Xəbər lenti
Sonuncu xəbərlər
Biləsuvarda 25 yaşlı kişini elektrik cərəyanı vuraraq öldürüb
Biləsuvar rayonunda 25 yaşlı kişini elektrik cərəyanı vuraraq öldürüb. Canlixeber.com “Report”a istinadla xəbər verir ki, hadisə rayonun Bağbanlar kəndində qeydə alınıb. Kənd sakini, 2001-ci il təvəllüdlü Tural İbrahim oğlu Məmmədlini həyətlərində elektrik cərəyanı vuraraq öldürüb.Faktla bağlı araşdırma aparılır.
Rezidenturaya qəbul imtahanının ikinci cəhdində iştirak etmək üçün qeydiyyat başlanır
Əsas (baza ali) tibb təhsili əsasında rezidenturaya qəbul imtahanının 1-ci mərhələsinin (baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanının) 2-ci cəhdində iştirak etmək üçün namizədlərin qeydiyyatı mayın 25-dən iyunun 4-dək internet vasitəsilə aparılacaqdır. Canlixeber.com xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb. Bilidirilib ki, bu il mayın 3-də keçirilmiş rezidenturaya qəbul imtahanında iştirak etmək üçün sənəd vermiş […]
Qəbul imtahanının II mərhələsinin II cəhdinin tarixi açıqlanıb
II və III qruplar üzrə ali təhsil müəssisələrinə qəbul imtahanının II mərhələsinin II cəhdi iyulun 5-i keçiriləcək. Canlixeber.com xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb. Bildirilib ki, I və IV qruplar üzrə isə qəbul imtahanı, həmçinin coğrafiya fənni üzrə isə əlavə imtahan iyulun 12-si olacaq. Sözügedən imtahanlara qeydiyyat 1-8 iyun tarixlərində aparılacaq.
Yevlaxda avtomobil məktəblini vurdu
Yevlaxda avtomobil məktəblini vurub. Canlixeber.com xəbər verir ki, hadisə şəhərin mərkəzi hissəsində – Nizami prospektində baş verib. 1989-cu il təvəllüdlü İslam Süleymanov idarə etdiyi “Toyota” markalı avtomobillə hərəkətdə olarkən piyada, 2010-cu il təvəllüdlü Sahib Qarayevi vurub. Yaralı xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma aparılır. Xatırladaq ki, S.Qarayev Yevlax şəhərində orta məktəblərdən birinin 10-cu sinif şagirdidir.
Ölkəyə qanunsuz yolla keçirilməyə çalışılan dərman preparatları aşkar edilib
Tovuz Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdiyi tədbirlər nəticəsində bəyan olunmadan gömrük sərhədindən keçirilməyə cəhd göstərilən dərman preparatları aşkar edilib. Canlixeber.com xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb. Bildirilib ki, idarənin “Qırmızı Körpü” gömrük postunda ölkə ərazisinə qarışıq yük gətirən nəqliyyat vasitəsinə stasionar rentgen qurğusunda baxış keçirilib və nəqliyyat vasitəsinin kabin hissəsində şübhəli […]
İnterpol xətti ilə axtarılan Azərbaycan vətəndaşı Ukraynadan gətirilir
Dələduzluqda ittiham olunan şəxs Ukraynadan Azərbaycana ekstradisiya ediləcək. Canlixeber.com xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb. Bildirilib ki, Azərbaycan Respublikası Baş Prokurorluğunun Ukraynanın Baş Prokurorluğuna sorğusu və beynəlxalq prosedurlara uyğun tələb olunan sənədlərin təqdimatından sonra aparılan danışıqlar nəticəsində Azərbaycan Respublikasının vətəndaşı Şahlar Qənaət oğlu Cabbarovun ölkəmizə ekstradisiyası ilə bağlı razılıq əldə olunub. Nəsimi […]
Azərbaycanın beynəlxalq axtarışa verdiyi şəxs Gürcüstanda ələ keçdi – Ölkəmizə gətirilir
Azərbaycan Respublikası Baş Prokurorluğunun Gürcüstanın Baş Prokurorluğuna sorğusu və beynəlxalq prosedurlara uyğun tələb olunan sənədlərin təqdimatından sonra aparılan danışıqlar nəticəsində Türkiyə Respublikasının vətəndaşı Kaya Osmanın ölkəmizə ekstradisiyası ilə bağlı razılıq əldə edilib. Canlixeber.com xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb. Bildirilib ki, Bakı Şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsi tərəfindən ibtidai […]
Mayın 17-də keçirilən buraxılış imtahanlarında iştirak edə bilməyən şagirdlərin nəzərinə
Mayın 17-də ümumi (9 illik) orta təhsil bazasında müxtəlif imtahanlar keçirilib. Həmin gün Bakı, Abşeron və Sumqayıt şəhərlərinin bəzi yerlərində imtahan zamanı əlverişsiz hava şəraiti müşahidə olunub. Bu hal nəzərə alınaraq qeyd olunan şəhərlərdə imtahanda iştirak etmiş və ya imtahana gedə bilməmiş şəxslər üçün 21 iyun tarixində imtahanın təkrar keçirilməsi nəzərdə tutulur. Canlixeber.com xəbər verir […]
Azərbaycan dili imtahanının ikinci cəhdində iştirak etmək üçün qeydiyyat elan olunub
Ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün sənəd verən, lakin mayın 3-də keçirilən Azərbaycan dili imtahanında iştirak etməyən və ya qeyri-məqbul alan abituriyentlər üçün yenidən imtahan keçiriləcək. Canlixeber.com xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb. Bildirilib ki, ali və orta ixtisas təhsili müəssisələrinə (11 illik təhsil bazasında) qəbul olmaq istəyən, […]
Hərbi vəzifəlilərlə təlim toplanışı keçirilib
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun 2026-cı il üçün təsdiq etdiyi hazırlıq planına əsasən, Xüsusi Təyinatlı Qüvvələrin N hərbi hissəsində bir qrup hərbi vəzifəlilərlə növbəti təlim toplanışı keçirilib. Canlixeber.com xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə birgə tədbirlər çərçivəsində keçirilən toplanışın əsas məqsədi […]
