1 min read

Bakıda ev tikintisi faciə ilə nəticələndi

Bakının Suraxanı rayonunun Bahar qəsəbəsində tikilməkdə olan fərdi yaşayış evində beton plitələrin uçması nəticəsində bir nəfər ölüb, digər şəxs isə xəsarət alıb. Canlixeber.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən beton plitələrin uçması nəticəsində iki nəfərin dağıntılar altında qaldığı müəyyən edilib. Xilasedicilər xüsusi xilasetmə vasitələrinin köməyi […]

1 min read

Abşeronda yaşayış binasında partlayış olub

Abşeron rayonunun Şəfəq qəsəbəsində yerləşən yeddimərtəbəli yaşayış binasının üçüncü mərtəbəsində partlayış baş verib. Hadisə nəticəsində bir nəfər xəsarət alıb. Canlixeber.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, FHN-in “112” qaynar telefon xəttinə hadisə barədə məlumat daxil olduqdan dərhal sonra əraziyə Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. […]

1 min read

Ucarda avtomobil velosipedçini vuraraq öldürüb

Ucarda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, hadisə Bakı–Qazax magistralının rayonun Qazıqumlaq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Bakı istiqamətində hərəkətdə olan “Mercedes” markalı minik avtomobili velosipedçini vurub. Ağır xəsarət alan 40–45 yaşlı kişi hadisə yerində ölüb. Faktla bağlı araşdırma aparılır.

1 min read

Bakı metrosunda halı pisləşən kişi öldü

Bakı Metropoliteninin “Avtovağzal” stansiyasının platformasında ölüm hadisəsi baş verib. Canlixeber.com “Qafqazinfo”ya istinadən xəbər verir ki, Bərdə sakini 83 yaşlı Telman Muradov qatarda olarkən halı pisləşib. Dərhal bütün müvafiq tədbirlər görülüb, o cümlədən təcili tibbi yardım xidməti çağırılıb. Lakin onun həyatını xilas etmək mümkün olmayıb.

1 min read

Təcavüzə məruz qalan 23 yaşlı azərbaycanlını Pakistana aparan biznesmen kimdir?

Pakistanda üç nəfərin təcavüzünə məruz qalan Azərbaycan vətəndaşı Diana Bağıyeva ilə bağlı yeni faktlar ortaya çıxıb. Canlixeber.com xəbər verir ki, sosial şəbəkənin Pakistan seqmentində Diana Bağıyevanı ilk dəfə bu ölkəyə gətirdiyi iddia olunan şəxslə (böyük ehtimalla əri – red.) fotosu yayılıb. Sözügedən şəxsin pakistanlı iş adamı Zain Buxari olduğu bildirilir. Diana Bağıyevanın iş adamından 2.5 […]

1 min read

Moskvanın mərkəzində azərbaycanlı qardaşlara hücum: Bıçaqlanan var

Rusiya paytaxtı Moskvanın mərkəzində restoranın müştərisi qarnından bıçaqlanıb. Canlixeber.com Rusiya mediasına istinadən xəbər verir. Məlumata görə, hadisə oktyabrın 1-də axşam “Lubyanka” metrostansiyasının yaxınlığındakı Nikolskaya küçəsində yerləşən restoranda baş verib. Mənbələrin bildirdiyinə görə, iki kişi mübahisə edib və nəticədə onlardan biri digərini bıçaqlayıb. Daha sonra məlum olub ki, müştərilər arasında mübahisə qardaşı ilə restoranda istirahət edən […]

1 min read

Əhmədlidə ərzaq köşkündə yanğın baş verib, ölən var

Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi ərazisində yerləşən ərzaq satışı köşkündə yanğın baş verib. Canlixeber.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Bildirilib ki, dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Yanğınsöndürənlər tərəfindən yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb. Yanğın nəticəsində ümumi sahəsi 20 kv.m. olan ərzaq satışı […]

1 min read

Naxçıvanda avtomobil piyadanı vurub öldürüb

Naxçıvanda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib Canlixeber.com xəbər verir ki, hadisə şəhərin Nizami küçəsində baş verib. Belə ki, “Hyundai” markalı avtomobil yolu qarşı tərəfə keçmək istəyən 1957-ci il təvəllüdlü Nağıyev Nağı Mahmud oğlunu vurub. Xəsarət alan şəxs Naxçıvan Muxtar Respublika Xəstəxanasına çatdırılsa da onun həyatını xilas etmək mümkün olmayıb. Hadisə yerinə polis […]

1 min read

Ermənistanda saxlanılan Azərbaycan əsgəri ilə bağlı ikinci cinayət işi açıldı

Ermənistanın Baş Prokurorluğu naməlum şəraitdə sərhədi keçərək Zəngəzurda saxlanılan Azərbaycan əsgəri barədə daha bir cinayət işi başladıb. Canlixeber.com xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb. Sözügedən iş Ermənistan Respublikası Cinayət Məcəlləsinin 469-cu maddəsinin 1-ci hissəsi (dövlət sərhədini qanunsuz keçmə) və 340-cı maddəsinin 1-ci hissəsinə (odlu silahın qaçaqmalçılığı) əsasən açılıb.