Hadisə
Bakıda 65 yaşlı kişi daş karxanasında bədbəxt hadisə nəticəsində ölüb
Bakıda 65 yaşlı kişi daş karxanasında bədbəxt hadisə nəticəsində ölüb. Canlixeber.com xəbər verir ki, Cəlilabad rayon sakini, 1961-ci il təvəllüdlü Rabil Zərbəliyev daş karxanalarının birində iş görərkən ehtiyatsızlıqdan ölüb. İlkin məlumata görə, o mişardan aldığı xəsarətdən dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır.
Bakıda müəllim küçədə yatdı – Hər şeyi oğurlandı
Bakıda gecəyarı küçədə yatan müəllim qarət olunub. Canlixeber.com xəbər verir ki, hadisə “20 Yanvar” metrostansiyasının yaxınlığında baş verib. İttiham aktına görə, Şamaxıdan Bakıya sərnişin daşıyan 57 yaşlı Cövdət Quliyev (şərti adla) gətirdiyi adamlardan birinin gecəyarı səkidə yatdığını görüb. O, fürsətdən istifadə edərək, həmin şəxsin 340 manatlıq mobil telefonunu və 600 manat nağd pulunu götürüb. Həmçinin […]
Astarada 60 yaşlı kişi əncir dərərkən öldü
Astara rayonunda 60 yaşlı kişi ağacdan yıxılaraq ölüb. Canlixeber.com xəbər verir ki, hadisə rayonun Siyəkü kəndində baş verib. Məlumata görə, Bakışəhər sakini, 1966-cı il təvəllüdlü Fazil Fətəliyev əncir dərmək üçün ağaca çıxıb. Bu zaman ehtiyatsızlıq nəticəsində yerə yıxılıb və müxtəlif dərəcəli xəsarətlər alıb. Yaralı Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Lakin onun xəstəxanaya çatdırılmasından əvvəl öldüyü məlum […]
Beyləqanda qadın kanalda batdı
Beyləqanda qadın su kanalında batıb. Canlixeber.com xəbər verir ki, hadisə Yuxarı Qarabağ kanalının rayonun II Aşıqlı kəndi ərazisindən keçən hissəsində baş verib. Hazırda hadisə ilə bağlı araşdırma aparılır. Qadının axtarışı və xilas edilməsi istiqamətində tədbirlər görülür.
Tovuzda AĞIR QƏZA: 25 yaşlı gənc öldü
Tovuz rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, hadisə rayonun Düz Cırdaxan kəndi ərazisində qeydə alınıb. Hərəkətdə olan “Ford” markalı yük avtomobilinin sürücüsü idarəetməni itirib. Nəticədə avtomobil əvvəlcə yol kənarında yerləşən elektrik dirəyinə, daha sonra isə ağaca çırpılıb. Güclü zərbə nəticəsində yük avtomobili ciddi şəkildə deformasiyaya uğrayıb. Hadisə zamanı avtomobilin […]
Tərtər sakini yanaraq öldü
Tərtər rayonunda dəhşətli hadisə baş verib. Canlixeber.com xəbər verir ki, avqustun 14-ü saat 14 radələrində 1971-ci il təvəllüdlü Qabil Şaban oğlu Rüstəmov yaşadığı Köçərli kəndindəki evdə elektrik cərəyanı vurması nəticəsində ölüb. Məlum olub ki, hadisədən əvvəl naqillər onun qoluna dolanıb və elektrik cərəyanının xəttə qoşulması nəticəsində yanaraq həyatını itirib. Faktla bağlı Tərtər Rayon Prokurorluğunda araşdırma […]
İmişlidə iki avtomobil toqquşub, ölən və xəsarət alan var
İmişli rayonunda bir nəfərin ölümü, bir nəfərin xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib. Canlixeber.com xəbər verir ki, hadisə Hacıqabul-Bəhrəmtəpə-Mincivan avtomobil yolunun İmişli rayonunun Xubyarlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Tural Xəlilovun idarə etdiyi “VAZ” markalı avtomobil digər avtomobillə toqquşub, daha sonra isə yoldan çıxıb. Qəza nəticəsində “VAZ”ın sürücüsü xəsarət alıb, avtomobildə olan […]
Azərbaycanda itkin düşən 19 nəfər tapıldı
Azərbaycanda itkin düşən 19 nəfər tapılıb. Canlixeber.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, avqustun 14-də polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 19 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Bakıda TIR aşdı: Dizel yola dağıldı
Bakıda “Mercedes” markalı TIR aşıb. Canlixeber.com xəbər verir ki, hadisə Binəqədi rayonunda “Baksol yolu” deyilən ərazidə baş verib. Qəza nəticəsində TIR-ın yanacaq çənində olan dizel yola dağılıb.
Bakıda mağazada uçqun: Qadın dağıntılar altında qaldı
Suraxanı rayonu, Hövsan qəsəbəsi ərazisində mağazada uçqun baş verib. Canlixeber.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Xüsusi Riskli Xilasetmə və Dövlət Yanğından Mühafizə xidmətlərinin qüvvələri cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən, mağazanın tavanının uçması nəticəsində 1989-cu il təvəllüdlü Gülnar Məhəmməd qızı Miriyevanın […]
