3 mins read

İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 26-da Niderland Krallığının xarici işlər naziri Tom Berendseni qəbul edib. Canlixeber.com xəbər verir ki, dövlətimizin başçısı ötən il Kopenhagendə Niderland Krallığının Baş naziri Dik Sxof ilə görüşünü məmnunluqla xatırlayıb, görüş əsnasında Azərbaycanla Niderland arasında əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsinin aparıldığını vurğulayıb. Prezident İlham Əliyev Niderlandın xarici işlər nazirinin […]

2 mins read

Bakıda ağacları kəsərkən qayda pozuntusuna yol verən əməkdaş işdən çıxarılıb

Ağacların kəsilməsi zamanı qayda pozuntusuna yol verən Yaşıllaşdırma Təsərrüfatı Birliyinin əməkdaşı işdən azad edilib. Canlixeber.com xəbər verir ki, bu barədə Bakı Şəhər İcra Hakimiyyətindən məlumatı verilib. Bildirilib ki, Bakı şəhərinin Nəsimi rayonunda, 28 May küçəsində yeni parkın salınması üçün görülən işlərin icrası zamanı Yaşıllaşdırma Təsərrüfatı Birliyinin əməkdaşları tərəfindən bir ağacın kəsilərkən aqrotexniki qaydalara riayət olunmaması […]

1 min read

İlham Əliyev Avstriya Prezidentini təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev Avstriya Prezidenti Aleksander Van der Belleni bu ölkənin milli bayramı münasibətilə təbrik edib. Canlixeber.com xəbər verir ki, dövlət başçısının təbrikində deyilir: “Avstriya Respublikasının milli bayramı münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi çatdırıram. Azərbaycan-Avstriya münasibətlərinin qarşılıqlı hörmət əsasında inkişaf etməsi məmnunluq doğurur. İnanıram ki, […]

1 min read

Daha bir yolayrıcında svetoforlar quraşdırıldı

Paytaxtın Binəqədi rayonu, Cəfər Xəndan və Ağasadıq Gəraybəyli küçələrinin kəsişməsi artıq svetoforlarla tənzimlənir. Canlixeber.com xəbər verir ki, Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları tərəfindən yol kəsişməsində 3 ədəd “L” və 3 ədəd “A” tipli olmaqla, ümumilikdə 6 dirək üzərində nəqliyyat və piyada svetoforları quraşdırılıb. Görülən işlər nəticəsində kəsişmədə nəqliyyat vasitələrinin və piyadaların hərəkətinin növbəliliyi təmin olunub, […]

1 min read

Azərbaycan XİN Avstriyanı Milli Günü münasibətilə təbrik edib

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Avstriyanı Milli Günü münasibətilə təbrik edib. Canlixeber.com xəbər verir ki, bu barədə nazirliyin “X” sosial media hesabında paylaşım edilib. “Milli Gün münasibətilə Avstriya xalqını və hökumətini səmimi-qəlbdən təbrik edirik! Milli Gününüz mübarək!” – paylaşımda qeyd olunub.

1 min read

Hökməli–Qobu–Güzdək avtomobil yolunda təmir-bərpa işləri aparılır

Abşeron rayonunda Hökməli–Qobu–Güzdək avtomobil yolunun 4-cü kilometrliyində təmir-bərpa işləri həyata keçirilir. Canlixeber.com xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb. Hazırda əraziyə cəlb olunmuş xüsusi texnikalar vasitəsilə torpaq işləri görülür, yol yatağının qazılması və hamarlanması istiqamətində tədbirlər davam etdirilir. Təmir işləri çərçivəsində yol örtüyünün dayanıqlığının artırılması və uzunmüddətli istismarının təmin […]

1 min read

Yeni Ramana küçəsində nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq

Bakının Sabunçu rayonu, Yeni Ramana küçəsində təmir işləri aparılacaq. Canlixeber.com xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb. Bununla əlaqədar bu gündən etibarən nəqliyyat vasitələrinin hərəkətinə tam məhdudiyyət tətbiq olunacaq.

1 min read

Azərbaycan boksçuları U-15 Avropa çempionatını 10 medalla başa vurublar

Azərbaycan millisi Türkiyənin Trabzon şəhərində keçirilən boks üzrə U-15 Avropa çempionatını 10 medalla başa vurub. Canlixeber.com xəbər verir ki, bu barədə Azərbaycan Boks Federasiyasından bildirilib: Yığmanın heyətində Teymur Tanrıverdiyev (90 kq) Avropa çempionu tituluna yiyələnib. O, finalda Riçard Ovidiuya (Rumıniya) 5:0 (30:27, 29:28, 30:27, 30:27, 30:27) hesabı ilə qalib gələrək qızıl medala sahib olub. Sənan […]

1 min read

Nigeriyada kəndə silahlı hücum edilib, 40 nəfər həlak olub

Nigeriyanın Taraba ştatında silahlı şəxslərin Binnari kəndinə hücumu nəticəsində azı 40 dinc sakin həlak olub. Canlixeber.com “Premium Times” qəzetinə istinadən xəbər verir ki, bu barədə hüquq müdafiə təşkilatlarının nümayəndələri bildiriblər. Məlumata görə, yaraqlılar Taraba ərazisinə qonşu Plato ştatından daxil olublar. Hücum edənlər əkinləri yandırıb, yaşayış evlərini və mağazaları dağıdıb, həmçinin yerli sakinləri öldürüblər. Şahidlərin sözlərinə […]