1 min read

Cəlilabadda 44 yaşlı qadın evində yandı

Cəlilabad rayonunda qadın evində yanıb. Canlixeber.com xəbər verir ki, hadisə sentyabrın 23-ü saat 14 radələrində rayonun Uzuntəpə kəndində baş verib. Kənd sakini 1982-ci il təvəllüdlü Aidə Şıxəliyeva yaşadığı evdən termiki xəsarətlə xəstəxanaya gətirilib. Onun evdə maye qazdan yandığı bildirilir. Faktla bağlı araşdırmalar aparılır.

1 min read

Bakıda maşında meyit tapıldı

Bakıda sürücü sükan arxasında ölü tapılıb. Canlixeber.com xəbə verir ki, hadisə Suraxanı rayonu ərazisində baş verib. Sentyabrın 23-ü saat 10 radələrində Hövsan qəsəbəsi ərazisində qəsəbə sakini 1958-ci il təvəllüdlü Zahab Allahverdiyevin meyiti sükan arxasında tapılıb. İlkin ehtimala görə, sürücü idarə etdiyi “Mercedes” markalı avtomobildə ürək çatışmazlığından ölüb. Faktla bağlı araşdırmalar aparılır.

1 min read

Bakıda mənzildən meyit tapıldı

Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı və Sumqayıt şəhərlərində bağlı qapı arxasında qalma ilə bağlı daxil olan müraciətlər əsasında Nazirliyin müvafiq xilasetmə qüvvələri tərəfindən 4 əməliyyat keçirilib. Canlixeber.com xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb. Həyata keçirilən tədbirlər nəticəsində 4 nəfər uşaq xilas edilib, 1 nəfərin meyiti aidiyyəti üzrə […]

1 min read

Laçında dağlıq ərazidə yanğın olub

Laçın rayonunun Minkənd kəndi yaxınlığında dağlıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub. Canlixeber.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Qeyd edilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Mürəkkəb relyefin və küləkli havanın yaratdığı çətinliklərə baxmayaraq, yanğın geniş əraziyə yayılmasına imkan verilmədən söndürülüb.

1 min read

Şəmkirdə avtomobil qadını vuraraq öldürüb

Şəmkirdə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, hadisə Şəmkir şəhərinin mərkəzində qeydə alınıb. Hərəkətdə olan VAZ-2107 markalı avtomobil yolu keçən orta yaşlı qadını vurub. Piyada xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Ölən şəxsin kimliyi dəqiqləşdirilir. Hadisə yerinə polis əməkdaşları cəlb olunublar. Faktla bağlı araşdırma aparılır.

1 min read

Masazırda yük maşını aşıb, ölən və xəsarət alanlar var

Bakı–Quba avtomobil yolunun 13,5-ci kilometrliyində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib. Bildirilib ki, bu gün saat 12:05 radələrində 01-CN-479 dövlət qeydiyyat nişanlı “Scania” markalı yük avtomobili ayırıcı sədlə toqquşduqdan sonra qarşı hərəkət zolağına çıxaraq 99-PK-293 dövlət qeydiyyat nişanlı “Ravon” markalı minik avtomobilinin […]

1 min read

Sərxoş kişi kimyəvi məhlul içdi, təcili Bakıya gətirildi

Kürdəmir sakini kimyəvi məhluldan zəhərlənib. Canlixeber.com xəbər verir ki, hadisə rayonun Atakişili kəndində baş verib. Kənd sakini, 1992-ci il təvəllüdlü Elvin Çingiz oğlu Mahmudov evində səhvən essensial turşusu (sirkə) içib. O, təcili olaraq Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. İlkin tibbi yardım göstərildikdən sonra xəstənin vəziyyəti ağır olduğundan təcili tibbi yardım briqadası vasitəsilə Bakıya – Kliniki […]

1 min read

Dənizdə batan tələbələrin meyitləri tapıldı

Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində dənizdə nəzarətsiz ərazidə batan şəxslərin meyitləri tapılıb. Canlixeber.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN)məlumat yayıb. Bildirilib ki, 2008-ci il təvəllüdlü olan Əlipaşa Natiq oğlu Əlizadənin və 2008-ci il təvəllüdlü Elmin Elman oğlu Əmrəliyevin meyitləri FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən suda […]

1 min read

Sumqayıtda piyadanın ölümü ilə nəticələnən avtoqəza olub

Sumqayıt şəhərində piyadanın ölümü ilə nəticələnən avtoqəza qeydə alınıb. Canlixeber.com xəbər verir ki ,hadisə Koroğlu prospektində baş verib. Məlumata görə, 1991-ci il təvəllüdlü Aslanov Vüqar Elşən oğlu idarə etdiyi “BYD Destroyer A05” markalı avtomobillə 1973-cü il təvəllüdlü Həşimov Qabil Salman oğlunu vurub. Ağır xəsarətlər alan piyada həyatını itirib. Faktla bağlı araşdırma başlanılıb.