Hadisə
Bakıda iki avtomobil toqquşub, ölən var
Bakıda ölümlə nəticələn yol-nəqliyyat hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, Məmmədov Vahid Abdulla oğlunun idarə etdiyi “Opel Frontera” markalı avtomobillə Yusifov Ozal Elman oğlunun idarə etdiyi “Mercedes Benz E” markalı avtomobillə toqquşub. Nəticədə V.Məmmədovun aldığı xəsarətlərdən xəstxanada ölməsi faktına görə Sabunçu RPİ-nin İŞ-də CM-nin 263.2-ci maddəsi ilə cinayət işi başlanılaraq istintaq aparılır.
Qəbələdə avtomobil piyadanı vuraraq öldürüb
Qəbələdə avtomobil piyadanı vuraraq öldürüb. Canlixeber.com xəbər verir ki, Murad Haqverdi oğlu Mirəzizovun idarə etdiyi “Opel Astra” markalı avtomobil ilə Zarağan kəndi ərazisində hərəkətdə olarkən yolu keçən piyada Seyidməmməd İbrahim oğlu Zəkəriyəyevi vurub. Piyada aldığı xəsarətdən hadisə yerində ölüb. Faktla bağlı cinayət işi başlanılıb.
Bakıda tanınmış həkim əməliyyatdan sonra öldü
Avqustun 31-i Bakıda cərrahi əməliyyat keçirən 1995-ci il təvəllüdlü Şahin Tofiq oğlu Tağıyev vəfat edib. Canlixeber.com xəbər verir ki, həkim-stomatoloq olan Ş.Tağıyev əməliyyatdan sonra səhhətinin ağırlaşması səbəbindən həyatını itirib. Yaxınları bildiriblər ki, ötən ayın son günündə Şahin Tağıyev Dövlət Sərhəd Xidmətinin hospitalında ödündəki problemə görə əməliyyat olunub. Lakin bundan sonra onun səhhətində ağırlaşma başlayıb və […]
Bakıda restoranda mühafizəçinin meyiti tapıldı
Bakıda restorandan meyit tapılıb. Canlixeber.com xəbər verir ki, hadisə paytaxtın Nizami rayonunda baş verib. Sentyabrın 20-si saat 12 radələrində Bakı şəhər sakini 1962-ci il təvəllüdlü Bəxtiyar Musa oğlu Məmmədovun üzərində zorakılıq əlamətləri görünməyən meyiti mühafizəçi işlədiyi iaşə müəssisəsində aşkarlanıb. Rayon prokurorluğu tərəfindən araşdırma aparılır.
Bakıda 10 otaqlı yaşayış evində yanğın olub
Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, İ.Əfəndiyev küçəsində fərdi yaşayış evində yanğın baş verib. Canlixeber.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Bildirilib ki, dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb. Yanğın nəticəsində ümumi sahəsi 200 kv.m. olan […]
Sabirabadda yol qəzasında bir ailənin üç üzvü xəsarət alıb
Sabirabad rayonunda baş verən yol qəzasında bir ailənin üç üzvü xəsarət alıb. Canlixeber.com xəbər verir ki, hadisə bu gün səhər saatlarında rayonun Qəfərli kəndi ərazisində qeydə alınıb. Belə ki, hərəkətdə olan “Nissan” markalı minik avtomobili idarəetmədən çıxaraq yolun kənarına aşıb. Qəza nəticəsində 1988-ci il təvəllüdlü Fərzəliyev Yusif Rasim oğlu, onun həyat yoldaşı 1999-cu il təvəllüdlü […]
Cəlilabadda “Mercedes” transformatora çırpılıb
Cəlilabadda “Mercedes” markalı minik avtomobili yol kənarındakı elektrik transformatoruna çırpılıb. Canlixeber.com xəbər verir ki, hadisə köhnə Ələt-Astara magistralının rayon ərazisindən keçən hissəsində baş verib. İlkin məlumata görə, avtomobilin sürücüsü qəfildən idarəetməni itirib. Nəticədə nəqliyyat vasitəsi yoldan çıxaraq yol kənarındakı elektrik transformatoruna çırpılıb. Qəza zamanı sürücü yüngül xəsarət alıb. Faktla bağlı araşdırma aparılır.
Ağstafada 64 yaşlı qadını “tok” vurub öldürdü
Ağstafada 64 yaşlı qadını elektrik cərəyanı vuraraq öldürüb. Canlixeber.com xəbər verir ki, bədbəxt hadisə rayonun Qaçaq Kərəm kəndində baş verib. Belə ki, kənd sakini, 64 yaşlı Mafirə Quliyeva yaşadığı evin hamam otağında elektrik cərəyanının vurması nəticəsində həyatını itirib. İlkin məlumata görə, qadın hamam otağında olarkən elektrik cərəyanının təsirinə məruz qalıb və onun həyatını xilas etmək […]
Astarada ağır qəza baş verib, 69 yaşlı sürücü ölüb
Astarada ağır yol-nəqliyyat hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, hadisə rayonun ucqar dağ kəndi olan Təxtənəkəranda qeydə alınıb. Samid Həmidovun idarə etdiyi “Ford Transit” markalı yük avtomobili qarşıdan gələn, Astara rayonunun Miki kənd sakini, 1957-ci il təvəllüdlü Gülağa Ağahəsən oğlu Əliyevin idarə etdiyi “Niva” markalı avtomobillə toqquşub. Toqquşmadan sonra “Ford Transit” yoldan çıxaraq aşıb. […]
Həkəri çayında batan şəxsin meyiti 2 ay sonra tapıldı
İyulun 4-də Həkəri çayının Zəngilan rayonu, Ağalı kəndindən keçən hissəsində batan şəxsin meyiti tapılıb. Canlixeber.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, 1962-ci il təvəllüdlü Nuşirəvan Mehdi oğlu Həsənovun meyiti FHN-in xilasediciləri tərəfindən suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
