Məktəbli
Psixoloq: Məktəbdə özünə dost tapa bilməyən uşaq təcrid olunmuş hiss edir:
Məktəb uşağın yalnız bilik və bacarıqlar qazandığı deyil, eyni zamanda sosial münasibətlər qurmağı öyrəndiyi mühüm mühitlərdən biridir. Bu səbəbdən sinif yoldaşları tərəfindən qəbul edilməmək və dostluq münasibətləri qura bilməmək uşağın məktəb həyatına münasibətinə təsirsiz ötüşmür. Belə vəziyyətlə üzləşən uşaqlarda ünsiyyətdən uzaqlaşma, özünəqapanma, dərsə marağın azalması və davranış dəyişiklikləri müşahidə oluna bilər. Mövzu ilə bağlı Canlixeber.com-a […]
Sarayda müəllim məktəblini döydü
Orta məktəbdə idman müəllimi şagirdi döyüb. Canlixeber.com xəbər verir ki, hadisə Abşeron rayonunun Saray qəsəbəsində yerləşən 1 nömrəli tam orta məktəbdə baş verib. 5-ci sinif şagirdi Cahid Məcidzadə Fəqan adlı idman müəlliminin fiziki zorakılığına məruz qalıb. İddiaya görə, baş vermiş hadisə bir müddət məktəbin direktoru Asəf Bayramov tərəfindən gizlədilib.
Yevlaxda avtomobil məktəblini vurdu
Yevlaxda avtomobil məktəblini vurub. Canlixeber.com xəbər verir ki, hadisə şəhərin mərkəzi hissəsində – Nizami prospektində baş verib. 1989-cu il təvəllüdlü İslam Süleymanov idarə etdiyi “Toyota” markalı avtomobillə hərəkətdə olarkən piyada, 2010-cu il təvəllüdlü Sahib Qarayevi vurub. Yaralı xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma aparılır. Xatırladaq ki, S.Qarayev Yevlax şəhərində orta məktəblərdən birinin 10-cu sinif şagirdidir.
