1 min read

İsmayıllıda sürücü və sərnişinin öldüyü qəzanın səbəbi məlum olub

İyulun 4-də saat 16 radələrində Muğanlı–İsmayıllı avtomobil yolunun İsmayıllı rayonu ərazisindən keçən 32-ci kilometrliyində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb. Zaqatala rayon sakini, 1974-cü il təvəllüdlü İlqar Süleymanovun idarə etdiyi “Mercedes-Benz” markalı avtomobil Şamaxı rayonu istiqamətində hərəkətdə olarkən körpünün orta hissəsində yerləşən beton […]

1 min read

64 yaşlı kişi Zəngilanda çayda boğulub

Fövqəladə Hallar Nazirliyinin “112″ qaynar telefon xəttinə Həkəri çayının Zəngilan rayonu, Ağalı kəndindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub. Canlixeber.com xəbər verir ki, məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub. Hazırda vətəndaş – 1962-ci il təvəllüdlü Həsənov Nuşirəvan Mehdi oğlunun batdığı ehtimal edilən […]

1 min read

Qubada QƏZA: Yaralılar var

Qubanın Rustov kəndi ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, VAZ-2107 markalı minik avtomobilinin yolun kənarında dayanan yük maşını ilə toqquşması nəticəsində minik avtomobilində olan 3 nəfər xəsarət alıb. İlkin məlumata görə, onlardan 2-si ağır, 1-i isə yüngül dərəcəli bədən xəsarətləri alıb. Faktla bağlı araşdırmalara başlanılıb.

1 min read

Ağdaş sakininin meyiti yaşadığı evin həyətindən tapıldı

Ağdaşda yaşlı kişinin yaşadığı evin həyətində meyiti tapılıb. “Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Pirəzə kəndində qeydə alınıb. Belə ki, 1954-cü il təvəllüdlü Güloğlan Bahadurovun yaşadığı evin həyətində meyiti aşkar edilib. Hadisə yerinə polis və prokurorluq orqanı əməkdaşları cəlb olunub. Faktla bağlı Ağdaş rayon Prokurorluğunda araşdırma başlanılıb.

1 min read

Ağdamda FACİƏ: Ata və azyaşlı övladı öldü

Ağdam rayonunda bir ailənin iki üzvü faciəli şəkildə ölüb. Canlixeber.com xəbər verir ki, hadisə rayonun Xaçındərbənd kəndi ərazisində baş verib. Kənd sakini olan kişi iki azyaşlı övladı ilə Xatın su anbarında çimərkən batıblar. Ata və azyaşlı övladının biri boğulub, digər azyaşlı isə xilas edilib. Faktla bağlı araşdırma aparılır.

1 min read

Sabunçu rayonunda mənzildən kişi meyiti tapılıb

Bakıda 72 yaşlı kişinin meyiti tapılıb. Canlixeber.com xəbər verir ki, hadisə paytaxtın Sabunçu rayonu Bakıxanov qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini – 1954-cü il təvəllüdlü Bahadır Əliövsət oğlu Hüseynovun üzərində zorakılıq əlamətləri görünməyən cəsədi öz evində aşkarlanıb. Faktla bağlı araşdırma aparılır.

1 min read

Gəncədə xəstəxanaya müayinəyə gələn qadın ölüb

Gəncədə xəstəxanaya müayinəyə gələn qadın ölüb. Canlixeber.com xəbər verir ki, ölüm hadisəsi Gəncə şəhər Birləşmiş Xəstəxanasının tabeliyində olan Xəstəxanaların birində baş verib. Belə ki, xəstəxanaya MRT müayinə gələn 1958-ci il təvəllüdlü Z.Cəfərovanın qəfl halı pisləşib. Ona dərhal təcili tibbi yardım göstərilib. Müayinə zamanı qadının öldüyü məlum ölüb. Məlumata görə, Z.Cəfərova xəstəxanaya qarın boşluğunun müayinəsinə gəlibmiş.