Hadisə
İsmayıllıda toyda 20-dən çox şəxs ZƏHƏRLƏNDİ
İsmayıllı rayonu, Hacıhətəmli kəndində həyətyanı sahədə təşkil edilən toy məclisində kütləvi zəhərlənmə hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb. Bildirilib ki, 24 nəfər zəhərlənmə diaqnozu ilə Göyçay Rayon Mərkəzi Xəstəxanasına müraciət edib. Hazırda xəstələrin vəziyyəti yaxşıdır. İlkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar. Agentliyin əməkdaşları tərəfindən […]
Bərdədə FACİƏ: Sahibkar öldü
Bərdədə sahibkarı cərəyan vurub. Canlixeber.com xəbər verir ki, hadisə dünən saat 10 radələrində baş verib. Kənd sakini 1972-ci il təvəllüdlü Mahir Həsən oğlu Həsənov Bərdə rayonu Mollalı kəndindəki fermasında heyvanları yemləyən zaman elektrik cərəyanının vurması nəticəsində ölüb. Faktla bağlı Bərdə Rayon Prokurorluğunda araşdırma aparılır.
Sumqayıtda “Gəmi” istirahət mərkəzində ölüm hadisəsi baş verib
Sumqayıtda istirahət mərkəzində ölüm hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, hadisə şəhərin Sahil küçəsində yerləşən “Gəmi” istirahət mərkəzində qeydə alınıb. 1962-ci il təvəllüdlü Nağıyeva Sevda Çingiz qızı istirahət mərkəzində qəflətən vəfat edib. Faktla bağlı araşdırma aparılır.
Sumqayıtda küçədə 58 yaşlı kişi meyiti tapıldı
Sumqayıt şəhərində küçədə meyit tapılıb. Canlixeber.com xəbər verir ki, hadisə Koroğlu prospektində qeydə alınıb. 1968-ci il təvəllüdlü şəhər sakini Abbasov Ağababa Mirzə oğlu küçədə ölüb. Ölümün səbəbi müvafiq ekspertizanın nəticəsindən sonra müəyyənləşəcək.
Hacıqabulda qəzada 5 nəfər xəsarət alıb
Hacıqabulda baş verən qəzada 5 nəfər xəsarət alıb. Canlixeber.com xəbər verir ki, hadisə Bakı-Qazax magistralının 108-ci kilometrliyində, Hacıqabul şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, “Mercedes Vito” markalı mikroavtobus arxadan “KamAZ” markalı yük avtomobilinə çırpılıb. Nəticədə mikroavtobusda olan 5 nəfər müxtəlif dərəcəli xəsarətlərlə Şirvan Şəhər Xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.
Zaqatalada iki avtomobil toqquşub: Xəsarət alanlar var
Zaqatalanın Muxax kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, qəza zamanı “Ford” və VAZ-2106 markalı avtomobillər toqquşub. Hadisə nəticəsində 2 nəfər xəsarət alıb. Xəsarət alan şəxslər 29 yaşlı Aytac Səfərova və 39 yaşlı Abdulla Yusubovdur. Onlar xəstəxanaya çatdırılıblar. Faktla bağlı araşdırmalar aparılır.
İsmayıllıda AĞIR QƏZA: Ölənlər var
İsmayıllı ağır yol-nəqliyyat hadisəsi baş verib, ölənlər var. Canlixeber.com xəbər verir ki, hadisə rayonun Təzəkənd-Diyallı yolunda baş verib. İki avtomobilin toqquşması nəticəsində iki nəfər ölüb. Hadisə yerinə rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar, faktla bağlı araşdırma aparılır.
Şəmkirdə dəhşət: 14 yaşlı yeniyetmə faciəli şəkildə öldü
Şəmkir rayonunda 14 yaşlı uşaq faciəli şəkildə ölüb. Canlixeber.com xəbər verir ki, hadisə bu gün günorta saatlarında rayonun Dağ Daşbulaq kəndində baş verib. Kənd sakini 2012-ci il təvəllüdlü E.Cəfərov güllə yarasından ölüb. İlkin ehtimala görə, azyaşlı evdə olan qoşalülə ov tüfəngi ilə ehtiyatsız davranıb və nəticədə güllə yarasından dünyasını dəyişib. Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə […]
Gəncənin zibil poliqonundan körpə meyiti tapıldı
Gəncənin Cavad Xan qəsəbəsində yerləşən zibil poliqonunda körpə meyiti tapılıb. Canlixeber.com xəbər verir ki, böyük ehtimalla meyit erkən doğulan körpəyə aiddir. Sözügedən zibil poliqonu Gəncədə məişət tullantılarının atıldığı ən böyük ərazi hesab olunur.
Astarada bir nəfər dənizdə batıb
Astarada bir nəfər (kişi) dənizdə batıb. Canlixeber.com xəbər verir ki, hadisənin şəhərin “Bulvar” ərazisində baş verdiyi bildirilir. İlkin məlumata görə, dənizdə batdığı bildirilən şəxs Masallı rayonu Kosagül kəndinin sakinidir. Bu barədə FHN-in Cənub Regional Mərkəzinə məlumat daxil olub. Onun şəxsiyyəti dəqiqləşdirilir. Hazırda həmin şəxsin axtarışları aparılır.
