1 min read

Paytaxtın iaşə obyektlərində MONİTORİNQ: İkisinin fəaliyyəti məhdudlaşdırıldı

Paytaxtda antisanitar şəraitdə fəaliyyət göstərən iki iaşə obyektinin fəaliyyəti məhdudlaşdırılıb. Canlixeber.com xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb. Bildirilib ki, AQTA əməkdaşları vətəndaş müraciətləri əsasında Bakı şəhərinin Nərimanov (A.Heydərov küçəsi, 102G ünvanında yerləşən, fiziki şəxs Əminə Hacıağa qızı Hacıağayevaya məxsus ictimai iaşə obyekti) və Səbail (İ.Əfəndiyev küçəsi, ev 10 ünvanında […]

1 min read

“Qarabağ”ın Konfrans Liqasındakı oyunu hansı kanalda yayımlanacaq?

Bu axşam UEFA Konfrans Liqasında III mərhələsinin oyunları keçiriləcək. Canlixeber.com xəbər verir ki, təmsilçimiz “Qarabağ” bu mərhələdə Ukraynanın “Dinamo Kiyev” klubunun qonağı olacaq. İzləyicilər “Dinamo Kiyev” – “Qarabağ” oyununu “CBC Sport”da izləyə biləcəklər. Xatırladaq ki, “köhlən atlar” iki oyunun nəticəsinə əsasən “Dinamo Kiyev”i üstələyəcəyi təqdirdə UEFA Konfrans Liqasının pley-off mərhələsində “Tvente” (Niderland) – DAC 1904 […]

1 min read

Astarada 18 kiloqram narkotik vasitə aşkarlanıb

Astara Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib. Canlixeber.com xəbər verir ki, tədbirlərlə qeyd edilən cinayət əməlini törətməkdə şübhəli bilinən 45 yaşlı Vüqar Quliyev saxlanılıb. Onun idarə etdiyi avtomobildən ümumilikdə 18 kiloqram marixuana və tiryək aşkarlanıb. Araşdırmalarla V.Quliyevin narkotikləri tanışı 46 yaşlı Turab Ağayev vasitəsilə əldə etdiyi müəyyən olunub. Əməliyyat […]

1 min read

İlham Əliyevdən Bəxtiyar Aslanbəyli ilə bağlı SƏRƏNCAM

bp-nin Xəzər, Mərkəzi Asiya və Türkiyə regionu üzrə vitse-prezidenti Bəxtiyar Əli oğlu Aslanbəyli “Şöhrət” ordeni ilə təltif edilib. Canlixeber.com xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb. Sərəncama əsasən, B.Aslanbəyli Azərbaycan neft sənayesinin inkişafında xüsusi xidmətlərinə görə təltif olunub.

4 mins read

“Qəzəlxan” zarafatına görə tanışını bıçaqlayan şəxsə AĞIR CƏZA

Sumqayıt Ağır Cinayətlər Məhkəməsində xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərərvurmada və xuliqanlıqda təqsirləndirilən şəxs Fərhad Məmmədovun (soyadı şərtidir) cinayət işi üzrə məhkəmə iclası keçirilib. Canlixeber.com xəbər verir ki, sonuncu keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 7 il müddətə azadlıqdan məhrum edilib. İttihama görə, hadisə 2025-ci ildə […]

5 mins read

Reputasiya böhranından çıxış yolu: Etibarı yenidən qazanmaq mümkündürmü?

Rəqəmsal dövrdə bir şirkətin reputasiyası təkcə təqdim etdiyi məhsul və ya xidmətin keyfiyyəti ilə deyil, həm də cəmiyyət qarşısında nümayiş etdirdiyi məsuliyyət, şəffaflıq və müştərilərlə qurduğu ünsiyyətlə müəyyənləşir. Sosial şəbəkələrin və onlayn platformaların geniş yayılması istehlakçıların səsini daha güclü edib, şirkətlər haqqında formalaşan ictimai rəy isə əvvəlkindən daha sürətlə dəyişir. Belə şəraitdə müştəri etimadını qazanmaq, […]

4 mins read

Sosial şəbəkələr peşəkar jurnalistikaya necə təsir edir?

İnformasiyanın saniyələr ərzində milyonlarla insana çatdığı müasir dövrdə sosial şəbəkələr xəbərin istehsalı və yayılması prosesini köklü şəkildə dəyişib. Artıq hadisələrin ilk görüntüləri və məlumatları çox vaxt peşəkar media qurumlarından əvvəl sosial platformalarda paylaşılır. Bu isə ənənəvi jurnalistikanın fəaliyyət prinsiplərinə, xəbərin yoxlanılması prosesinə, auditoriya ilə münasibətlərə və media etibarına yeni çağırışlar yaradır. Bir tərəfdən sosial şəbəkələr […]

1 min read

Rusiyadan Ermənistana Azərbaycan vasitəsilə növbəti buğda yükü göndəriləcək

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçiriləcək. Canlixeber.com xəbər verir ki, 14 vaqondan ibarət, çəkisi 979 ton olan buğda 6 avqust tarixində Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə göndəriləcək. Qeyd edək ki, indiyədək Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 36 min tondan çox taxıl, 9 min tona yaxın gübrə, 1 136 ton propan, 133 ton […]

1 min read

Səlim Müslümovun milyonluq əmlakı 50% endirimlə satıldı

Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun müsadirə olunan iki mənzili 5-ci dəfə açıq hərrac vasitəsilə satışa çıxarılıb. Canlixeber.com xəbər verir ki, hərrac vasitəsilə satışa çıxarılan mənzillərdən biri satılıb. Bakı şəhəri, Yasamal rayonu, Mirzə İbrahimov küçəsi, 422-ci məhəllə, ev 53, mənzil 108 ünvanında yerləşən, 370.4 kvadratmetr sahəsi olan mənzil 50 faiz endirimlə 5-ci […]