Sonuncu xəbərlər
Bəzi ərazilərdə elektrik kəsiləcək
Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə avqustun 28-də paytaxtın bir sıra ərazilərində təmir-təftiş və yenidənqurma işləri aparılacaq. Canlixeber.com xəbər verir ki, bu barədə “Azərişıq” ASC məlumat yayıb. Bildirilib ki, Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində saat 10:00-dan 13:00-dək Abbas Mirzə Şərifzadə, Xıdır Mustafayev, Xaqan Dadaşov və […]
Çimərliklərdə hava necə olacaq?
Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb. Canlixeber.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, avqustun 28-də arabir güclənən şimal-qərb küləyi əsəcək. Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulba) 25-26, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) 26-27 dərəcə isti olacaq.
Bu gün hava necə olacaq?
Avqustun 28-də gözlənilən hava şəraiti açıqlanıb. Canlixeber.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 21-24° isti, gündüz 27-29° isti olacaq. Atmosfer təzyiqi 757 mm civə sütunu təşkil edəcək. Nisbi […]
UEFA Çempionlar Liqasının püşkatma mərasimi hansı kanalda yayımlanacaq?
Bu gün UEFA Çempionlar Liqasının 2026/27 mövsümü üzrə Liqa mərhələsinin rəsmi püşkatma mərasimi baş tutacaq. Canlixeber.com xəbər verir ki, Avropa futbolunun nəbzi bu axşam Monakoda döyünəcək və tədbirə Bakı vaxtı ilə saat 20:00-da start veriləcək. İzləyicilər püşkatma mərasimini İctimai TV-də izləyə biləcəklər. Mərasimdə “Sabah” komandasının Liqa mərhələsində rəqibləri də müəyyən olunacaq.
“Zevs”in qardaşının cinayət işində zərərçəkənlər etiraz edir
“Farmaniya.com” piramidasının admini Hüseyn Quliyevin vaxtından əvvəl azadlığa buraxılacağı ilə bağlı yayılan məlumatlar cinayət işi üzrə zərərçəkmişlərin ciddi narazılığına səbəb olub. Canlixeber.com Musavat.com-a istinadən xəbər verir ki, müraciət edən zərərçəkənlər Hüseyn Quliyevin cəzasının ağırlaşdırılmasını tələb etdikləri bir vaxtda müxtəlif mənbələrdən onun cəzasının yüngülləşdiriləcəyi və hətta vaxtından əvvəl azadlığa buraxılacağı barədə məlumatlar aldıqlarını bildirirlər. Onların sözlərinə […]
Prezident İlham Əliyevdən “Sabah” futbol klubu ilə bağlı SƏRƏNCAM
Prezident İlham Əliyev “Sabah” futbol klubuna maliyyə dəstəyi göstərilməsi haqqında Sərəncam imzalayıb. Canlixeber.com xəbər verir ki, sərəncamla UEFA Çempionlar Liqasının liqa mərhələsinə vəsiqə qazanması ilə əlaqədar Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan “Sabah” futbol klubuna beş milyon manat ayrılır. Maliyyələşməni təmin etmək Maliyyə Nazirliyinə, sərəncamdan irəli gələn məsələlərin […]
Ehtiyatsızlıqdan zəhərlənən qadın öldü
Ucar rayonunda ehtiyatsızlıqdan zəhərli məhlul içən qadın vəfat edib. Canlixeber.com xəbər verir ki, hadisə avqustun 25-i saat 07 radələrində rayonun Lək kəndində baş verib. 1977-ci il təvəllüdlü Fərqanə Əlikram qızı Ağayeva yaşadığı evdən ehtiyatsızlıqdan zəhərlənmə ilə xəstəxanaya yerləşdirilib. Tibbi yardıma baxmayaraq, o həyatını itirib. Faktla bağlı araşdırma aparılır.
42 yaşlı qadın müəmmalı şəkildə öldü
Xəzər rayonunda 42 yaşlı qadın qəfil vəfat edib. Canlixeber.com xəbər verir ki, hadisə avqustun 26-sı saat 21 radələrində Mərdəkan qəsəbəsində baş verib. 1984-cü il təvəllüdlü N.Babayeva yaşadığı evin həyətində naməlum səbəbdən qəflətən ölüb. Ölüm səbəbinin müəyyən edilməsi məqsədilə araşdırma aparılır.
Bakıda evli qadını şantaj edən şəxs həbs olundu
Bakıda evli qadını şantaj edən şəxs hakıda qadını intim görüntüləri ilə şantaj edən, eləcə də 2 nəfərə qarşı dələduzluq əməli törətmiş şəxs cinayət məsuliyyətinə cəlb olunub. Canlixeber.com xəbər verir ki, Sumqayıt şəhər sakini 2004-cü il təvəllüdlü Mirzə Osmanova (bütün ad-soyadlar şərtidir) Bakı Ağır Cinayətlər Məhkəməsində hökm oxunub. Məhkəmə onun Cinayət Məcəlləsinin 178 və 182.2.2-cü maddələri […]
Sabah Sabirabadın 10 kəndində qaz kəsiləcək
Sabah Sabirabad rayonunun 10 kəndində qaz təchizatı dayandırılacaq. Canlixeber.com xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyindən bildirilib. Məlumata görə, payız-qış mövsümünə hazırlıq işləri ilə əlaqədar avqustun 28-də saat 10:00-dan işlər yekunlaşanadək Sabirabad rayonunun Ulacalı, Bulduq, Ətçələr, Həşimxanlı, Axtaçı-Muğan, Güdəcühür, Qaratoğay, Osmanlı, Şıxsalahlı, Qaragüney kəndlərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
