Hadisə
Naxçıvanda qəzada yaralanmışdı – Xəstəxanada öldü
Naxçıvan Muxtar Respublikasının Babək rayonunda qəzada yaralanan 6 nəfərdən biri ölüb. Canlixeber.com xəbər verir ki, mayın 23-ü gecə saatlarında Babək rayonu Çeşməbasar kəndi ərazisində “Hyundai” markalı avtomobilin aşması nəticəsində ağır xəsarət alan Əlizadə Nail İlham oğlu xəstəxanada vəfat edib. Qeyd ediliv ki, qəzada yaralanan digər şəxslər – İbrahimov Firudin Namiq oğlu, Əsədli Turan Xaliq oğlu, […]
Qusarda polisə silahla müqavimət göstərən şəxs zərərsizləşdirildi
Qusar rayonunda törətdiyi cinayət əməllərinə görə axtarışda olan şəxs saxlanılarkən odlu silahla polis əməkdaşlarına müqavimət göstərib. Canlixeber.com xəbər verir ki, görülən tədbirlərlə R.Rəsulov zərərsizləşdirilib.Hadisə yerindən tapança aşkar olunaraq götürülüb. Faktla bağlı araşdırmalar davam etdirilir. Sosial mediada yayılan məlumatlara görə R.Rəsulov 16 yaşlı qıza qarşı cinayətdə şübhəli bilinib və bu kimi əməllərə görə axtarışda olub.
Cəlilabadda YANĞIN: Maşını alovlar içində avtoyuma məntəqəsinə çatdırdı
Ötən gün Cəlilabadda ot bağlaması yüklənmiş yük avtomobilində yanğın baş verib. Canlixeber.com “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə rayonun Qarazəncir kəndində qeydə alınıb. Hərəkətdə olan avtomobilin yük hissəsindəki ot bağlamaları qəfil alışmağa başlayıb. Yanğını görən sürücü avtomobili yaxınlıqdakı avtoyuma məntəqəsinə sürərək su vasitəsilə alovun qarşısını almağa çalışıb.
Qarpız yükündə 110 kiloqramdan artıq narkotik vasitə aşkar edilib
Balakən Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdikləri gömrük nəzarəti tədbirləri nəticəsində külli miqdarda narkotik vasitə – marixuana aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb. Canlixeber.com xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin (DGK) Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən bildirilib. Qeyd olunub ki, “Mazımqara” gömrük postunda İran İslam Respublikasından Gürcüstana qarpız yükü aparan nəqliyyat vasitəsinə stasionar rentgen qurğusunda […]
Yevlaxda baba və nəvəsini avtomobil vurdu: Ölən var
Yevlaxda gecə baş verən qəza zamanı ölən və yaralanan şəxslərin kimlikləri məlum olub. Canlixeber.com “Report”a istinadən xəbər verir ki, idarəetmədən çıxan avtomobil yol kənarındakı Cabbar Əliyevlə onun nəvəsi – 2015-ci il təvəllüdlü Sübhan Əlizadəni vurub. Nəticədə yeniyetmə hadisə yerində keçinib, C. Əliyev isə ağır vəziyyətdə Yevlax Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Faktla bağlı araşdırma davam etdirilir.
Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb
May ayının 22-də Dövlət Sərhəd Xidmətinin (DSX)Sərhəd Qoşunları Komandanlığı tərəfindən əməliyyat keçirilib. Canlixeber.com xəbər verir ki, bu barədə DSX məlumat yayıb. Bildirilib ki, “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində keçirilmiş sərhəd axtarışı və əməliyyat-qoşun tədbirləri nəticəsində ümumi çəkisi 35 kiloqram 200 qram narkotik vasitə marixuana və 3000 ədəd psixotrop tərkibli Metadon M-40 həbinin qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan […]
Naxçıvanda külli miqdarda tütün məmulatları aşkar edilib
Naxçıvan Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində külli miqdarda məcburi nişanlanma ilə nişanlanmayan siqaretlər aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb. Canlixeber.com xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb. Bildirilib ki, əməliyyat-axtarış tədbirləri zamanı Naxçıvan şəhər sakinindən 41220 ədəd məcburi nişanlanma ilə nişanlanmayan müxtəlif markalı siqaretlər aşkar edilib. Faktla bağlı […]
8 yaşlı uşaq 7-ci mərtəbədən yıxılıb öldü
Bakıda azyaşlı binadan yıxılıb. Canlixeber.com xəbər verir ki, hadisə Sabunçu rayonu Bakıxanov qəsəbəsi, N.İsmayılov küçəsində qeydə alınıb. 8 yaşlı Mədinə Cavid qızı Allahyarova yaşadığı binanın 7-ci mərtəbəsindən yıxılaraq ölüb. Faktla bağlı araşdırma aparılır.
Kürdəmirdə FACİƏ: Azyaşlı pəncərədən yıxılıb ÖLDÜ
Kürdəmirdə azyaşlı bədbəxt hadisə nəticəsində həyatını itirib. Canlixeber.com APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Babək küçəsində baş verib. Belə ki, şəhər sakini, 2023-cü il təvəllüdlü Yusif Qədir oğlu Vahidov ehtiyatsızlıqdan yaşadığı çoxmərtəbəli binanın 5-ci mərtəbəsinin pəncərəsindən yıxılaraq ölüb. Faktla bağlı araşdırma aparılır.
Ağsuda DƏHŞƏTLİ QƏZA: Ölənlər və xəsarət alanlar var
Ağsuda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. Canlixeber.com Oxu.Az-a istinadla xəbər verir ki, hadisə rayonun Dilman kəndi ərazisində qeydə alınıb. BYD markalı minik avtomobil kənd ərazisində hərəkətdə olarkən idarəetmədən çıxaraq yolun kənarındakı beton bəndə çırpılıb. Avtomobil daha sonra körpüdən Ağsu çayına aşıb.Hadisə nəticəsində avtomobildə olan 1999-cu il təvəllüdlü Kamran Cəfərov və 2004-cü il təvəllüdlü […]
