1 min read

Ağstafanın bu kəndində sel gəlib

Gecə saatlarında Ağstafa rayonunun Dağ Kəsəmən kəndində sel gəlib. Canlixeber.com xəbər verir ki, yağışdan sonra gələn sel suları bir sıra problemlər yaradıb. Arxların daşması nəticəsində kəndarası yollar keçilməz olub. Sel suları sakinlərin həyətyani sahələrini də basıb. Hazırda yaranan vəziyyətin aradan qaldırılması istiqamətində tədbirlər görülür. Əraziyə ağır texnikalar cəlb olunub. Təmizlənın arxların kənarına bəndlər vurulur.

1 min read

Qusarın Laza kəndinə sel gəldi

Qusar rayonunun Laza kəndində yağan güclü yağışlardan sonra sel baş verib. Canlixeber.com xəbər verir ki, sel nəticəsində yol palçıq və daş kütləsi ilə örtülərək nəqliyyatın hərəkətini çətinləşdirib. Sel nəticəsində yol boyunca güclü palçıq axını yaranıb, bəzi avtomobillər təhlükəli vəziyyətdə qalıb.

1 min read

Bəzi dağ çaylarından daşqın və sel keçəcək

Bakıda və Abşeron yarımadasında iyunun 27-də axşamdan iyunun 28-də səhərədək gözlənilən yağıntı leysan xarakterli intensiv olacaq, şimşək çaxacaq. Canlixeber.com xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinkn yaydığı növbəti xəbərdarlıqla gecə saatlarında yağışın qısa müddətə güclənəcəyi ehtimalı var. Qeyd olunub ki, iyunun 28-də havanın nisbətən sərin keçəcəyi gözlənilir. Azərbaycanın rayonlarında müşahidə olunan qeyri-sabit, fasilələrlə yağıntılı hava şəraitinin […]

1 min read

Qubada istirahət mərkəzi su altında qaldı

Ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti Quba rayonunda da ciddi fəsadlara səbəb olub. Canlixeber.com xəbər verir ki, yağan intensiv yağışlar Çənlibel gölünün məcrasından çıxmasına səbəb olub. Nəticədə Nügədi kəndi ərazisində bir sıra əraziləri su basıb. Daşqın nəticəsində gölün sahilində yerləşən istirahət mərkəzinə məxsus bir neçə tikili və ətraf ərazi su altında qalıb. Hazırda ərazidə […]

1 min read

Siyəzəndə sel körpünü dağıtdı: Kiçik Həmyə kəndinə gedən əsas yol bağlandı

Ötən gündən etibarən ölkə ərazisində davam edən qeyri-sabit hava şəraiti fəsadsız ötüşməyib. Canlixeber.com xəbər verir ki, Siyəzənin rayon mərkəzini Kiçik Həmyə kəndi ilə birləşdirən körpünü sel dağıdıb. Güclü sel nəticəsində körpü tamamilə uçub. Nəticədə Siyəzən rayonunun Kiçik Həmyə kəndinə gedən əsas yolu bağlanıb. Sakinlər məcburiyyətdən alternativ yollardan istifadə etməyə çalışırlar. Körpünün uçması sakinlərin hərəkətinə maneə […]