1 min read

Ehtiyatsızlıqdan zəhərlənən qadın öldü

Ucar rayonunda ehtiyatsızlıqdan zəhərli məhlul içən qadın vəfat edib. Canlixeber.com xəbər verir ki, hadisə avqustun 25-i saat 07 radələrində rayonun Lək kəndində baş verib. 1977-ci il təvəllüdlü Fərqanə Əlikram qızı Ağayeva yaşadığı evdən ehtiyatsızlıqdan zəhərlənmə ilə xəstəxanaya yerləşdirilib. Tibbi yardıma baxmayaraq, o həyatını itirib. Faktla bağlı araşdırma aparılır.