanın bəzi yollarında görünüş çətinləşəcək. Canlixeber.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, gecə və səhər saatlarında bəzi dağlıq və dağətəyi rayonlarda müşahidə olunacaq dumanlı hava şəraiti ilə əlaqədar magistral avtomobil yollarında görünüş məsafəsinin 500-1000 metrədək məhdudlaşacağı gözlənilir.
Bu gün hava necə olacaq?
Mayın 23-də gözlənilən hava şəraiti açıqlanıb. Canlixeber.cpm xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi yerlərdə qısamüddətli az yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə […]
DİM Apellyasiya Komissiyası tərəfindən 1394 şagirdin yazı işi ilə bağlı düzəliş edilib
9 mart və 15 mart 2026-cı il tarixlərində keçirilmiş tam (11 illik) orta təhsil səviyyəsi üzrə təhsilalanların yekun attestasiyası imtahanlarının nəticələri ilə bağlı təşkil edilən Apellyasiya Komissiyasına ümumilikdə 7487 şagird 19895 yazı işi ilə bağlı qiymətlərinin araşdırılması üçün ərizə ilə müraciət edib. Canlixeber.com xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb. Bildirilib ki, […]
Mayın 17-də üç şəhərdə keçirilən imtahanda iştirak edə bilməyənlər üçün təkrar imtahan keçiriləcək
2026-cı il mayın 17-də ümumi (9 illik) orta təhsil bazasında müxtəlif imtahanlar keçirilib. Həmin gün Bakı, Abşeron və Sumqayıt şəhərlərinin bəzi yerlərində imtahan zamanı əlverişsiz hava şəraiti müşahidə olunub. Bu hal nəzərə alınaraq qeyd olunan şəhərlərdə imtahanda iştirak etmiş və ya imtahana gedə bilməmiş şəxslər üçün 21 iyun tarixində imtahanın təkrar keçirilməsi nəzərdə tutulur. Canlixeber.com […]
“Şəfa”nın milli üzvü ilə transfer danışıqları pozuldu – Azərbaycanda oynamaq istəmir
Misli Premyer Liqasına vəsiqə qazanan “Şəfa” komandası transfer çalışmalarını davam etdirir. Canlixeber.com İdmanxeber.az-a istinadən xəbər verir ki, paytaxt təmsilçisi millimizin üzvü ilə güclənmək niyyətindədir. Söhbət “Şamaxı”nın futbolçusu Rüfət Abbasovdan gedir. Tərəflər arasında ilkin danışıqlar baş tutsa da, razılıq əldə olunmayıb. Buna səbəb millimizin üzvünün karyerasını ölkə xaricində davam etdirmək istəməsidir. O, Azərbaycanda oynamağı düşünmür. Oyunçunun […]
Mehdiabad qəsəbəsinin qaz təchizatı dayandırılacaq
Mayın 25-i saat 09:00-dan işlər yekunlaşanadəkAbşeron rayonu, Mehdiabad qəsəbəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq. Canlixeber.com xəbər verir ki, bu barədə Sumqayıt Regional Qaz İstismar İdarəsi məlumat yayıb. Bildirilib ki, qaz təchizatının dayandırılması aparılacaq təmir işləri ilə əlaqədardır.
Cəbrayılda “Qurban Yarmarkası – Bərəkət Festivalı” keçiriləcək
27 may tarixində Qurban bayramı münasibətilə Cəbrayıl rayonunun Horovlu kəndində “Qurban Yarmarkası – Bərəkət Festivalı” keçiriləcək. Canlixeber.com xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb. Bildirilib ki, festival çərçivəsində Şərqi Zəngəzur və ətraf bölgələrdə fəaliyyət göstərən fermer və heyvandarlıq təsərrüfatları tərəfindən təqdim olunan qurbanlıqlar birbaşa satışa çıxarılacaq. Yarmarkada qonaqlar üçün – yerində […]
Külli miqdarda dələduzluq edən şəxsin məhkəməsi oldu
Bakıda vətəndaşa “Alisiya Möcüzələr Diyarında” adlı proyekti quracağı ilə bağlı külli miqdarda dələduzluq etməkdə təqsirləndirilən Seyagi Seymurun cinayət işi üzrə məhkəməsi keçirilib. Canlixeber.com “Unikal”a istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Kamil Əliyevin sədrliyi ilə keçirilən prosesdə məlum olub ki, tərəflər arasında barışıq əldə edilib. Təqsirləndirilən şəxsin vəkili ərizəni məhkəmə tərkibinə təqdim edib. […]
Bakı–Tbilisi–Bakı qatarı ilə səfər edəcəklərə şad xəbər
Bakı-Tbilisi-Bakı reyslərində Komfort və Komfort+ sinifləri üzrə çəkisi 23 kq-dan (Lüks sinifdə 30 kq-dan) çox olmayan 1 ədəd baqajı pulsuz aparmaq mümkün olacaq. Canlixeber.com xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti məlumat yayıb. Bildirilib ki, kiçik əl yükü üçün də ödəniş tələb olunmur. Qeyd edilib ki, pulsuz aparıla bilən əşyalara qatlanan […]
