“Qarabağ”ın hücumçusu millinin oyununda zədələndi
“Qarabağ”ın futbolçusu Renaldo Sefas Yamayka millisinin oyununda zədələnib.
Canlixeber.com xəbər verir ki, o, CONCACAF Millətlər Liqasının qrup mərhələsində Honduras ilə keçirilən oyunun 12-ci dəqiqəsində topsuz vəziyyətdə dizindən zədə alıb.
Yamayka millisinin baş məşqçisi Rufold Spid bu səbəbdən məcburi əvəzetmə edib.
Qeyd edək ki, qarşılaşma Honduras millisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Xatırladaq ki, Sefas iki gün əvvəl Qvatemala ilə keçirilən oyunun son dəqiqələrində komandasına qələbə gətirən qolun müəllifi olub.
