Xəbər lenti
Sosial
Sonuncu xəbərlər
Bir qəpiyə satılan yumurtalar SAXTA olub? – RƏSMİ AÇIQLAMA
Azərbaycanda yumurta qiymətlərinin kəskin düşməsi ilə bağlı bir sıra KİV-də, həmçinin sosial şəbəkələrdə satışa çıxarılan yumurtalarla bağlı əsassız iddialar yayılıb. Canlixeber.com xəbər verir ki, bu barədə “Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası” İctimai Birliyi məlumat yayıb. Bildirilib ki, bu sıraya yumurtaların köhnə, yaxud süni olmasına dair iddialar da aiddir: “Ölkəmizə xaricdən ərzaqlıq yumurta […]
Bakıda qardaşıgilə qonaq gələn qız faciəli şəkildə öldü
Bakıda 24 yaşlı qız faciəli şəkildə ölüb. Canlixeber.com xəbər verir ki, hadisə paytaxtın Xətai rayonunda baş verib. Bakı şəhər sakini 2002-ci il təvəllüdlü Ə.Quliyeva qonaq olduğu qardaşının evində 8-ci mərtəbədən ehtiyatsızlıqdan yıxılaraq ölüb. Faktla bağlı araşdırmalar aparılır.
“Sabah”ın Avstriya toplanışındakı rəqibləri bəlli olub
“Sabah”ın Avstriya toplanışındakı rəqibləri bəlli olub. Canlixeber.com xəbər verir ki, bu barədə klub məlumat yayıb. Bildirilib ki, Avstriyanın Tirol bölgəsində təlim-məşq toplanışında olan “Sabah” hazırlıq çərçivəsində 3 yoxlama oyunu keçirəcək. Komandanın ilk rəqibi Rumıniyanın “Universitatya Krayova” klubu olacaq. Matç iyunun 24-də keçiriləcək. “Sabah” iyunun 28-də Macarıstanın “Ferentsvaroş”, iyulun 2-də isə Ukraynanın “Polissya” komandaları ilə qarşılaşacaq.
Azərbaycanda bəzi çimərliklərdən istifadə QADAĞAN EDİLDİ – RƏSMİ
2026-cı ilin yaz-yay mövsümünə hazırlıq çərçivəsində Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzi ölkə ərazisində əhalinin ictimai istirahəti üçün istifadə olunan çimərliklərdə sanitariya norma və qaydalarına riayət olunması vəziyyətini, həmçinin dəniz suyunun keyfiyyət göstəricilərini qiymətləndirmək məqsədilə mütəmadi monitorinqlər aparır. Oxu.Az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb. Bildirilib ki, dəniz suyunun keyfiyyətinə nəzarət tədbirləri […]
Mingəçevirdə 35 yaşlı kişinin döyülərək öldürülməsinin TƏFƏRRÜATI
Mingəçevirdə ölümlə nəticələnən davanın təfərrüatı məlum olub. Canlixeber.com , hadisə iyunun 22-də gecə saatlarında Mingəçevir şəhərində yerləşən kafelərdən birinin qarşısında baş verib. Şəhər sakini, 51 yaşlı Rafiq Məmmədov aralarında yaranmış mübahisə zəminində 35 yaşlı Tural Bəhrəmlini döyərək xəsarət yetirib. Xəstəxanaya yerləşdirilən T.Bəhrəmli aldığı xəsarətlərdən orada ölüb. Məlumata görə, bir müddət əvvəl Tural Bəhrəmli Rafiqin qızını […]
İsmayıllıda ağır qəza: Ölən və yaralılar var
İsmayıllı rayonunda yol-nəqliyyat hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, hadisə iyunun 21-də saat 13 radələrində İvanovka-Qalagah-Göyçay yolunun 13-cü kilometrində Uştal kənd ərazisindən keçən hissədə qeydə alınıb. Belə ki, 1982-ci il təvəllüdlü İsmayıl Rafiq oğlu Mahmudovun idarə etdiyi “Ford” markalı avtomaşınla 1969-cu il təvəllüdlü Elxan Hüseyn oğlu Nağıyevin idarə etdiyi VAZ-2106 avtomobili toqquşub. Nəticədə, VAZ-dakı […]
Marko Yankoviç “Qarabağ”ı Türkiyə klubuna dəyişdi
“Qarabağ”ı daha bir futbolçu tərk edib. Canlixeber.com xəbər verir ki, Marko Yankoviç Türkiyə Super Liqasına vəsiqə qazanmış “Çorum”a transfer olunub. Onunla “2+1” illik müqavilə bağlanılıb. 30 yaşlı futbolçunun “Qarabağ” və “Zirə” arasında keçirilmiş yoxlama oyununda (4:3) görünməməsi də bu səbəbdən olub. “Çorum” 2027-ci ilin yayınadək müqaviləsi olan futbolçuya görə “Qarabağ”a transfer məbləği də ödəyib. Yeri […]
Sürayyə Hacıyeva yüksək vəzifəyə təyin olundu
Kəlbəcər rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinə ictimaiyyətlə əlaqələr şöbəsinə yeni rəhbər təyin olunub. Canlixeber.com xəbər verir ki, jurnalist Sürayyə Hacıyeva bu vəzifəyə təyinat alıb. Xatırladaq ki, S.Hacıyeva bu təyinata qədər AZƏRTAC-da çalışıb.
Masalıda 1520 ədəd xaş-xaş kolu məhv edilib
Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaş-xaş-2026” şərti adlı kompleks tədbirlər nəticəsində Dəmbəlov kəndi ərazisindəki meşə zolağında yabanı halda bitən narkotik tərkibli bitkilər aşkar edilib. Canlixeber.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, ümumi çəkisi 349 kiloqram olan 1520 ədəd xaş-xaş kolu məhv edilib.
Nazirlikdən XƏBƏRDARLIQ: Partlayışlar olacaq
22-25 iyun tarixlərində istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik qaydalarına riayət olunmaqla Pirkəşkül qəsəbəsi yaxınlığındakı poliqonda məhv edilməsi prosesi həyata keçiriləcək. Canlixeber.com xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi (MN) məlumat yayıb. “Partlayış səsləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırır və narahatlığa heç bir əsasın olmadığını diqqətə çatdırırıq”, – məlumatda […]
