Hadisə
Gömrükdə bəyan edilməyən külli miqdarda kosmetik vasitə aşkarlandı
Tovuz Gömrük İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində gömrük orqanına bəyan edilmədən ölkə ərazisinə gətirilməsinə cəhd göstərilən kosmetik vasitələr aşkar olunub. Canlixeber.com xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi (DGK) məlumat yayıb. Bildirilib ki, “Qırmızı Körpü” gömrük postunun idxal nəzarət xəttində stasionar rentgen qurğusundan keçirilən nəqliyyat vasitəsinin yük yerində şübhəli təsvirlər müşahidə olunub. […]
Azərbaycanda güclü zəlzələ oldu
Zaqatalada zəlzələ olub. Canlixeber.com xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb. Bildirilib ki, 4.1 bal gücündə yeraltı təkan saat 14:51-də Zaqatalada zəlzələ qeydə alınıb. Zəlzələ hiss olunub.
Bakı-Quba yolunda qəza: Ölən var
Bakı-Quba yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, hadisə bu gün yolun 16-cı kilometrliyində qeydə alınıb. E.Xanquliyevin idarə etdiyi “Ford Transit” markalı 50-DN-545 dövlət qeydiyyat nişanlı avtomobil yolu keçmək istəyən piyada Y.Dadaşovanı vurub. Hadisə nəticəsində piyada aldığı xəsarətlərdən həyatını itirib. Faktla bağlı araşdırma aparılır.
Bakıda 27 yaşlı kişinin meyiti tapıldı
Bakıda 27 yaşlı kişinin meyiti tapılıb. Canlixeber.com xəbər verir ki, hadisə paytaxtın Yasamal rayonunda baş verib. Hacıqabul rayon sakini 1999-cı il təvəllüdlü Mirzə Rövşən oğlu Rzayevin üzərində zorakılıq əlamətləri görünməyən meyiti yaşadığı evdə tapılıb. Faktla bağlı araşdırmalar aparılır.
Tərtərdə avtomobil qəzasında 5 nəfər xəsarət alıb
Tərtərdə baş verən avtomobil qəzasında 5 nəfər xəsarət alıb. Canlixeber.com xəbər verir ki, qəza hadisəsi Bərdə- Ağdam yolunun Tərtər rayonunun ərazisindən keçən hissəsində baş verib. Belə ki, hərəkətdə olan “Mercedes” markalı minik maşını Ağdam -Mingəçevir xətti üzrə hərəkət edən “Ford” markalı mikroavtobusla toqquşub. Nəticədə “Ford ” markalı mikroavtobusda olan sərnişinlərdən 5 nəfəri xəsarət alıb. Yaralılar […]
Ağstafada müəllimlər arasında dava: Xəsarət alan var
Ağstafa rayonunda məktəbdə dava olub. Canlixeber.com xəbər verir ki, bu barədə Ağstafa Rayon Polis Şöbəsinə məlumat daxil olub. Məlumata görə, hadisə Ağstafa 1 saylı tam orta məktəbdə baş verib. Məktəbin ibtidai sinif müəllimi Pərvanə Məmmədova xəsarətlə Ağstafa Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Müəllimin dediyinə görə, o, məktəbin digər ibtidai sinif müəllimi Sevinc Əhmədova tərəfindən döyülüb. Hadisəyə […]
Masallıda avtomobil darvazaya çırpıldı – Ölənlər var
Masallı rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, hadisə rayonun Mollaoba kəndində olub. Masallı rayon sakini, 1983-cü il təvəllüdlü Eminağa Həşimov VAZ-2101 markalı avtomobiə idarəetməni itirib və nəqliyyat vasitəsi yolun kənarındakı darvazaya çırpılıb. Hadisə nəticəsində sürücü və və sərnişini, 1993-cü il təvəllüdlü Elvin İbrahimov aldıqları xəsarətlərdən hadisə yerində ölüblər. Faktla bağlı araşdırma […]
Pakistanda təcavüzə uğrayan 23 yaşlı qız Azərbaycana gətiriləcək
Azərbaycanın İslamabaddakı səfirliyi Lahorda zorlandığı iddia edilən 23 yaşlı Azərbaycan vətəndaşı Diana Bağıyeva ilə əlaqə saxlayıb və ona hərtərəfli hüquqi və mənəvi dəstək göstəriləcəyini bildirib. Canlixeber.com xəbər verir ki, bu barədə Pakistan mediası məlumat yayıb. Qeyd olunub ki, Diana Bağıyeva özü yerli mediaya açıqlamasında iki-üç gün ərzində Pakistandan ayrılmağı planlaşdırdığını bildirib. Onun Azərbaycana gətirilməsi gözlənilir. […]
Quba-Xınalıq yolunda sürüşmə olub, hərəkət dayanıb
Quba-Xınalıq yolunda sürüşmə olub. Canlixeber.com xəbər verir ki, sürüşmə yolun “Nazlı bulaq” kimi tanınan hissəsində baş verib, yola qum və palçıq axıb. Bu səbəbdən avtomobillərin hərəkəti dayanıb. Hazırda yolun açılması istiqamətində tədbirlər görülür.
Bakıda mikroavtobus divara çırpıldı
Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yol-nəqliyyat hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, hadisə ötən gün saat 20:30-da baş verib. BDYPİ-dən bildirilib ki, “Emin Salman oğlu Xudiyev idarə etdiyi “Mercedes Vito” markalı, 99-NA-120 dövlət nömrə nişanlı mikroavtobusun sükanı arxasında olarkən idarəetməni itirib. Nəticədə nəqliyyat vasitəsi divara çırpılıb. Hadisə nəticəsində xəsarət alan olmayıb.
