Xəbər lenti
Sosial
Sonuncu xəbərlər
Sabah Zaqatalanın bəzi ərazilərində qaz kəsiləcək
Sabah Zaqatalanın bəzi küçələrinin qaz təchizatı dayandırılacaq. Canlixeber.com xəbər verir ki, bu barədə Zaqatala Regional Qaz İstismarı İdarəsi məlumat yayıb. Bildirilib ki, payız-qış mövsümünə hazırlıq işləri ilə əlaqədar sabah saat 10:00-dan işlər yekunlaşanadək Zaqatala rayonu A.Ələsgərov, S.Vurğun, B.Vahabzadə, H.Cavid, N.Paşa, Axundov, Maqamayev və İstiqlaliyyət küçəsinin bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Azərbaycanda tanınmış şirkətə ağır cəza: Ağdamda yaşıllıqlar məhv edilib – MƏHKƏMƏ
“Makro 2000 Eğitim Teknolojileri Inşaat Taahhüt Iç Ve Diş Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı filialı barəsində inzibati protokol yazılıb. Canlixeber.com xəbər verir ki, şirkətin barəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyi 9 saylı regional Ekologiya və Təbii Sərvətlər İdarəsi yoxlama aparıb. Protokolda göstərilib ki, MMC tərəfindən Ağdam rayonu, Çullu kəndi ərazisində inşası davam edən “N” saylı […]
Sahibə Qafarovaya köməkçi təyin edilib
Milli Məclisdə yeni kadr təyinatı həyata keçirilib. Canlixeber.com xəbər verir ki, bu barədə parlamentin rəsmi saytında qeyd edilib. Belə ki, Aydan Tofiq qızı Fərəcova Milli Məclis sədrinin köməkçisi təyin edilib.
“İmişli” futbolçu Abbas Ağazadə ilə vidalaşıb
“İmişli” futbolçu Abbas Ağazadə ilə yollarını ayırıb. Canlixeber.com xəbər verir ki, bu barədə bölgə təmsilçisi məlumat yayıb. Onun başa çatan müqaviləsinin müddəti yenilənməyib. Xatırladaq ki, 27 yaşlı yarımmüdafiəçi 2024-cü ildən “İmişli”də çıxış edib.
Veronika Jilinanın Azərbaycanı təmsil etməsinə rəsmi icazə verildi
Azərbaycanın fiqurlu konkisürmə üzrə heyətinin sıralarına daha bir yeniyetmə idmançı cəlb olunub. Canlixeber.com xəbər verir ki, Azərbaycan Qış İdman Növləri Federasiyasının Beynəlxalq Fiqurlu Konkisürmə Birliyinə (İSU) yeniyetmə fiqurlu konkisürən Veronika Jilina ilə bağlı ünvanladığı müraciət müsbət dəyərləndirilib. Nəticədə idmançının tək konkisürmə dissiplini üzrə Azərbaycanı təmsil etməsinə rəsmi icazə verilib. Veronika Jilina 2026–2027 mövsümündən etibarən beynəlxalq […]
Gəncədə 29 yaşlı kişi küçədə bıçaqlandı
Gəncə şəhərində 29 yaşlı kişi bıçaqlanıb. Canlixeber.com xəbər verir ki, hadisə şəhərin Poçt qəsəbəsində baş verib. Qəsəbə sakini, 1997-ci il təvəllüdlü Aleksandr Konalinko küçədə bıçaqlanıb. O, xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma aparılır.
“Kəpəz” Fərid Nəbiyevlə yollarını ayırıb
“Kəpəz” futbolçu Fərid Nəbiyevlə yollarını ayırıb. Canlixeber.com xəbər verir ki, bu barədə Gəncə təmsilçisi məlumat yayıb. 26 yaşlı yarımmüdafiəçinin müqaviləsinin müddəti başa çatıb. Xatırladaq ki, F.Nəbiyev ötən mövsüm ölkə çempionatı və kubokunda ümumilikdə 34 matça çıxıb və 4 qolla yadda qalıb.
Son altı ayda Azərbaycanda qanunsuz ov edən 62 nəfər saxlanılıb
Bu ilin 6 ayında Azərbaycanda qanunsuz ov faktları ilə bağlı ümumilikdə 54 900 manat məbləğində cərimə tətbiq olunub. Canlixeber.com xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova bildirib. Onun sözlərinə görə, hesabat dövründə ölkə ərazisində qanunsuz ov hallarının qarşısının alınması məqsədilə nazirliyin aidiyyəti qurumlarının keçirdiyi nəzarət tədbirləri nəticəsində qanunsuz […]
Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edilib
“Azərbaycan Dəmir Yolları” QSC (ADY) yay mövsümündə sərnişin tələbatını nəzərə alaraq iyulun 6-31-də Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edib. Canlixeber.com xəbər verir ki, bu barədə səhmdar cəmiyyəti məlumat yayıb.Məlumata əsasən, qatar bazar ertəsi və çərşənbə günlərində Bakıdan, çərşənbə axşamı və cümə axşamı günlərində isə Ağstafadan yola düşəcək. Qeyd edilib ki, sözügedən reyslərə biletləri […]
Bağçalara uşaqların elektron qəbulu başlanılır
7 iyul 2026-cı il saat 11:00-dan etibarən Regional Təhsil İdarələri və Naxçıvan Muxtar Respublikasının tabeliyində olan məktəbəqədər təhsil müəssisələrinə, 9 iyul 2026-cı il saat 11:00-dan etibarən isə Bakı şəhəri üzrə məktəbəqədər təhsil müəssisələrinə qəbul üçün elektron növbələrin yaradılmasına başlanılacaq. Canlixeber.com xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentli məlumat yayıb. Bildirilib […]
