Xəbər lenti
Sonuncu xəbərlər
UEFA Millətlər Liqasında günün əsas oyunları
Bu gün UEFA Millətlər Liqasında qrup mərhələsinin növbəti qarşılaşmaları keçiriləcək. Canlixeber.com xəbər verir ki, bu oyun günündə 10 matç baş tutacaq. A Liqasının III qrupunda Çexiya İngiltərə ilə, İspaniya isə Xorvatiya ilə qarşılaşacaq. B Liqasının I qrupunda Şotlandiya İsveçrəni qəbul edəcək, Sloveniya isə Şimali Makedoniya ilə üz-üzə gələcək. C Liqasının I qrupunda Finlandiya Belarusla, San […]
Külək güclənəcək – XƏBƏRDARLIQ
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib. Canlixeber.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, sentyabrın 29-da bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verib. Goranboy, Naftalan, Daşkəsən, Quba, Qusar, Xızı, Xaçmaz, Şabran, Siyəzən, Hacıqabul, Neftçala, Salyanda sarı xəbərdarlığa uyğun olaraq şərq küləyi əsəcək, küləyin sürəti […]
Bu gün hava necə olacaq?
Sentyabrın 29-da gözlənilən hava şəraiti açıqlanıb. Canlixeber.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Yarımadanın ayrı-ayrı yerlərində qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var, şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 17-20° isti, gündüz 22-25° isti olacaq. Atmosfer təzyiqi 758 […]
Bakı-Naxçıvan-Bakı marşrutu üzrə bir sıra reyslər təxirə salındı – SƏBƏB
Azərbaycan Hava Yollarının 28 sentyabr 2026-cı il tarixinə planlaşdırılan Bakı-Naxçıvan-Bakı marşrutu üzrə bir sıra reysləri əlverişsiz hava şəraiti səbəbindən təxirə salınıb. Canlixeber.com xəbər verir ki, bu barədə “Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat Xidməti məlumat yayıb. “Hava şəraiti sabitləşdikdən sonra uçuşların icrasına davam ediləcək. Sərnişinlər mümkün dəyişikliklərlə bağlı operativ şəkildə məlumatlandırılacaqlar. Qeyd edək ki, Azərbaycanın milli […]
İlham Əliyevdən Azərbaycan İnvestisiya Holdinqi ilə bağlı FƏRMAN
Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə veriləcək dövlət şirkətlərinin və müəssisələrinin, habelə dövlət payı olan təsərrüfat cəmiyyətlərinin siyahısında dəyişiklik edilib. Canlixeber.com xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev fərman imzalayıb. Fərmana əsasən, “Azərbaycan alüminiumu” Açıq Səhmdar Cəmiyyəti və “Azəralüminium” Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə veriləcək müəssisələrin siyahısından çıxarılıb.
“Turan Tovuz” – “Fənərbağça” oyunundan əldə olunacaq gəlir ianə ediləcək
28 sentyabr 2026-cı il tarixində Qarabağ Dirçəliş Fondu ilə “Turan Tovuz” PFK arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Canlixeber.com xəbər verir ki, bu barədə klub məlumat yayıb. Memorandumu Fondun İdarə Heyətinin sədri Rəhman Hacıyev və “Turan Tovuz” PFK İB-nin İdarə Heyətinin sədri Ehtiram Quliyev imzalayıblar. Sənədə əsasən, oktyabrın 3-də Bakıda “Turan Tovuz” PFK ilə Türkiyənin […]
Azərbaycan millisi 16:0 hesabı ilə məğlub oldu
17 yaşadək qızlardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində ilk oyununu keçirib. Canlixeber.com xəbər verir ki, B Liqasının B1 qrupunda mübarizə aparan komandamız Albaniyanın Rroqojinye şəhərində İrlandiya yığması ilə qarşılaşıb. Qarşılaşma İrlandiya millisinin 16:0 hesablı qələbəsi ilə başa çatıb. Qeyd edək ki, Azərbaycan U-17 millisi növbəti oyununu oktyabrın 1-də Kosovoya, daha sonra isə oktyabrın […]
Vüsal Şilderin qətli 1000 manata icra olunub?
“Mercedes-Benz” şirkətinin Azərbaycan təmsilçisinin oğlu, Almaniya vətəndaşı Vüsal Şilderin 13 il əvvəl Bakıda qətlə yetirilməsi ilə bağlı açılan cinayət işində təqsirləndirilən Xəyal Əli-Zadənin məhkəmə baxışı keçirilib. Canlixeber.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Firdovsi Əliyevin sədrliyi ilə keçirilən prosesdə prokuror təqsirləndirilənə ittiham aktını elan edib. İttihamda bildirilir ki, təqsirləndirilən Xəyal Əli-Zadə tanışı Seymur […]
Türkiyədə DƏHŞƏT: Azərbaycanlı qadın aşan TIR-ın altında qalaraq öldü
Türkiyənin Antalya vilayətinin Manavqat rayonunda yük maşınının iştirakı ilə baş verən yol-nəqliyyat hadisəsi zamanı Azərbaycan vətəndaşı ölüb. Canlixeber.com xəbər verir ki, bu barədə “İhlas” agentliyi məlumat yayıb. Məlumata görə, hadisə zamanı iki qadın dünyasını dəyişib. Onlar ictimai nəqliyyat dayanacağında olublar. Həlak olanların 23 yaşlı Azərbaycan vətəndaşı Alyona Dovqaleva və 20 yaşlı Rusiya vətəndaşı Arina Dautova […]
Pakistanda azərbaycanlı qadına qarşı DƏHŞƏT: Üç kişi tərəfindən zorlandı
Pakistanın Lahor şəhərində polis 20 yaşlı Azərbaycan vətəndaşının qrup şəklində cinsi zorakılığa məruz qalması ilə bağlı ərizəsindən sonra cinayət işi açıb. Canlixeber.com Pakistan mediasına istinadən xəbər verir ki, gənc qadın biznes məsələləri ilə bağlı təxminən iki həftə əvvəl Pakistana gəlib. O, polisə verdiyi şikayət ərizəsində bildirib ki, iki qadın ona yaxınlaşaraq birlikdə şam yeməyi təklif […]
