Xəbər lenti
Sosial
Sonuncu xəbərlər
Azərbaycan millisinin futbolçusu karyerasını Kosovoda davam etdirəcək
Azərbaycan millisinin üzvü Vüsal İsgəndərli karyerasını Kosovoda davam etdirəcək. Canlixeber.com xəbər verir ki, 29 yaşlı hücumçu Kosovo təmsilçisi “Malişeva” klubu ilə müqavilə imzalayıb.Tərəflər arasında anlaşmanın müddəti açıqlanmayıb. Qeyd edək ki, İsgəndərli ötən mövsüm Albaniyanın “Partizani” klubunun formasını geyinib. O, 2025-ci ilin yayında Türkiyənin “Boluspor” klubundan azad agent kimi “Partizani”yə keçmişdi.
“Zirə” bu gün Türkiyə klubu ilə qarşılaşacaq
Türkiyənin Bolu şəhərində təlim-məşq toplanışını davam etdirən “Zirə” bu gün növbəti yoxlama oyununa çıxacaq. Canlixeber.com xəbər verir ki, Rəşad Sadıqovun komandası Türkiyə I Liqa təmsilçisi “Iğdır”la üz-üzə gələcək. Görüş Bakı vaxtı ilə saat 18:00-da start götürəcək. Qeyd edək ki, “qartallar” buna qədər Özbəkistanın “Navbahor” klubu ilə keçirdiyi yoxlama oyununda 3:4 hesabı ilə məğlub olub. “Zirə” […]
Qusarın Laza kəndinə sel gəldi
Qusar rayonunun Laza kəndində yağan güclü yağışlardan sonra sel baş verib. Canlixeber.com xəbər verir ki, sel nəticəsində yol palçıq və daş kütləsi ilə örtülərək nəqliyyatın hərəkətini çətinləşdirib. Sel nəticəsində yol boyunca güclü palçıq axını yaranıb, bəzi avtomobillər təhlükəli vəziyyətdə qalıb.
Xırdalanda kafedə baş verən dava zamanı bir nəfər bıçaqlanıb
Abşeron rayonunda kafedə baş verən dava zamanı bir nəfər bıçaqlanıb. Canlixeber.com xəbər verir ki, hadisə Xırdalan şəhərində yerləşən iaşə obyektlərindən birində qeydə alınıb. Belə ki, paytaxt sakini, 1983-cü il təvəllüdlü Hüseyn Həsənov iaşə obyektində olarkən tanımadığı şəxslə mübahisə edib. Mübahisə davaya çevrilib və nəticədə ona bir neçə bıçaq xəsarəti yetirilib. Yaralı xəstəxanaya çatdırılıb. Ona cərrahi […]
Bakıda 8 yaşlı qız 5-ci mərtəbədən yıxıldı, vəziyyəti ağırdır
Bakıda azyaşlı binadan yıxılıb. Canlixeber.com xəbər verir ki, hadisə Yasamal rayonunda qeydə alınıb. Belə ki, 2018-ci il təvəllüdlü M.Mərdiyeva yaşadığı binanın 5-ci mərtəbəsində yerləşən mənzilin eyvanından yıxılıb. Nəticədə azyaşlı ağır xəsarətlər alıb. O, təcili olaraq Kliniki Tibbi Mərkəzə çatdırılıb. Həkimlərin verdiyi məlumata görə, uşağın vəziyyəti ağır qiymətləndirilir. Faktla bağlı araşdırma aparılır.
Yasamal və Nizami rayonlarının bəzi ərazilərində üç saat işıq olmayacaq
Bakının Yasamal və Nizami rayonlarının bəzi ərazilərində bu gün elektrik enerjisinin verilişində fasilə yaranacaq. Canlixeber.com xəbər verir ki, bu barədə Azərişıq” ASC məlumat yayıb. Bildirilib ki, Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində Transformator Məntəqəsində (TM) təmir işləri aparılacaq. Bununla əlaqədar saat 10:00-dan 13:00-dək Həsən bəy Zərdabi propekti, Əsəd Əhmədov, Abbas Mirzə Şərifzadə küçələrinin […]
İyul ayında hava necə olacaq?
İyul ayına olan hava proqnozu açıqlanıb. Canlixeber.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, iyul ayında havanın ortaaylıq temperaturunun əsasən iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər yüksək olacağı gözlənilir. Aylıq yağıntının miqdarının əsasən iqlim normasına yaxın, bəzi ərazilərdə isə bir qədər çox olacağı ehtimal olunur.Ayın ilk günündə ölkə […]
Bu gün hava necə olacaq?
İyunun 30-da gözlənilən hava şəraiti açıqlanıb. Canlixeber..com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam bəzi şəhərətrafı ərazilərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Cənub-qərb küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq.Havanın temperaturu […]
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib. Canlixeber.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, iyunun 30-u və iyulun 1-də bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib. Gəncə, Mingəçevir, Goranboy, Samux, Naftalan, Göygöl, Daşkəsən, Gədəbəy, Yevlax, Tərtər, Bərdə, Kəlbəcər, Laçın, Yardımlı, Lerik, Naxçıvan MR-də sarı […]
Bakıda dörd yaşlı qız faciəli şəkildə öldü
Bakıda dörd yaşlı qız faciəli şəkildə ölüb. Canlixeber.com xəbər verir ki, hadisə iyunun 27-si saat 11 radələrində paytaxtın Xətai rayonu, C.Həsənov küçəsindəki evlərin birində baş verib. Həmin ünvanda yaşayan 2022-ci il təvəllüdlü M.Hümbətova 15 mərtəbəli binanın 5-ci mərtəbəsindəki mənzilin pəncərəsindən yıxılıb. Azyaşlı hadisə yerində ölüb. Faktla bağlı araşdırmalar aparılır.
