1 min read

Azərbaycan XİN Avstriyanı Milli Günü münasibətilə təbrik edib

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Avstriyanı Milli Günü münasibətilə təbrik edib. Canlixeber.com xəbər verir ki, bu barədə nazirliyin “X” sosial media hesabında paylaşım edilib. “Milli Gün münasibətilə Avstriya xalqını və hökumətini səmimi-qəlbdən təbrik edirik! Milli Gününüz mübarək!” – paylaşımda qeyd olunub.

1 min read

İrina Zaretska Avstriyada qızıl medal qazandı

Azərbaycan karate millisinin üzvü İrina Zaretska Avstriyanın Zaltsburq şəhərində keçirilən “Karate 1 – A Seriyası” turnirində qızıl medal qazanıb. Canlixeber.com xəbər verir ki, bu barədə Azərbaycan Karate Federasiyası məlumat yayıb. İ.Zaretska 68 kq çəki dərəcəsində fəxri kürsünün ən yüksək pilləsinə yüksəlib.

4 mins read

Avstriyanın yeni səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Avstriyanın Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Etienn Berxtoldu qəbul edib. Canlixeber.com xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb. Səfir Etienn Berxtold etimadnaməsinin surətini nazir Ceyhun Bayramova təqdim edib. Nazir səfiri yeni təyinatı münasibətilə təbrik edərək, ona Azərbaycandakı diplomatik fəaliyyətində uğurlar arzulayıb. Görüş zamanı, […]

1 min read

“Qarabağ” bu gün Avstriyada “Tirol” klubu ilə üz-üzə gələcək

Avstriyada təlim-məşq toplanışında olan “Qarabağ” komandası bu gün sözügedən ölkədə ilk yoxlama oyunu keçirəcək. Canlixeber.com xəbər verir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv yerli “Tirol” klubu ilə üz-üzə gələcək. “In Gernot Langes” stadionunda təşkil olunacaq qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da start götürəcək. Xatırladaq ki, “Qarabağ” Bakıdakı yoxlama matçında “Zirə”ni məğlub edib – 4:3.