Hadisə
Qubada 60 yaşlı kişi faciəli şəkildə öldü
Qubada 60 yaşlı kişi faciəli şəkildə ölüb. Canlixeber.com xəbər verir ki, hadisə şəhərin SUM-12 yaşayış massivində baş verib. Qəsəbə sakini, 1966-cı il təvəllüdlü İmran Ziyəddin oğlu Allahverdiyev yaşadığı fərdi evin həyətyanı sahəsindəki hamam otağında çimərkən dəm qazından zəhərlənərək ölüb. Faktla bağlı Quba Rayon Prokurorluğunda araşdırma aparılır.
Astarada maşın dərəyə aşdı: Ölən var
Astarada ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, hadisə rayonun Hamoşam kəndi ərazisində qeydə alınıb. Kənd sakini Əlikram Abdulla oğlu Ağayev yaşadığı ərazisində VAZ-2121 markalı avtomobillə hərəkətdə olarkən anidən idarəetməni itirib, maşın yoldan çıxaraq dərəyə aşıb. Hadisə nəticəsində sürücü ölüb. Faktla bağlı cinayət işi başlanılıb.
Bakıda restoranda yanğın olub
Bakı şəhəri, Nəsimi rayonu, Mirəli Qaşqay küçəsində restoranda yanğın baş verib. Canlixeber.com xəbər verir ki, bu barədə FHN məlumat yayıb. Məlumatla əlaqədar dərhal əraziyə FHN Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində doqquzmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində fəaliyyət göstərən ümumi sahəsi 140 kvadratmetr olan restoranda baş vermiş yanğın genişlənərək binaya yayılmasına […]
Qaxda dəhşətli qəza: 17 yaşlı sərnişin öldü, yaralılar var
Qax rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, hadisə oktyabrın 6-da gecə saat iki radələrində qeydə alınıb. Rayon sakini Kamran Məmmədovun “Opel” markalı avtomobili idarəetmədən çıxaraq əvvəlcə dirəyə, daha sonra divara çırpılıb. Nəticədə 17 yaşlı sərnişin E.Muxtarov ölüb, digər sərnişinlər 16 yaşlı Z.Şahmalıyev, 18 yaşlı Mürsəl Muxtarov, 20 yaşlı Şahmalı […]
Zəngilanda dəhşət: Fəhlələri daşıyan mikroavtobus qaynaqçını vuraraq öldürdü
Zəngilan rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, hadisə rayon ərazisində fəaliyyət göstərən “Körpü Bina Tikinti” şirkətinin Horadiz-Ağbənd dəmir yolunun 77-ci kilometrliyindəki tikinti sahəsində baş verib. Şirkətdə sürücü işləyən Vasif Məmmədov (soyad şərtidir – red.) idarə etdiyi “Hyundai” markalı mikroavtobusla əraziyə fəhlələri gətirib, onları düşürdükdən sonra geri qayıtmaq istəyib. O, avtomobili arxaya […]
Toyda kütləvi dava düşdü: Bir nəfər ölüm ayağındadır
Abşeron rayonu, Ceyranbatan qəsəbəsində yerləşən şadlıq evlərindən birinin qarşısında kütləvi dava düşüb. Canlixeber.com xəbər verir ki, hadisə oktyabrın 3-də gecə saatlarında qeydə alınıb. Məlumata görə, dostlar arasında yaranan mübahisə davaya çevrilib. Dava zamanı Ceyhun adlı şəxs yıxılarkən başı daşa dəyib. Ağır xəsarət alan şəxs Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib. Hazırda […]
Zorla içki içirtdilər, təklif olunan pulla razılaşmadılar: Pakistanda təcavüzə uğrayan qızın ifadəsi üzə çıxdı
Pakistanda üç nəfərin təcavüzünə məruz qalan 23 yaşlı azərbaycanlı Diana Bağıyevanın məhkəmədə verdiyi ifadə bəlli olub. Canlixeber.com xəbər verir ki, Diana Bağıyeva ifadəsində bildirib ki, sentyabrın 13-də İstanbuldan İslamabada gəlib. Bundan sonra beş gün Faysalabadda qalıb, Lahora yola düşüb, həmçinin Skarduya baş çəkməyi planlaşdırıb. Diana tək səyahət etdiyi üçün tanışları Nimra və Muskanla əlaqə saxlayıb. […]
Pakistanda təcavüzə uğrayan 23 yaşlı qız Azərbaycana qayıdıb
“Pakistanda üç nəfərin təcavüzünə məruz qalan azərbaycanlı Diana Bağıyeva nəhayət Pakistanı tərk edib və polisin müşayiəti altında Bakıya yola düşüb. Canlixeber.com xəbər verir ki, bu barədə “Daily Pakistan” nəşri yazıb. Qeyd edilib ki, Diana Bağıyevanın oktyabrın 3-də Bakıya yola salınması planlaşdırılıb. Lakin Diana Bağıyevanın Pakistanı tərk etməsi bir gün ləngiyib və o oktyabrın 4-də bu […]
Sahibkar AQTA əməkdaşlarını yoxlamaya buraxmadı, cərimələndi
Masallıda Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşlarını yoxlamaya buraxmayan sahibkar cərimələnib. Canlixeber.com xəbər verir ki, rayon sakinlərindən biri AQTA-nın qaynar xəttinə zəng edərək, Masallı rayonu, M.Talışxanov küçəsində yerləşən “Göyərçin” kafesinin antisanitar vəziyyətdə fəaliyyət göstərməsini və mənşəyi məlum olmayan məhsullardan yemək bişirildiyini bildirib. Müraciətlə əlaqədar AQTA əməkdaşları həmin obyektə qanuni şəkildə yoxlamaya gediblər. Lakin obyektin sahibkarı A.Həşimov […]
Qubada avtomobilin vurduğu məktəbli xəstəxanada öldü
Quba rayonunda avtomobilin vurduğu 13 yaşlı qız xəstəxanada həyatını itirib. Canlixeber.com xəbər verir ki, hadisə sentyabrın 30-da Bəhrəli kəndi ərazisində baş verib. Belə ki, yolu keçmək istəyən 2013-cü il təvəllüdlü Gülay Pirmuradovanı avtomobil vurub. Ağır xəsarətlər alan qız Quba Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Ona açıq kəllə-beyin travması, baş-beyin əzilməsi, döş qəfəsinin kontuziyası və qarın boşluğunun […]
