1 min read

Ağdamın bu kəndi YANIR

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Ağdam rayonunun Kəngərli kəndində açıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub. Canlixeber.com xəbər verir ki, dərhal nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub. Hazırda yanğının söndürülməsi istiqamətində əməliyyat davam edir. Əlavə məlumat veriləcək. Qeyd edək ki, gecə saatlarında Sarıcalı kəndində yanğın hadisəsi baş verib.

1 min read

Ağdamın kəndində güclü yanğın

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Ağdam rayonunun Kəngərli kəndində açıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub. Canlixeber.com xəbər verir ki, bu bərədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Bildirilib ki, dərhal nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub. Hazırda yanğının söndürülməsi istiqamətində əməliyyat davam edir. Əlavə məlumat veriləcək.

1 min read

Xaçmazda kanalda 66 yaşlı qadının meyiti tapılıb

Xaçmaz rayonunda kanalda meyit aşkarlanıb. Canlixeber.com xəbər verir ki, hadisə rayonun Ağaşirinoba kəndi ərazisində qeydə alınıb. Meyiti tapılan şəxsin 1960-cı il təvəllüdlü Xudat şəhər sakini Leyla Ağamalıyeva olduğu müəyyən edilib. Hadisə yerinə aidiyyəti qurumların əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

1 min read

Lerikdə “Niva” aşıb

Lerik rayonunda baş verən yol-nəqliyyat hadisəsinin bəzi detalları məlum olub. Cənlixeber.com xəbər verir ki, hadisə bu gün saat 08:30-da Lerik-Lənkəran yolunun 37-ci kilometrliyində, Peştətük kəndi ərazisində baş verib. Lerik rayon sakini Aslan Cəbiyev idarə etdiyi “Niva” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və maşın aşıb. Avtomobildə sürücü tək olub və yüngül bədən xəsarətləri alıb.

1 min read

Xəzərdə batmaqda olan iki nəfər XİLAS EDİLDİ

İki nəfər Bakının Sabunçu rayonunun Nardaran və Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbələrində dənizdə nəzarətsiz ərazidə batma təhlükəsi ilə üzləşib. Canlixeber.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Məlumatlarla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb edilib. Həyata keçirilən operativ xilasetmə əməliyyatları sayəsində dənizdə batma […]