Samuxda qəza olub, 3 nəfər ölüb, 1 nəfər yaralanıb
1 min read

Samuxda qəza olub, 3 nəfər ölüb, 1 nəfər yaralanıb

Samuxda baş verən qəzada ölən və xəsarət alanların kimliyi məlum olub.

Canlixeber.com xəbər verir ki, “VAZ 2107″ ilə “Mercedes” markalı minik avtomobillərinin toqquşması zamanı 1975-ci il təvəllüdlü S. Əhmədov, 1987-ci il təvəllüdlü F. Əhmədova və 1962-ci il təvəllüdlü A. Alıyeva ölüb.

Hadisə zamanı iki nəfər də ağır xəsarət alıb. Hadisə yerinə FHN Gəncə Regional Mərkəzinin Xüsusi Xilasetmə Hissəsinin xilasediciləri cəlb edilib.

Avtomobildə sıxılmış vəziyyətdə qalan 3 nəfərin meyiti xilasedicilər tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Avtomobildə sıxılı vəziyyətdə yaralı olaraq qalan daha bir nəfər də xilas edilib.

Hadisə yerinə DYP əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.