Sosial
Sonuncu xəbərlər
“Karvan-Yevlax” qapıçı Rüstəm Samiqullini transfer edib
“Karvan-Yevlax” heyətini qapıçı Rüstəm Samiqullinlə gücləndirib. Canlixeber.com xəbər verir ki, bu barədə I Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Son olaraq “Cəbrayıl” klubunda forma geyinən 23 yaşlı qolkiperlə 2026/2027 mövsümünün sonuna qədər müqavilə bağlanıb.
Zərdabda qəsdən yanğın törədən şəxs cəzalandırıldı
Zərdab rayonunun Hüseynxanlı kəndi ərazisində qəsdən yanğın hadisəsi törədən şəxs polis əməkdaşları tərəfindən müəyyən edilib. Canlixeber.com xəbər verir ki, araşdırmalarla yanğının kənd sakini Ə.Quliyev tərəfindən törədildiyi məlum olub. Hadisə nəticəsində 1 hektara yaxın ərazidə quru otlaq sahəsi yanıb. Əməli törədən şəxs barəsində hüquqi məsuliyyət tədbirləri görülüb.
Bakıda 36 yaşlı kişi evində ölü tapıldı
Bakıda mənzildən meyit tapılıb. Canlixeber.com xəbər verir ki, hadisə avqustun 6-da axşam saat 21 radələrində paytaxtın Binəqədi rayonunda qeydə alınıb. Saatlı rayon sakini – 1991-ci il təvəllüdlü Xubayar Ehtibar oğlu Rüstəmzadənin nəşi paytaxtda yaşadığı mənzildə tapılıb. Hadisə yerinə polis əməkdaşları gəliblər və meyitin üzərində zorakılıq əlamətləri aşkarlanmayıb. Faktla bağlı araşdırmalar aparılır.
İki qadını Türkiyəyə apararaq cinsi istismara məruz qoyan şəxslə bağlı QƏRAR
Şəki Ağır Cinayətlər Məhkəməsində insan alverində təqsirləndirilən Səmayə Səlimovanın (adı və soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb. Canlixeber.com xəbər verir ki, hakim Xaliq Məmmədovun sədrliyi ilə keçirilən prosesdə elan edilib ki, təqsirləndirilən şəxsin Cinayət Məcəlləsinin 144-1.2.1, 144-1.2.2, 144-1.2.4-1 və 144-3.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət bu il məhkəməyə işi daxil olub. İttihama […]
Tərtərdə yanğın törədərək iki nəfəri öldürən və cinayəti gizlətməyə çalışan şəxs ifşa edilib
Tərtərdə fərdi yaşayış evində baş vermiş yanğınla bağlı aparılan kompleks istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin əslində iki şəxsin qəsdən öldürülməsi ilə müşayiət olunan ağır cinayət olduğu müəyyən edilib. Canlixeber.com xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb. Bildirilib ki, cinayətin izlərini gizlətmək məqsədilə evə od vurulduğu, hadisə nəticəsində evdə yaşayan ər-arvadın öldürüldüyü və […]
Sabunçuda 70 min manatlıq naqil oğurlanıb
Paytaxtın Sabunçu, Xəzər, eləcə də Abşeron rayonunda müxtəlif ünvanlardan ümumi dəyəri 70 min manat olan elektrik naqilləri oğurlanıb. Canlixeber.com xəbər verir ki, bu barədə DİN məlumat yayıb. Bildirilib ki, Sabunçu Rayon Polis İdarəsi 15-ci Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdiyi tədbirlərlə talama cinayətini törətməkdə şübhəli bilinən, əvvəllərdə məhkum olunmuş 42 yaşlı Zamin Cəfərov saxlanılıb. Araşdırmalarla saxlanılan şəxsin […]
Naxçıvanda gecə saatlarında kanalda batan şəxs xilas edildi
Gecə saatlarında Naxçıvanda Uzunoba Su Anbarını qidalandıran kanalda bir nəfər batma təhlükəsi ilə üzləşib. Canlixeber.com xəbər verir ki, bu barədə Naxçıvan Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin Sularda xilasetmə bölməsinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb ediliblər. Həyata keçirilən operativ xilasetmə əməliyyatı sayəsində kanalda batma təhlükəsində olan vətəndaş […]
Azərbaycanda 10 min manatlıq əməkhaqqı ilə işçi axtarılır
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) “Əmək və Məşğulluq” altsistemində (ƏMAS) hazırda müxtəlif işəgötürənlər tərəfindən təqdim olunan 65 mindən çox aktiv vakansiya mövcuddur. Canlixeber.com xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirli məlumat yayıb. Qeyd olunan vakansiyalar üzrə ən yüksək əməkhaqqı 10 000 manat, ən aşağı maaş isə 400 manat təşkil […]
“Sabah” – “Orhus” matçının hakimləri dəyişdirildi
UEFA Çempionlar Liqasının III təsnifat mərhələsi çərçivəsində reallaşacaq “Sabah” və “Orhus” komandalarının cavab matçı öncəsi hakimlər briqadasında dəyişiklik baş verib. Canlixeber.com xəbər verir ki, qitə futbol qurumu ilk olaraq oyunu Joao Pineyronun başçılıq etdiyi portuqaliyalı hakimlərə həvalə etmişdi. Lakin sonradan UEFA bu təyinatı ləğv edərək fərqli addım atıb. Matçda ədaləti fransalı referi Villi Delajo qoruyacaq. […]
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda və daş kömür göndəriləcək
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük baş tutacaq. Canlixeber.com xəbər verir ki, bu ölkəyə 8 vaqon buğda, 10 vaqon daş kömür göndəriləcək. Qatar sabah saat 11:00-da “Azərbaycan Dəmir Yolları” QSC-nin Biləcəri stansiyasından yola düşəcək.
